Cəmiyyətdə tez-tez “ağıllı uşaq” ifadəsi işlədilir və bu anlayış adətən uşağın erkən yaşda oxuma, yazma və ya sürətli öyrənmə bacarıqları ilə əlaqələndirilir. Lakin mütəxəssislər bu yanaşmanın hər zaman düzgün olmadığını bildirirlər.
Mövzu ilə bağlı məktəbəqədər təhsil üzrə ekspert “Tehsil365"ə açıqlama verib.
Ekspert bildirib ki, “Ağıllı uşaq anlayışı çox zaman yanlış çərçivədə qiymətləndirilir. Uşağın yalnız akademik bacarıqlarına əsaslanaraq onun zəka səviyyəsini müəyyən etmək doğru deyil.”
Onun sözlərinə görə, “Hər uşağın fərqli inkişaf tempi və güclü tərəfləri var. Bəziləri ünsiyyət bacarıqları ilə seçilir, digərləri isə yaradıcılıq və ya emosional zəka baxımından daha inkişaf etmiş olur.”
Ekspert vurğulayıb ki, uşaqlara etiket vurmaq onların inkişafına mənfi təsir göstərə bilər: “Uşağı ‘ağıllı’ və ya ‘zəif’ kimi qiymətləndirmək onda təzyiq yarada və özgüvən balansını poza bilər.”
Sonda ekspert qeyd edib ki, əsas məqsəd uşağın potensialını düzgün istiqamətləndirməkdir: “Vacib olan uşağın fərdi xüsusiyyətlərini nəzərə alaraq onun hərtərəfli inkişafını dəstəkləməkdir.”

