Təhsil 365 - Logo Mobile

Sumqayıtda "44 gün – Tarixi zəfər” kitabının IV cildinin təqdimatı olub

10209.04.2026 - 13:24
Sumqayıtda "44 gün – Tarixi zəfər” kitabının IV cildinin təqdimatı olub

Aprelin 9-da Mədəniyyət Nazirliyinin Respublika “Xatirə Kitabı” Redaksiyası Sumqayıt Dövlət Dram Teatrında “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatını keçirib.

Redaksiyadan “Tehsil365” ə bildirilib ki, “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildində Sumqayıt şəhəri və Abşeron rayonundan olan cəsur Vətən oğulları haqqında əlifba sırası ilə ensiklopedik məlumatlar yer alıb.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Sumqayıt Şəhər İcra hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Tərlan Hacızadə çıxış edərək belə bir nəşri ərsəyə gətirdiyi üçün Respublika “Xatirə Kitabı” Redaksiyasına təşəkkür edib.

Tədbirdə şair-publisist Rəfail Tağızadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı, şəhid Vəliyev Vəlinin atası Kamran Vəliyev, şəhid Təhməzov Pərvinin anası Əsli Təhməzova, şəhid Səmədov Elnurun həyat yoldaşı Səmədova Aynur, şəhid Sadıqov Rəsulun nənəsi Səkinə Rəsulova çıxış edərək Vətən uğrunda şəhid olmuş vətən oğullarının qəhrəmanlıq dolu ömür yolundan danışıblar.

Redaksiyanın baş redaktoru Nəzakət Məmmədova bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış Respublika “Xatirə Kitabı” insan resurslarını əbədiləşdirən tarixi sənəd, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Redaksiya bu missiyanı öz üzərinə götürərək İkinci Dünya müharibəsi (1941-1945), Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında kitablar nəşr etdirir. Bu günədək 17 cild çap olunub.

Diqqətə çatdırılıb ki, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə 4 cilddə kitab çap etdirib.

Sonda “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildi şəhid ailələrinə təqdim edilib.

Zəhra Əliyeva

Xəbər Lenti

AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb09.04.2026 - 18:24
Universitetlərdə diferensial əməkhaqqı sistemi necə tətbiq olunmalıdır?09.04.2026 - 18:16
Azərbaycan təhsilinin görünməyən qəhrəmanları...09.04.2026 - 18:08
İsmayıl İman: Pyes oxunuşları tamaşaların yaranması yolunda mühüm mərhələdir09.04.2026 - 18:02
Tibb üzrə ekspert Rasif Bağırov: “Xəstəliklərin çoxu əvvəlcə hiss olunmur, müayinə vacibdir”09.04.2026 - 17:55
Dövlət Film Fondunda Ceyhun Mirzəyevin xatirəsi anılıb09.04.2026 - 17:54
“Böyük türkmanlar və müasir türk xalqları” - etnik tarixə yeni elmi baxış09.04.2026 - 17:48
Hüquqşünas Əkrəm Həsənov: “Geyimə yalnız həddən artıq açıq-saçıq olduqda məhdudiyyət qoyula bilər”09.04.2026 - 17:45
“Dostluğun sehri” VIII Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb09.04.2026 - 17:42
Məşhur "Taxt oyunları" serialının aktyoru Maykl Patrik ölüb09.04.2026 - 17:35
ADU və İndoneziya universitetləri arasında mübadilə proqramları genişləndirilir09.04.2026 - 17:34
BMU-da Beynəlxalq Tələbələr Klubu yaradılıb09.04.2026 - 17:26
"Telegram"ın rəhbəri Avropa İttifaqının internet üzərindəki senzura siyasətini sərt tənqid etdi09.04.2026 - 17:25
“BDU könüllüləri”nin baş katibi: Güclü ailə modeli cəmiyyətin əsasını təşkil edir09.04.2026 - 17:18
Qarabağ Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirir09.04.2026 - 17:15
ADPU-da professor Müseyib İlyasovun 75 illik yubileyi qeyd edilib09.04.2026 - 17:12
Şirvan-Salyan regionunda 14 şagird RFM-in rayon mərhələsində 100 bal toplayıb09.04.2026 - 17:05
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılışı olub09.04.2026 - 17:04
Təhsil tələbə kreditindən yararlananların 63 faizi qadındır09.04.2026 - 17:00
İki kollecdə yeni rəhbər təyinatları olub09.04.2026 - 16:55
4-cü siniflər üçün beynəlxalq sınaq mərhələsi başladı09.04.2026 - 16:45
İdris İsayev Qubada vətəndaşları qəbul edəcək09.04.2026 - 16:35
Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub09.04.2026 - 16:25
Ağdaş və Qax məktəbliləri erkən nikahın zərərli təsirləri barədə məlumatlandırılıblar09.04.2026 - 16:15
"Rəqəmsal məktəb"in imkanları: Müəllimlər “Google”un alətlərindən ödənişsiz istifadə edə bilərlər09.04.2026 - 16:05
Prezident təqaüdçüsü TOP universitetlərdən qəbul təklifi aldı09.04.2026 - 16:00
Özbəkistanda “Xolid Said Xojayev” kitabının təqdimatı keçirilib09.04.2026 - 15:50
Müəllimlər üçün təşkil olunan düşərgənin açılış mərasimi keçirilib09.04.2026 - 15:40
Şamaxı məktəblisi şahmat üzrə çempionatda qalib olub09.04.2026 - 15:30
Milli Qəhrəman “Məktəbdə...” layihəsinin qonağı olub09.04.2026 - 15:20
ADNSU və BİNUS Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib09.04.2026 - 15:10
Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlığı davam etdirirlər09.04.2026 - 15:00
Cəfər Həsənovun solo konserti - Nağaranın sədası09.04.2026 - 14:49
Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Balakən və Zaqatalada monitorinq aparıblar09.04.2026 - 14:37
Milli Qəhrəman “Məktəbdə...” layihəsinin qonağı olub09.04.2026 - 14:25
ADNSU qlobal təhsil platformasında: İndoneziyanın BİNUS Universiteti ilə əməkdaşlığa dair razılıq əldə olunub09.04.2026 - 14:11
Aşıq yaradıcılığı və milli-mənəvi dəyərlərimiz mövzusunda elmi-praktik seminar reallaşacaq09.04.2026 - 13:59
Həyat məqsədini tapmaq: metodlar və yollar09.04.2026 - 13:47
“Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert09.04.2026 - 13:47
Yaradıcı düşüncə necə inkişaf edir?09.04.2026 - 13:42
Liderlik bacarıqları necə formalaşır?09.04.2026 - 13:35
Özbəkistanlı qonaqlar Milli Kitabxananı ziyarət edib09.04.2026 - 13:35
Ailə tərbiyəsinin uşağın şəxsiyyətinə təsiri09.04.2026 - 13:31
Xarici və yerli təhsil arasındakı əsas fərqlər- Təhsil eksperti Elçin Əfəndi 09.04.2026 - 13:20
Daşkənddə beynəlxalq konfrans çərçivəsində zəngin mədəni proqram təqdim edilib09.04.2026 - 13:11
Azərbaycanda əqli mülkiyyət üzrə mütəxəssis hazırlığına böyük diqqət yetirilir09.04.2026 - 12:59
ADAU və Qazaxıstanın Satbayev Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanacaq09.04.2026 - 12:47