Ümumiyyətlə yaradıcı düşüncə nədir və həyatımıza necə təsir edir ?Yaradıcı düşünmə hər şeyə fərqli və ya başqa perspektivdən baxmaq və problemlərin həllinin yeni yollarını tapmaq qabiliyyəti sayılır. Bir sıra hallarda yaradıcı düşünməyə ehtiyac yaranır.Bunun səbəbi isə beynimiz təbii olaraq müəyyən qədər “qısa həll yolları” tapmağa meyillidir.
“Tehsil365” in araşdırmasına görə , yaradıcı düşüncə insanın yeni ideyalar, həll yolları və fərqli baxış bucaqları tapmaq bacarığıdır. Bu qabiliyyət yalnız doğuşdan gələn istedad deyil, həm də daim işlənən və inkişaf etdirilən bir xüsusiyyətdir.
İlk növbədə, yaradıcı düşüncənin inkişafı üçün maraqlı mühit vacibdir. İnsan müxtəlif mövzularda oxuyanda, musiqi dinləyəndə və ya fərqli sənət əsərləri ilə tanış olanda beyninə yeni ideyalar üçün “toxumlar” düşür.
Bundan əlavə, tənqidi düşüncə yaradıcı düşüncəni gücləndirir. İnsan problemlərə yalnız bir tərəfdən baxmayıb, müxtəlif variantları araşdıranda fərqli və unikal həllər tapmaq daha asan olur.
Təcrübə və praktika da önəmlidir. Rəsm çəkmək, yazı yazmaq, eksperimentlər aparmaq və ya sadəcə fərqli tapşırıqları sınamaq beynin yeni yollar kəşf etməsinə kömək edir. Burada “səhv etməkdən qorxmaq” olmamalıdır, çünki səhvlər yaradıcı düşüncənin ən böyük müəllimlərindən biridir.
Nəhayət, yaradıcı düşüncə üçün açıq zehin və maraq əsas şərtdir. İnsan hər şeyi sorğulayıb yeni yollar axtardıqca, beynində yeni ideyalar doğulur.

