Təhsil 365 - Logo Mobile

BMU-da Beynəlxalq Tələbələr Klubu yaradılıb

7209.04.2026 - 17:26
BMU-da Beynəlxalq Tələbələr Klubu yaradılıb

Bakı Mühəndislik Universitetində (BMU) Beynəlxalq Tələbələr Klubu təsis olunub.

BMU-dan “Tehsil365"ə bildirilib ki, bu məqsədlə keçirilən tədbirdə çıxış edən rektor Yaqub Piriyev son illər universitetdə təhsil alan əcnəbi tələbələrin sayı və coğrafiyasının nəzərəçarpacaq dərəcədə genişləndiyini vurğulayıb: “Hazırda BMU-da 40 ölkədən tələbələr təhsil alır ki, bu da əvvəlki illərlə müqayisədə təmsil olunan dövlətlərin, habelə tələbə sayının təxminən iki dəfədən çox artdığını göstərir. Bu dinamika universitetin qlobal təhsil məkanına inteqrasiyasının və beynəlxalq mühitdə artan nüfuzunun göstəricisi olmaqla yanaşı, əcnəbi tələbələrin akademik, sosial inteqrasiyasını daha sistemli şəkildə təmin edəcək institusional mexanizmlərin yaradılmasını zərurətə çevirir”.

Hazırda BMU-da ümumilikdə 20-dən artıq tələbə klubunun fəaliyyət göstərdiyini, onların sırasına əcnəbi tələbələrdən ibarət yeni klubun qoşulmasının təqdirəlayiq hal olduğunu deyən Yaqub Piriyev, eyni zamanda, bu addımın multikulturalizm prinsiplərinin ali təhsil mühitində təşviqi baxımından önəminə diqqət çəkib. Qeyd edib ki, müxtəlif mədəni və sosial mühitlərdən olan xarici tələbələrin belə bir platformada birləşməsi dialoqun, tolerantlığın formalaşmasına, fərqli dəyərlərin qarşılıqlı zənginləşməsinə mühüm töhfə verəcək. Yeni sosial layihələrin, ideyaların həyata keçirilməsində klub üzvlərini fəal olmağa çağıran, onlara fəaliyyətlərində uğurlar arzulayan rektor bildirib ki, görülən işlər nəticə etibarilə tələbələrin liderlik və kommunikasiya bacarıqlarının inkişafına da müsbət təsir göstərəcək.

Klubun sədri seçilən sənaye mühəndisliyi ixtisasının Keniyadan olan tələbəsi Peter Malale gələcək fəaliyyətlə bağlı məlumatları nəzərə çatdırıb. Qeyd olunub ki, klubun fəaliyyət çərçivəsinə tələbəyönümlü tədbirlərin, o cümlədən akademik seminarlar, mədəniyyət günləri, inteqrasiya proqramları və müxtəlif sosial layihələrin həyata keçirilməsi daxildir. Göstərilən etimada görə təşəkkürünü dilə gətirən Peter Malale tələbələrin öz potensiallarını reallaşdırmaq üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra tədbirdə çıxış edən əcnəbi tələbələr müxtəlif təkliflər irəli sürüblər. Bildiriblər ki, Beynəlxalq Tələbələr Klubu onların təşəbbüslərini reallaşdırmaq, özlərini təqdim etmək və universitet həyatına daha fəal qoşulmaq üçün geniş imkanlar açacaq.

