Təhsil 365 - Logo Mobile

ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək

9208.04.2026 - 17:15
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək

Aprelin 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Pekin Kimya Texnologiyası Universitetində (PKTU) olub.

“Tehsil365" xəbər verir ki, görüşdə ADNSU tərəfindən Universitetin rektoru, dosent Rüfət Əzizov, rektorun müşaviri Ülviyyə Abbasova və SABAH mərkəzinin proqram rəhbəri Elnur Əlizadə, Çin tərəfindən isə PKTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Vanq Fenq, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Departamentinin direktoru Canq Binq və digər rəsmi şəxslər iştirak ediblər.

PKTU-nun Çao Yanq kampusunda baş tutan görüşdə ADNSU-nun rektoru Rüfət Əzizov universitetin son illərdə əldə etdiyi nailiyyətlər, beynəlxalq reytinqlərdəki mövqeyi və elmi-tədqiqat potensialı barədə geniş təqdimatla çıxış edib. Rektor universitetin fakültələri, tədris olunan ixtisaslar, tələbə kontingenti, xüsusən də beynəlxalqlaşma strategiyası çərçivəsində əcnəbi tələbələrin cəlb olunması və qlobal təhsil məkanına inteqrasiya istiqamətində görülən işləri diqqətə çatdırıb.

PKTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Vanq Fenq təmsil etdiyi universitetin elmi prioritetləri və beynəlxalq əməkdaşlıq təcrübəsi haqqında məlumat verib.

Elmi tərəfdaşlıq əlaqələrinin inkişaf istiqamətlərinin müzakirə olunduğu görüşdə əsasən kimya mühəndisliyi sahəsində elmi əməkdaşlığın qurulmasının əhəmiyyəti vurğulanıb. Xüsusən də doktorantura səviyyəsində ikili rəhbərlik üzrə birgə fəaliyyətin qurulmasının əhəmiyyəti vurğulanıb. Tərəflər kimya mühəndisliyi üzrə doktorantura səviyyəsində ADNSU-nun doktorantlarının PKTU-da təhsil alması, eyni zamanda tədqiqat aparması imkanlarını nəzərdən keçiriblər. Xüsusilə elmi araşdırmaların keyfiyyətinin artırılması məqsədilə doktorantlar üçün ikili elmi rəhbərlik sisteminin tətbiqi məsələsi ətrafında detallı fikir mübadiləsi aparılıb.

Sonra iki ali təhsil müəssisəsi arasında akademik və elmi tərəfdaşlığın strateji istiqamətlərini müəyyən edən Anlaşma Memorandumu  imzalanıb.

Səfər çərçivəsində, həmçinin SABAH mərkəzinin neft və kimya mühəndisliyi proqramlarının bu əməkdaşlığa inteqrasiyası, tələbə və müəllim mübadiləsi mexanizmlərinin yaradılması məsələlərinə də toxunulub.

Qeyd edək ki, imzalanan memorandum və aparılan müzakirələr Azərbaycan və Çin arasında ali təhsil sahəsində əlaqələrin dərinləşməsinə, eləcə də ADNSU-nun beynəlxalq elmi nüfuzunun daha da möhkəmlənməsini hədəfləyir.

