Təhsil 365 - Logo Mobile

BSU-da Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib

6209.04.2026 - 09:46
BSU-da Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib

Aprelin 8-də Bakı Slavyan Universitetində (BSU) I Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov, Azərbaycan Respublikasının Bosniya və Hersoqovinadaki fövqəladə və səlahiyyətli səfəri Vilayət Quliyev, Filologiya elmləri doktoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Namanqan Dövlət Universitetinin rektoru Abduqaffar Qırğızbayev, Millət vəkili, Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Ardahan Universitetinin rektoru Öztürk Emiroğlu iştirak ediblər.

“Tehsil365” xəbər verir ki,tədbir çərçivəsində iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev 6-7 aprel tarixində Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisi, eləcə də Azərbaycan və Qazaxıstan ali təhsil müəssisələrinin II Rektorlar Forumu çərçivəsində keçirilən görüşlərdən bəhs edərək belə tədbirlərin ortaq akademik gələcəyin qurulması baxımından əhəmiyyətini vurğulayıb.

Rektor bildirib ki, Türkoloji Qurultayın 100 illiyinə həsr olunan tədbir xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, aradan bir əsr keçməsinə baxmayaraq Bakı bu gün də türkoloji məsələlərin müzakirə olunduğu əsas elmi və mədəni platformalardan biri olaraq öz mövqeyini qoruyub saxlayır.

A.Nağıyev çıxışında vurğulayıb ki, tədbirin məqsədi yalnız tarixi prosesləri təhlil etmək deyil, eyni zamanda ali təhsil və elm müəssisələri qarşısında duran yeni hədəfləri müəyyənləşdirməkdir. Bu kontekstdə o, İlham Əliyevin çıxışlarında səsləndirdiyi “türk dünyası bir ailədir” fikrinə istinad edərək, türk dünyası ölkələri arasında elmi və akademik əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Rektor, həmçinin qeyd edib ki, konfrans türk dünyasının müxtəlif ölkələrindən olan alim və tədqiqatçıları bir araya gətirərək, türkologiya sahəsində yeni yanaşmaların, elmi istiqamətlərin və əməkdaşlıq imkanlarının müzakirəsi üçün mühüm platforma rolunu oynayır. O, çıxışının sonunda tədbir çərçivəsində aparılacaq müzakirələrin milli kimlik və ortaq türk dünyası kimliyinin formalaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

AMEA-nın prezidenti İsa Həbibbəyli çıxışında Birinci Türkoloji Qurultayın türk xalqları arasında elmi və mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, bu platforma ortaq dil və tarix baxımından xüsusi əhəmiyyət daşıyır, latın əlifbasına keçid isə mədəni inteqrasiyanı gücləndirərək qarşılıqlı ünsiyyət, eləcə də əməkdaşlıq imkanlarını daha da genişləndirir.

Tədbirdə ADPU-nun rektoru Cəfər Cəfərov çıxışında Birinci Türkoloji Qurultayın türk xalqlarının birliyində mühüm rol oynadığını qeyd edib, bu qurultayı “birliyimizin elmi pasportu” adlandırdı. O bu ifadə ilə ortaq elmi və mədəni dəyərlərin önəmini vurğulayıb.

Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev çıxışı zamanı konfransın türk dünyası üçün ortaq dəyərindən danışıb, Qurultayın türk xalqlarının elmi və mədəni birliyində mühüm rol oynadığını qeyd edib. O, xüsusilə inteqrasiya məsələsinə diqqət çəkərək bu prosesin ortaq inkişaf baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Filologiya elmləri doktoru, Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü Mahirə Hüseynova çıxışı zamanı Türkoloji Qurultayın əhəmiyyətindən bəhs edərək bildirib ki, belə konfranslar sadəcə elmi müzakirə platforması deyil, həm də xalqın tarixi yaddaşı ilə birbaşa bağlı olan dəyərlərdir. Onun sözlərinə görə, bu tədbirlər keçmişimizi yaşadır, tariximizə işıq tutur və dünənimizlə bu günümüz arasında körpü rolunu oynayır. Məhz buna görə də belə konfransların keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə qeyd edib ki, tədbirin mövzusu bu gün dünyada baş verən qlobal hadisələr, mühüm geosiyasi proseslər fonunda xüsusi aktuallıq kəsb edir. O, çıxışında konfransın mövzusunun müasir beynəlxalq reallıqlarla sıx bağlı olduğunu vurğulayıb.