Nərmin Mustafayeva

Xəbər Lenti

Harvardda yeni qiymətləndirmə sistemi narazılıq yaradıb09.04.2026 - 19:57
Sabah 22 dərəcə isti olacaq09.04.2026 - 19:54
Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub09.04.2026 - 19:46
Konfrans öncəsi vörkşoplar davam edir09.04.2026 - 19:40
Tovuzda bir ailə üç uşağından imtina etdi09.04.2026 - 19:32
Azərbaycanda birinci sinfə qəbul prosesində YENİLİK09.04.2026 - 19:25
İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilib09.04.2026 - 19:18
“Mənim üçün ən uca hiss Vətən sevgisidir”- Milli Qəhrəman İbad Hüseynov09.04.2026 - 19:12
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı09.04.2026 - 19:05
ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir09.04.2026 - 18:54
Günəşdə güclü partlayış09.04.2026 - 18:46
Rusiyada pioner və komsomollar bərpa olunur09.04.2026 - 18:38
Salyanda uşaq bağçasının icarəsinə 12 min manat ayrılıb09.04.2026 - 18:32
AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb09.04.2026 - 18:24
Universitetlərdə diferensial əməkhaqqı sistemi necə tətbiq olunmalıdır?09.04.2026 - 18:16
Azərbaycan təhsilinin görünməyən qəhrəmanları...09.04.2026 - 18:08
İsmayıl İman: Pyes oxunuşları tamaşaların yaranması yolunda mühüm mərhələdir09.04.2026 - 18:02
Tibb üzrə ekspert Rasif Bağırov: “Xəstəliklərin çoxu əvvəlcə hiss olunmur, müayinə vacibdir”09.04.2026 - 17:55
Dövlət Film Fondunda Ceyhun Mirzəyevin xatirəsi anılıb09.04.2026 - 17:54
“Böyük türkmanlar və müasir türk xalqları” - etnik tarixə yeni elmi baxış09.04.2026 - 17:48
Hüquqşünas Əkrəm Həsənov: “Geyimə yalnız həddən artıq açıq-saçıq olduqda məhdudiyyət qoyula bilər”09.04.2026 - 17:45
“Dostluğun sehri” VIII Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb09.04.2026 - 17:42
Məşhur "Taxt oyunları" serialının aktyoru Maykl Patrik ölüb09.04.2026 - 17:35
ADU və İndoneziya universitetləri arasında mübadilə proqramları genişləndirilir09.04.2026 - 17:34
"Telegram"ın rəhbəri Avropa İttifaqının internet üzərindəki senzura siyasətini sərt tənqid etdi09.04.2026 - 17:25
“BDU könüllüləri”nin baş katibi: Güclü ailə modeli cəmiyyətin əsasını təşkil edir09.04.2026 - 17:18
Qarabağ Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirir09.04.2026 - 17:15
ADPU-da professor Müseyib İlyasovun 75 illik yubileyi qeyd edilib09.04.2026 - 17:12
Şirvan-Salyan regionunda 14 şagird RFM-in rayon mərhələsində 100 bal toplayıb09.04.2026 - 17:05
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılışı olub09.04.2026 - 17:04
Təhsil tələbə kreditindən yararlananların 63 faizi qadındır09.04.2026 - 17:00
İki kollecdə yeni rəhbər təyinatları olub09.04.2026 - 16:55
4-cü siniflər üçün beynəlxalq sınaq mərhələsi başladı09.04.2026 - 16:45
İdris İsayev Qubada vətəndaşları qəbul edəcək09.04.2026 - 16:35
Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub09.04.2026 - 16:25
Ağdaş və Qax məktəbliləri erkən nikahın zərərli təsirləri barədə məlumatlandırılıblar09.04.2026 - 16:15
"Rəqəmsal məktəb"in imkanları: Müəllimlər “Google”un alətlərindən ödənişsiz istifadə edə bilərlər09.04.2026 - 16:05
Prezident təqaüdçüsü TOP universitetlərdən qəbul təklifi aldı09.04.2026 - 16:00
Özbəkistanda “Xolid Said Xojayev” kitabının təqdimatı keçirilib09.04.2026 - 15:50
Müəllimlər üçün təşkil olunan düşərgənin açılış mərasimi keçirilib09.04.2026 - 15:40
Şamaxı məktəblisi şahmat üzrə çempionatda qalib olub09.04.2026 - 15:30
Milli Qəhrəman “Məktəbdə...” layihəsinin qonağı olub09.04.2026 - 15:20
ADNSU və BİNUS Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib09.04.2026 - 15:10
Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlığı davam etdirirlər09.04.2026 - 15:00
Cəfər Həsənovun solo konserti - Nağaranın sədası09.04.2026 - 14:49
Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Balakən və Zaqatalada monitorinq aparıblar09.04.2026 - 14:37
Milli Qəhrəman “Məktəbdə...” layihəsinin qonağı olub09.04.2026 - 14:25