Təhsil 365 - Logo Mobile

Bazar günü 52 mindən çox şagird imtahan verəcək

7508.04.2026 - 19:38
Bazar günü 52 mindən çox şagird imtahan verəcək

Dövlət İmtahan Mərkəzi aprelin 12-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

“Tehsil365" xəbər verir ki, Dövlət İmtahan Mərkəzi aprelin 12-də Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə),Gəncə (II hissə), Mingəçevir şəhərlərində, Abşeron (I hissə), Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında, eləcə də tədrisi ingilis dilində aparılan ümumtəhsil müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İmtahan binasına, zalına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından aprelin 1-dən etibarən çap edib götürə bilirlər.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3837 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4800 nəzarətçi, 701 buraxılış rejimi əməkdaşı (mühafizə) və 216 bina nümayəndəsi ayrılıb.

İmtahanda 52687 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 34 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.əməkdaşlarının mühafizəsinə verilir.

Nərmin Mustafayeva

Xəbər Lenti

Polis təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirib08.04.2026 - 19:58
Sənaye sahəsində 300-dən çox vakansiya məzunları gözləyir08.04.2026 - 19:54
"Müasir metodist" müsabiqəsinin müsahibə mərhələsi başlayır08.04.2026 - 19:48
Bakıda tələbələr üçün əmək yarmarkası keçirilib08.04.2026 - 19:44
BMU tələbəsi təqaüd proqramının qalibi olub08.04.2026 - 19:32
DSX Xüsusi Məktəbinin V sinfinə imtahanın nəticələri AÇIQLANDI08.04.2026 - 19:24
Lirid meteor yağışı olacaq08.04.2026 - 19:18
Uşaqların uşaqlığını “əlindən almaq” hansı hallarda baş verir? – Ekspert danışdı08.04.2026 - 19:12
“Ağıllı uşaq” anlayışı nə dərəcədə doğrudur? – Məktəbəqədər ekspert açıqladı08.04.2026 - 19:05
Şagird geyimi ilə mədəniyyət: dünyadan fərqli məktəb FORMALARI08.04.2026 - 18:54
Şimşək, dolu, qar... - XƏBƏRDARLIQ08.04.2026 - 18:46
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək08.04.2026 - 18:45
Yeni təyin olunan müdir müavinlərini TANIYAQ08.04.2026 - 18:38
Bu universitetdən tədbirlərin təşkili üçün 27 min manatlıq MÜQAVİLƏ08.04.2026 - 18:34
Biləsuvarda iki kənd məktəbi birləşdirilir? – Rəsmi AÇIQLAMA08.04.2026 - 18:30
Bir ailədən iki böyük UĞUR: Dünyanın ən nüfuzlu universitetlərinə QƏBUL OLDULAR08.04.2026 - 18:26
Rektor: 2030-cu ilədək tədrisin 80%-nin elektronlaşdırılması planlaşdırılır08.04.2026 - 18:20
Prezident Təlim Mərkəzinin açılışında iştirak edib08.04.2026 - 18:18
ETİHİ ilk həmkarlar ittifaqı sədrləri üçün istirahət təşkil edib08.04.2026 - 18:15
Naxçıvan Dövlət Universiteti Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb08.04.2026 - 18:14
BSU-da Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib08.04.2026 - 18:10
Balakəndə təşkil edilən intellektual yarışın qalibləri mükafatlandırılıblar08.04.2026 - 18:08
NDU nəzdində Gimnaziyanın 33 şagirdi fənn müsabiqələrində uğur qazanıb08.04.2026 - 18:02
Azərbaycan təhsilində gələcəyə hesablanmış addım: Qazaxıstana səfərin strateji əhəmiyyəti08.04.2026 - 18:00
Müasir şəhərsalma prosesi müzakirə olunub08.04.2026 - 18:00
Aprelin 12-də 53 min şagird buraxılış imtahanı verəcək08.04.2026 - 17:55
Təhsil eksperti Elçin Süleymanov: “Peşə təhsili əmək bazarına daha operativ çıxış imkanı verir”08.04.2026 - 17:55
Tələbələr sel risklərinə qarşı operativ hazırlıq barədə maarifləndirilib08.04.2026 - 17:52
ABŞ-nin texnologiya nəhəngləri Çin rəqiblərinə qarşı əməkdaşlığa başlayıblar08.04.2026 - 17:45
DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanının nəticələri AÇIQLANDI08.04.2026 - 17:45
“Ustad dərsləri” – qabaqcıl müəllimlər təcrübələrini paylaşır08.04.2026 - 17:44
Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib08.04.2026 - 17:36
BDU-nun Astrofizika kafedrası: Aprelin 16-25-də Lirid meteor yağışı olacaq08.04.2026 - 17:36
Regionlarda məktəbdaxili metodik xidmətin monitorinqi aparılır08.04.2026 - 17:35
Gündəlik BSU-da Türkoloji tədqiqatların gələcəyi müzakirə olundu08.04.2026 - 17:30
“Azərbaycan florasının konspekti” kitabı hazırlanır08.04.2026 - 17:26
İlon Mask "ChatGPT" yaradıcısını məhkəməyə verir08.04.2026 - 17:25
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ08.04.2026 - 17:20
Azərbaycan və Tacikistan arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq genişlənir08.04.2026 - 17:18
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək08.04.2026 - 17:15
İlahi həqiqətin elmi abidəsi: Nəsimi sözünün ensiklopedik təqdimatı08.04.2026 - 17:12
Həkim açıqladı: Melatonin nə vaxt faydalı, nə vaxt təhlükəlidir08.04.2026 - 17:10
Memarlığın fizikası: bərpa və dayanıqlılıq08.04.2026 - 17:06
Milli Qəhrəman məktəblilərlə görüşəcək08.04.2026 - 17:05
Ramin Nurəliyev – Təhsilin qısalması yox, uzadılması Azərbaycan üçün daha doğru seçimdir08.04.2026 - 17:00
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən peşəyönümü fəaliyyətlər davam etdirilir08.04.2026 - 17:00
ADU-da "TələbəPlus" kartı ilə bağlı infosessiya keçirilib08.04.2026 - 16:55