Namanqan Dövlət Universitetinin rektoru Abduqaffar Qırğızbayev 1926-cı ildə keçirilmiş Türkoloji Qurultaya diqqət çəkərək həmin təşəbbüsün türk xalqlarının yaxınlaşması baxımından mühüm rol oynadığını bildirib.

Millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva çıxışında qeyd edib ki, təşkil olunan konfrans təkcə elmi tədbir deyil, eyni zamanda türk dünyasının ortaq yaddaşına, ortaq kimliyinə və ortaq gələcəyinə verilən dəyərin bariz ifadəsidir. O, həmçinin vurğulayıb ki, türkologiya türk xalqlarının dilini, tarixini, dinini, ədəbiyyatını, mədəniyyətini, coğrafiyasını və mənəvi irsini bir araya gətirən mühüm elmi körpü rolunu oynayır.

Tədbirdə çıxış edən Ardahan Universitetinin rektoru Öztürk Emiroğlu türkoloji diplomatiyanın türk xalqları arasında elmi, mədəni və humanitar əlaqələrin gücləndirilməsində mühüm vasitə olduğunu vurğulayıb. O bu anlayışın ortaq layihələr, akademik əməkdaşlıq və dialoq platformaları vasitəsilə xalqlar arasında qarşılıqlı anlaşmanı dərinləşdirdiyini qeyd edib.

Yazıçı-jurnalist Aysel Sadak İltaş çıxışında qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayı təkcə elmi hadisə deyil, bir millətin təməlini təşkil edən dilin yenidən kəşfi və ortaq dəyərlər ətrafında birləşməsinin bariz nümunəsi idi. Onun sözlərinə görə bu mötəbər toplantı türk dilinin, türk mədəniyyətinin və ümumilikdə milli kimliyin gələcək nəsillərə ötürülməsi məqsədini daşımaqla yanaşı, eyni zamanda yeni bir oyanışın başlanğıcını simvolizə edirdi.

