Təhsil 365 - Logo Mobile

Biləsuvarda iki kənd məktəbi birləşdirilir? – Rəsmi AÇIQLAMA

7908.04.2026 - 18:30
Biləsuvarda iki kənd məktəbi birləşdirilir? – Rəsmi AÇIQLAMA

Biləsuvar rayonunun Zəhmətabad kəndində fəaliyyət göstərən iki məktəbin birləşdirilməsi ilə bağlı yayılan xəbərlər müzakirələrə səbəb olub.

Tehsil365” xəbər verir ki, məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, təhsil müəssisələrində optimallaşdırma tədbirlərinin əsas məqsədlərindən biri resursların daha effektiv istifadəsidir: "Bu zaman şagird sayı az olan məktəblərin saxlanılması böyük maliyyə xərcləri tələb edir və optimallaşdırma ilə bu xərclər azaldılaraq dövlət büdcəsinə qənaət oluna bilər. Digər məqsəd təhsil keyfiyyətinin yüksəldilməsidir ki, az sayda şagirdlə fəaliyyət göstərən məktəblərdə müəllimlərin peşəkarlığına uyğun tədris təşkil etmək çətin olur. Şagirdlər daha yaxşı şəraitə malik məktəblərdə təhsil alarsa, bu, nəticələrə müsbət təsir göstərə bilər".

İdarənin açıqlamasında qeyd olunub ki, Biləsuvar rayon Zəhmətabad kəndində yerləşən iki məktəb arasında 1 km məsafə var: "Biləsuvar rayonu Zəhmətabad kəndində iki ümumtəhsil məktəbi var ki, bunlar Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbi və Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta ümumtəhsil məktəbidir.

Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbi 170 şagird yerlik olmaqla 1964-cü ildə yaradılıb, hazırda 328 nəfər şagird 6 günlük və iki növbəli iş rejimində təhsil alır. Binanın maddi infrastrukturu və maddi texniki bazası qənaətbəxş səviyyədə deyil. Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta ümumtəhsil məktəbi isə 1980-ci ildə yaradılmış, 420 şagird yerlik birtipli ikimərtəbəli tədris binasında 335 nəfər şagird 6 günlük və ikinövbəli iş rejimində təhsil alır. Binanın infrastrukturu və maddi-texniki bazası digər məktəblə müqayisədə qənaətbəxşdir".

Açıqlamada həmçinin qeyd olunub ki, hazırda Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbinin optimallaşdırılması ilə bağlı bütün məqamlar təhlil edilir: "Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbinin fəaliyyəti dayandırılarsa, şagirdlərin digər məktəbə yerləşdirilməsi, məsafə, məktəbin pedaqoji və texniki heyətinin işlə təmin olunması, məktəb şagirdlərinin digər məktəbə köçürülməsi zamanı tədrisin keyfiyyətinə necə təsir etməsi və s. kimi məsələlər təhlil edilir. Bu təhlillər nəticəsində məktəbin optimallaşdırılması barədə yekun qərar veriləcək və hələ ki optimallaşdırma barədə qərar yoxdur".

