Təhsil 365 - Logo Mobile

İsmayıl İman: Pyes oxunuşları tamaşaların yaranması yolunda mühüm mərhələdir

7209.04.2026 - 18:02
İsmayıl İman: Pyes oxunuşları tamaşaların yaranması yolunda mühüm mərhələdir

14–17 aprel 2026-cı il tarixlərində CHARACTERS Müasir Dramaturgiya Hərəkatı “CHARACTERS 2026” pyes müsabiqəsinin qalibi olmuş üç pyesin festival oxunuşlarını keçirəcək.

CHARACTERS-in bədii rəhbəri, dramaturq İsmayıl İman “Tehsil365"ə bildirib ki, oxunuşların keçirilməsi bir neçə məqsədə xidmət edir. Bir tərəfdən, bu, qalib pyeslərin təqdim edilməsi və tamaşaçıların müasir dramaturgiya ilə tanış olması üçün imkandır. Digər tərəfdən, oxunuşlar gələcək tamaşaların yaranması yolunda mühüm mərhələdir.

“Pyes ədəbi mətn kimi müstəqil mövcud ola bilər, lakin müsabiqənin əsas nəticəsi olaraq, yeni tamaşaların yaranmasını görmək istəyirik. Buna görə də ümid edirik ki, müsabiqənin və xüsusilə festival oxunuşlarının nəticəsi olaraq yeni səhnə quruluşları yaranacaq. Bu il klassik oxunuş formasından daha çox gələcək səhnə versiyasının potensialını görməyə imkan verən eskiz formatına üstünlük verdik”, — deyə İman bildirib.

Proqramda cəmi üç pyes təqdim olunsa da, oxunuşların sayı dörd olacaq. Birinci yerə layiq görülmüş Jalə İsmayılın “Quyuda bitən qamışın monoloqu” pyesi iki dəfə təqdim ediləcək — festivalın açılış günündə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kiçik səhnəsində SABAH qrupunun tələbələrinin ifasında və bağlanış günündə “Fluxus Space” incəsənət qalereyasında CHARACTERS Teatrının təqdimatında. Festivalın digər məkanları sırasında Azərbaycan Kinematoqrafçılar İttifaqı və Ritual Teatr və Yaradıcılıq Laboratoriyası da yer alır.

Festival proqramı:

14.04.2026 — 12:00

Jalə İsmayıl “Quyuda bitən qamışın monoloqu”

Rejissor: Ülvi Məmmədli (ADMİU-nun SABAH qrupunun tələbələrinin təqdimatında)

Məkan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Ünvan: Bakı, İnşaatçılar prospekti, 39

Giriş dəvətnamə ilədir

15.04.2026 — 19:00

Abdulla Elşadlı “__”

Rejissor: Rəvan Hüseynzadə

Məkan: Ritual Teatr və Yaradıcılıq Laboratoriyası

: Bakı, Vidadi küçəsi, 148

Giriş sərbəstdir (zalın tutumu ilə məhdud)

6.04.2026 — 19:00

Hacı Səfərov “Eyay”

Rejissor: Şəbnəm Xeyrulla

Məkan: Azərbaycan Kinematoqrafçılar İttifaqı

Ünvan: Bakı, Bülbül prospekti, 3

Giriş sərbəstdir (zalın tutumu ilə məhdud)

17.04.2026 — 19:00

Jalə İsmayıl “Quyuda bitən qamışın monoloqu”

Rejissor: Nigar Güləhmədova (CHARACTERS Teatrının təqdimatında)

Məkan: “Fluxus Space” incəsənət qalereyası

Ünvan: Bakı, 28 May küçəsi, 5

Giriş sərbəstdir (zalın tutumu ilə məhdud)

