“Xarici təhsil ilə yerli təhsil arasında müəyyən fərqlər mövcuddur və bu fərqlər xüsusilə universitet seçimi, ixtisas və tədris imkanları ilə bağlıdır.”
Bu sözləri “Tehsil365” ə açıqlamasında , təhsil eksperti Elçin Əfəndi bildirib.
“Xarici təhsillə yerli təhsil arasında fərq əlbəttə var və bu fərqlər birinci növbədə xarici təhsil alarkən vacibdir ki, hansı ixtisaslarda və universitetlərdə təhsil alır . Elə universitetlər var ki, onlar daha yüksək reytinqə malikdirlər. Ən azı top 500-lükdə və yaxud da ilk min yerdə dünya üzrə yer alırlar və həmin universitetlərin diplomları daha çox tanınır. O cümlədən peşəkar müəllim, professor heyət tərəfindən təhsil alırlar və oxuduqları ixtisas üzrə ixtisaslı kadr kimi daha yaxşı formalaşa bilirlər. Düzdür, yerli təhsildə də bunu təqdim edən bizim ali təhsil müəssisələrimiz var, amma ümumilikdə xaricdə istər bakalavr, magistr və yaxud doktorantura istiqamətində təhsil alanların bilik və bacarıqlarının müəyyən qədər fərqli olduğunu görə bilirik. Ona görə də bəziləri məhz xarici təhsil almaqda maraqlıdırlar. Orda tələbələr üçün yaradılan imkan, universitetlərin kampus olaraq əksəriyyətinin fəaliyyət göstərməsi, eyni zamanda tələbələr üçün yaşam şəraiti və s. Bunlar hamısı başlıca rol oynayan amillərdir.”

