Tovuz rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Ustad dərsləri”nin təşkili uğurla davam etdirilir.
“Tehsil365" xəbər verir ki dərslər qabaqcıl fənn müəllimləri tərəfindən müxtəlif məktəblərdə və fərqli fənlər üzrə həyata keçirilir. Bu dərslərdə müxtəlif məktəblərin fənn müəllimləri, metodbirləşmə rəhbərləri və məktəb rəhbərliyi də iştirak edir. Hər dərsdən sonra dərsin quruluşu, tətbiq olunan metod və strategiyalar, eləcə də şagirdlərin fəallığı ətrafında geniş fikir mübadiləsi aparılır. Eyni zamanda, mövcud çatışmazlıqlar müzakirə edilir, uğurlu metodların daha geniş tətbiqi istiqamətində addımlar müəyyənləşdirilir.