Nərmin Mustafayeva

Xəbər Lenti

Harvardda yeni qiymətləndirmə sistemi narazılıq yaradıb09.04.2026 - 19:57
Sabah 22 dərəcə isti olacaq09.04.2026 - 19:54
Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub09.04.2026 - 19:46
Konfrans öncəsi vörkşoplar davam edir09.04.2026 - 19:40
Tovuzda bir ailə üç uşağından imtina etdi09.04.2026 - 19:32
Azərbaycanda birinci sinfə qəbul prosesində YENİLİK09.04.2026 - 19:25
İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilib09.04.2026 - 19:18
“Mənim üçün ən uca hiss Vətən sevgisidir”- Milli Qəhrəman İbad Hüseynov09.04.2026 - 19:12
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı09.04.2026 - 19:05
ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir09.04.2026 - 18:54
Günəşdə güclü partlayış09.04.2026 - 18:46
Rusiyada pioner və komsomollar bərpa olunur09.04.2026 - 18:38
Salyanda uşaq bağçasının icarəsinə 12 min manat ayrılıb09.04.2026 - 18:32
AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb09.04.2026 - 18:24
Universitetlərdə diferensial əməkhaqqı sistemi necə tətbiq olunmalıdır?09.04.2026 - 18:16
Azərbaycan təhsilinin görünməyən qəhrəmanları...09.04.2026 - 18:08
Tibb üzrə ekspert Rasif Bağırov: “Xəstəliklərin çoxu əvvəlcə hiss olunmur, müayinə vacibdir”09.04.2026 - 17:55
Dövlət Film Fondunda Ceyhun Mirzəyevin xatirəsi anılıb09.04.2026 - 17:54
“Böyük türkmanlar və müasir türk xalqları” - etnik tarixə yeni elmi baxış09.04.2026 - 17:48
Hüquqşünas Əkrəm Həsənov: “Geyimə yalnız həddən artıq açıq-saçıq olduqda məhdudiyyət qoyula bilər”09.04.2026 - 17:45
“Dostluğun sehri” VIII Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb09.04.2026 - 17:42
Məşhur "Taxt oyunları" serialının aktyoru Maykl Patrik ölüb09.04.2026 - 17:35
ADU və İndoneziya universitetləri arasında mübadilə proqramları genişləndirilir09.04.2026 - 17:34
BMU-da Beynəlxalq Tələbələr Klubu yaradılıb09.04.2026 - 17:26
"Telegram"ın rəhbəri Avropa İttifaqının internet üzərindəki senzura siyasətini sərt tənqid etdi09.04.2026 - 17:25
“BDU könüllüləri”nin baş katibi: Güclü ailə modeli cəmiyyətin əsasını təşkil edir09.04.2026 - 17:18
Qarabağ Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirir09.04.2026 - 17:15
ADPU-da professor Müseyib İlyasovun 75 illik yubileyi qeyd edilib09.04.2026 - 17:12
Şirvan-Salyan regionunda 14 şagird RFM-in rayon mərhələsində 100 bal toplayıb09.04.2026 - 17:05
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılışı olub09.04.2026 - 17:04
Təhsil tələbə kreditindən yararlananların 63 faizi qadındır09.04.2026 - 17:00
İki kollecdə yeni rəhbər təyinatları olub09.04.2026 - 16:55
4-cü siniflər üçün beynəlxalq sınaq mərhələsi başladı09.04.2026 - 16:45
İdris İsayev Qubada vətəndaşları qəbul edəcək09.04.2026 - 16:35
Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub09.04.2026 - 16:25
Ağdaş və Qax məktəbliləri erkən nikahın zərərli təsirləri barədə məlumatlandırılıblar09.04.2026 - 16:15
"Rəqəmsal məktəb"in imkanları: Müəllimlər “Google”un alətlərindən ödənişsiz istifadə edə bilərlər09.04.2026 - 16:05
Prezident təqaüdçüsü TOP universitetlərdən qəbul təklifi aldı09.04.2026 - 16:00
Özbəkistanda “Xolid Said Xojayev” kitabının təqdimatı keçirilib09.04.2026 - 15:50
Müəllimlər üçün təşkil olunan düşərgənin açılış mərasimi keçirilib09.04.2026 - 15:40
Şamaxı məktəblisi şahmat üzrə çempionatda qalib olub09.04.2026 - 15:30
Milli Qəhrəman “Məktəbdə...” layihəsinin qonağı olub09.04.2026 - 15:20
ADNSU və BİNUS Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib09.04.2026 - 15:10
Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlığı davam etdirirlər09.04.2026 - 15:00
Cəfər Həsənovun solo konserti - Nağaranın sədası09.04.2026 - 14:49
Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Balakən və Zaqatalada monitorinq aparıblar09.04.2026 - 14:37
Milli Qəhrəman “Məktəbdə...” layihəsinin qonağı olub09.04.2026 - 14:25