Mehriban İbadova

Xəbər Lenti

"Müasir metodist" müsabiqəsinin müsahibə mərhələsi başlayır08.04.2026 - 19:48
Bakıda tələbələr üçün əmək yarmarkası keçirilib08.04.2026 - 19:44
Bazar günü 52 mindən çox şagird imtahan verəcək08.04.2026 - 19:38
BMU tələbəsi təqaüd proqramının qalibi olub08.04.2026 - 19:32
DSX Xüsusi Məktəbinin V sinfinə imtahanın nəticələri AÇIQLANDI08.04.2026 - 19:24
Lirid meteor yağışı olacaq08.04.2026 - 19:18
Uşaqların uşaqlığını “əlindən almaq” hansı hallarda baş verir? – Ekspert danışdı08.04.2026 - 19:12
“Ağıllı uşaq” anlayışı nə dərəcədə doğrudur? – Məktəbəqədər ekspert açıqladı08.04.2026 - 19:05
Şagird geyimi ilə mədəniyyət: dünyadan fərqli məktəb FORMALARI08.04.2026 - 18:54
Şimşək, dolu, qar... - XƏBƏRDARLIQ08.04.2026 - 18:46
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək08.04.2026 - 18:45
Yeni təyin olunan müdir müavinlərini TANIYAQ08.04.2026 - 18:38
Bu universitetdən tədbirlərin təşkili üçün 27 min manatlıq MÜQAVİLƏ08.04.2026 - 18:34
Biləsuvarda iki kənd məktəbi birləşdirilir? – Rəsmi AÇIQLAMA08.04.2026 - 18:30
Bir ailədən iki böyük UĞUR: Dünyanın ən nüfuzlu universitetlərinə QƏBUL OLDULAR08.04.2026 - 18:26
Rektor: 2030-cu ilədək tədrisin 80%-nin elektronlaşdırılması planlaşdırılır08.04.2026 - 18:20
Prezident Təlim Mərkəzinin açılışında iştirak edib08.04.2026 - 18:18
ETİHİ ilk həmkarlar ittifaqı sədrləri üçün istirahət təşkil edib08.04.2026 - 18:15
Naxçıvan Dövlət Universiteti Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb08.04.2026 - 18:14
BSU-da Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib08.04.2026 - 18:10
Balakəndə təşkil edilən intellektual yarışın qalibləri mükafatlandırılıblar08.04.2026 - 18:08
NDU nəzdində Gimnaziyanın 33 şagirdi fənn müsabiqələrində uğur qazanıb08.04.2026 - 18:02
Müasir şəhərsalma prosesi müzakirə olunub08.04.2026 - 18:00
Azərbaycan təhsilində gələcəyə hesablanmış addım: Qazaxıstana səfərin strateji əhəmiyyəti08.04.2026 - 18:00
Təhsil eksperti Elçin Süleymanov: “Peşə təhsili əmək bazarına daha operativ çıxış imkanı verir”08.04.2026 - 17:55
Aprelin 12-də 53 min şagird buraxılış imtahanı verəcək08.04.2026 - 17:55
Tələbələr sel risklərinə qarşı operativ hazırlıq barədə maarifləndirilib08.04.2026 - 17:52
ABŞ-nin texnologiya nəhəngləri Çin rəqiblərinə qarşı əməkdaşlığa başlayıblar08.04.2026 - 17:45
DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanının nəticələri AÇIQLANDI08.04.2026 - 17:45
“Ustad dərsləri” – qabaqcıl müəllimlər təcrübələrini paylaşır08.04.2026 - 17:44
Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib08.04.2026 - 17:36
BDU-nun Astrofizika kafedrası: Aprelin 16-25-də Lirid meteor yağışı olacaq08.04.2026 - 17:36
Regionlarda məktəbdaxili metodik xidmətin monitorinqi aparılır08.04.2026 - 17:35
Gündəlik BSU-da Türkoloji tədqiqatların gələcəyi müzakirə olundu08.04.2026 - 17:30
“Azərbaycan florasının konspekti” kitabı hazırlanır08.04.2026 - 17:26
İlon Mask "ChatGPT" yaradıcısını məhkəməyə verir08.04.2026 - 17:25
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ08.04.2026 - 17:20
Azərbaycan və Tacikistan arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq genişlənir08.04.2026 - 17:18
İlahi həqiqətin elmi abidəsi: Nəsimi sözünün ensiklopedik təqdimatı08.04.2026 - 17:12
Həkim açıqladı: Melatonin nə vaxt faydalı, nə vaxt təhlükəlidir08.04.2026 - 17:10
Memarlığın fizikası: bərpa və dayanıqlılıq08.04.2026 - 17:06
Milli Qəhrəman məktəblilərlə görüşəcək08.04.2026 - 17:05
Ramin Nurəliyev – Təhsilin qısalması yox, uzadılması Azərbaycan üçün daha doğru seçimdir08.04.2026 - 17:00
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən peşəyönümü fəaliyyətlər davam etdirilir08.04.2026 - 17:00
ADU-da "TələbəPlus" kartı ilə bağlı infosessiya keçirilib08.04.2026 - 16:55
NDU Qazaxıstanın bir sıra ali məktəbləri ilə əməkdaşlığa başlayıb08.04.2026 - 16:45
"Müasir metodist" müsabiqəsinin müsahibə mərhələsi başlayır08.04.2026 - 16:35