Zeynəb Quluyeva

Xəbər Lenti

ADPU-nun Quba filialında şəhid kapitan Aqil Məlikovun xatirəsi yad edilib09.04.2026 - 12:11
TIMSS 2027 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsi başladı 09.04.2026 - 10:00
Arif Əliyev: Şagirdlər riyaziyyatı anlamağa yönəlməlidir09.04.2026 - 09:55
15 000 illik sirr açıldı: Qədim insanların ticarət izləri tapıldı09.04.2026 - 09:40
Allergiyanın müalicəsində yeni standartlar09.04.2026 - 09:32
BDU-da Xəzər dənizinin səviyyə tərəddüdlərinin yaşayış məntəqələrinə təsirinə dair ustad dərsi09.04.2026 - 09:25
ADU-da Memarlar İttifaqının sədri Elbay Qasımzadənin iştirakı ilə elmi seminar keçirilib09.04.2026 - 09:16
Mədə problemlərinin gizli səbəbləri məlum oldu09.04.2026 - 09:08
“WhatsApp”a yeni funksiya əlavə olunacaq09.04.2026 - 09:00
“Yeni Üfüq” layihəsinin iştirakçıları BMU ilə tanış olub09.04.2026 - 08:50
Qarabağ Universiteti “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub09.04.2026 - 08:40
Azərbaycan mədəniyyəti Belçikada təbliğ olunur09.04.2026 - 08:29
BDU-nun Tələbə Gənclər Təşkilatı “5 Days Urban Weeks” layihəsinə başlayıb09.04.2026 - 08:19
BDU tələbələri ADA Universitetində praktik dərsdə09.04.2026 - 08:08
ADNSU-da qadın sahibkarlığı və innovasiyalar üzrə təlim keçirilib09.04.2026 - 08:00
BDU rektoru Almatıda Satbayev Universitetində keçirilən görüşlərdə iştirak edib09.04.2026 - 07:51
ADU-da akademik Muxtar İmanov tərəfindən ustad dərsi keçirilib09.04.2026 - 07:40
ADU-da TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib09.04.2026 - 07:31
ADU və Astana Beynəlxalq Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb09.04.2026 - 07:20
Bu günün hava proqnozu 09.04.2026 - 07:11
Böyük Britaniyada xarici tələbələr üçün həyatın çətin reallığı09.04.2026 - 07:00
İngiltərədə məktəblərdə bıçaq cinayətlərinə qarşı yeni hədəfli proqram tətbiq olunacaq09.04.2026 - 06:36
Böyük Britaniyada tələbə kreditləri üzrə faiz dərəcəsi azaldılıb09.04.2026 - 06:18
PragerU gənclər arasında təsirini genişləndirir09.04.2026 - 06:00
“Çitra” baletinin premyerası səhnəyə qoyuldu09.04.2026 - 05:42
Zirəddin Tağıyev – səhnə sənətinə ömrünü həsr edən aktyor09.04.2026 - 05:18
Teymur Bünyadov – Azərbaycan hərb tarixində iz qoyan general09.04.2026 - 05:06
Məmmədəli Mehdiyev – Azərbaycan cüdosunun güclü təmsilçisi09.04.2026 - 04:54
Ceyhun Mirzəyev – Azərbaycan kinosunun yadda qalan siması09.04.2026 - 04:36
Cəfər Rəmzi – Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi09.04.2026 - 04:18
Sidqi Ruhulla – Azərbaycan teatr sənətinin unudulmaz siması09.04.2026 - 04:00
Polis təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirib08.04.2026 - 19:58
Sənaye sahəsində 300-dən çox vakansiya məzunları gözləyir08.04.2026 - 19:54
"Müasir metodist" müsabiqəsinin müsahibə mərhələsi başlayır08.04.2026 - 19:48
Bakıda tələbələr üçün əmək yarmarkası keçirilib08.04.2026 - 19:44
Bazar günü 52 mindən çox şagird imtahan verəcək08.04.2026 - 19:38
BMU tələbəsi təqaüd proqramının qalibi olub08.04.2026 - 19:32
DSX Xüsusi Məktəbinin V sinfinə imtahanın nəticələri AÇIQLANDI08.04.2026 - 19:24
Lirid meteor yağışı olacaq08.04.2026 - 19:18
Uşaqların uşaqlığını “əlindən almaq” hansı hallarda baş verir? – Ekspert danışdı08.04.2026 - 19:12
“Ağıllı uşaq” anlayışı nə dərəcədə doğrudur? – Məktəbəqədər ekspert açıqladı08.04.2026 - 19:05
Şagird geyimi ilə mədəniyyət: dünyadan fərqli məktəb FORMALARI08.04.2026 - 18:54
Şimşək, dolu, qar... - XƏBƏRDARLIQ08.04.2026 - 18:46
ADNSU Çinin Pekin Kimya Texnologiyası Universiteti ilə əməkdaşlıq edəcək08.04.2026 - 18:45
Yeni təyin olunan müdir müavinlərini TANIYAQ08.04.2026 - 18:38
Bu universitetdən tədbirlərin təşkili üçün 27 min manatlıq MÜQAVİLƏ08.04.2026 - 18:34
Biləsuvarda iki kənd məktəbi birləşdirilir? – Rəsmi AÇIQLAMA08.04.2026 - 18:30