Fatimə Cəfərzadə

Xəbər Lenti

"Müasir metodist" müsabiqəsinin müsahibə mərhələsi başlayır08.04.2026 - 19:48
Bakıda tələbələr üçün əmək yarmarkası keçirilib08.04.2026 - 19:44
Bazar günü 52 mindən çox şagird imtahan verəcək08.04.2026 - 19:38
BMU tələbəsi təqaüd proqramının qalibi olub08.04.2026 - 19:32
DSX Xüsusi Məktəbinin V sinfinə imtahanın nəticələri AÇIQLANDI08.04.2026 - 19:24
Lirid meteor yağışı olacaq08.04.2026 - 19:18
Uşaqların uşaqlığını “əlindən almaq” hansı hallarda baş verir? – Ekspert danışdı08.04.2026 - 19:12
“Ağıllı uşaq” anlayışı nə dərəcədə doğrudur? – Məktəbəqədər ekspert açıqladı08.04.2026 - 19:05
Şagird geyimi ilə mədəniyyət: dünyadan fərqli məktəb FORMALARI08.04.2026 - 18:54
Şimşək, dolu, qar... - XƏBƏRDARLIQ08.04.2026 - 18:46
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək08.04.2026 - 18:45
Yeni təyin olunan müdir müavinlərini TANIYAQ08.04.2026 - 18:38
Bu universitetdən tədbirlərin təşkili üçün 27 min manatlıq MÜQAVİLƏ08.04.2026 - 18:34
Bir ailədən iki böyük UĞUR: Dünyanın ən nüfuzlu universitetlərinə QƏBUL OLDULAR08.04.2026 - 18:26
Rektor: 2030-cu ilədək tədrisin 80%-nin elektronlaşdırılması planlaşdırılır08.04.2026 - 18:20
Prezident Təlim Mərkəzinin açılışında iştirak edib08.04.2026 - 18:18
ETİHİ ilk həmkarlar ittifaqı sədrləri üçün istirahət təşkil edib08.04.2026 - 18:15
Naxçıvan Dövlət Universiteti Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb08.04.2026 - 18:14
BSU-da Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib08.04.2026 - 18:10
Balakəndə təşkil edilən intellektual yarışın qalibləri mükafatlandırılıblar08.04.2026 - 18:08
NDU nəzdində Gimnaziyanın 33 şagirdi fənn müsabiqələrində uğur qazanıb08.04.2026 - 18:02
Müasir şəhərsalma prosesi müzakirə olunub08.04.2026 - 18:00
Azərbaycan təhsilində gələcəyə hesablanmış addım: Qazaxıstana səfərin strateji əhəmiyyəti08.04.2026 - 18:00
Təhsil eksperti Elçin Süleymanov: “Peşə təhsili əmək bazarına daha operativ çıxış imkanı verir”08.04.2026 - 17:55
Aprelin 12-də 53 min şagird buraxılış imtahanı verəcək08.04.2026 - 17:55
Tələbələr sel risklərinə qarşı operativ hazırlıq barədə maarifləndirilib08.04.2026 - 17:52
DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanının nəticələri AÇIQLANDI08.04.2026 - 17:45
ABŞ-nin texnologiya nəhəngləri Çin rəqiblərinə qarşı əməkdaşlığa başlayıblar08.04.2026 - 17:45
“Ustad dərsləri” – qabaqcıl müəllimlər təcrübələrini paylaşır08.04.2026 - 17:44
Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib08.04.2026 - 17:36
BDU-nun Astrofizika kafedrası: Aprelin 16-25-də Lirid meteor yağışı olacaq08.04.2026 - 17:36
Regionlarda məktəbdaxili metodik xidmətin monitorinqi aparılır08.04.2026 - 17:35
Gündəlik BSU-da Türkoloji tədqiqatların gələcəyi müzakirə olundu08.04.2026 - 17:30
“Azərbaycan florasının konspekti” kitabı hazırlanır08.04.2026 - 17:26
İlon Mask "ChatGPT" yaradıcısını məhkəməyə verir08.04.2026 - 17:25
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ08.04.2026 - 17:20
Azərbaycan və Tacikistan arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq genişlənir08.04.2026 - 17:18
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək08.04.2026 - 17:15
İlahi həqiqətin elmi abidəsi: Nəsimi sözünün ensiklopedik təqdimatı08.04.2026 - 17:12
Həkim açıqladı: Melatonin nə vaxt faydalı, nə vaxt təhlükəlidir08.04.2026 - 17:10
Memarlığın fizikası: bərpa və dayanıqlılıq08.04.2026 - 17:06
Milli Qəhrəman məktəblilərlə görüşəcək08.04.2026 - 17:05
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən peşəyönümü fəaliyyətlər davam etdirilir08.04.2026 - 17:00
Ramin Nurəliyev – Təhsilin qısalması yox, uzadılması Azərbaycan üçün daha doğru seçimdir08.04.2026 - 17:00
ADU-da "TələbəPlus" kartı ilə bağlı infosessiya keçirilib08.04.2026 - 16:55
NDU Qazaxıstanın bir sıra ali məktəbləri ilə əməkdaşlığa başlayıb08.04.2026 - 16:45
"Müasir metodist" müsabiqəsinin müsahibə mərhələsi başlayır08.04.2026 - 16:35