Təhsil 365 - Logo Mobile

ADNSU və BİNUS Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

9309.04.2026 - 15:10
ADNSU və BİNUS Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Şenjen şəhərində keçirilən nüfuzlu "QS China Summit 2026" (QS Higher Education Summit China) sammitində iştirak edir.

“Tehsil365“ xəbər verir ki, Universitetdın verilən məlumata görə, 8-9 aprel tarixlərində keçirilən beynəlxalq sammitdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, rektorun müşaviri Ülviyyə Abbasova və SABAH mərkəzinin proqram rəhbəri Elnur Əlizadə iştirak ediblər.

Sammit çərçivəsində ADNSU-nun rektoru, dosent Rüfət Əzizov dünyanın aparıcı ali təhsil müəssisələrinin rəhbərləri ilə birgə “Beynəlxalq əməkdaşlıq: Çin Asiya və dünya ölkələri ilə tərəfdaşlıq qurur” mövzusuna həsr olunmuş mühüm panel sessiyada məruzəçi qismində çıxış edib.

Müzakirələrdə rektor, dosent Rüfət Əzizovla yanaşı, Malayziyanın Menecment və Elm Universitetinin (MSU) Tədqiqatlar üzrə prorektoru Prof. Dr. Norfilza Mohd Mokhtar, Çinin Honq Konq Xüsusi İnzibati Bölgəsinin Honq Konq Politexnik Universitetinin Qlobal işlər üzrə prorektoru Prof. Geoffrey Qiping Shen və Böyük Britaniyanın Kral İncəsənət Kollecinin Akademik məsələlər üzrə prorektoru Prof. Ken Neil iştirak ediblər.

Müzakirələr zamanı rektor, dosent Rüfət Əzizov və digər beynəlxalq ekspertlər rəqabətədavamlı əməkdaşlıq modellərinin qurulması, risklərin idarə olunması və universitetlərin qlobal reputasiyasının yüksəldilməsi yollarını təhlil ediblər. Xüsusilə, fərqli qitələrdəki kampuslar arasında innovasiya və mədəni mübadiləni təşviq edən ortaq ekosistemlərin yaradılmasının əhəmiyyəti vurğulanıb, birgə tədqiqat alyansları və tələbə mobilliyi kimi strateji məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sammit çərçivəsində ADNSU ilə İndoneziyanın BİNUS Universiteti arasında ikitərəfli görüş keçirilib. Görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov və BİNUS Universitetinin rektoru Dr. Nelly S. Kom. ilə aparılan müzakirələr zamanı tərəflər arasında elmi tədqiqat istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Xüsusən də doktorantların qısamüddətli elmi tədqiqat məqsədilə qarşılıqlı səfərlərinin təşkili, tələbə-müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi və birgə elmi layihələrin icrası istiqamətində ilkin razılığa gəlinib . Görüşdə həmçinin gələcəkdə ikitərəfli akademik əlaqələrin daha da inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

20–30 ölkədən 150–200-ə yaxın universitetin iştirak etdiyi sammit çərçivəsində təşkil olunan təhsil sərgisində ADNSU öz stendi ilə də təmsil olunub və ziyarətçilərə universitetin təhsil imkanları, ixtisasları və beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumat təqdim edib.

Qeyd edək ki, ali təhsil sahəsində beynəlxalq nüfuza malik platformalardan biri olan “QS China Summit 2026” dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, təhsil ekspertlərini və ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirir. Tədbir çərçivəsində ali təhsildə beynəlmiləlləşmə, innovasiya, keyfiyyət təminatı, strateji inkişaf, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və qlobal akademik əməkdaşlıq kimi aktual mövzular müzakirə olunur.

Mehriban İbadova

Xəbər Lenti

Salyanda uşaq bağçasının icarəsinə 12 min manat ayrılıb09.04.2026 - 18:32
AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb09.04.2026 - 18:24
Universitetlərdə diferensial əməkhaqqı sistemi necə tətbiq olunmalıdır?09.04.2026 - 18:16
Azərbaycan təhsilinin görünməyən qəhrəmanları...09.04.2026 - 18:08
İsmayıl İman: Pyes oxunuşları tamaşaların yaranması yolunda mühüm mərhələdir09.04.2026 - 18:02
Tibb üzrə ekspert Rasif Bağırov: “Xəstəliklərin çoxu əvvəlcə hiss olunmur, müayinə vacibdir”09.04.2026 - 17:55
Dövlət Film Fondunda Ceyhun Mirzəyevin xatirəsi anılıb09.04.2026 - 17:54
“Böyük türkmanlar və müasir türk xalqları” - etnik tarixə yeni elmi baxış09.04.2026 - 17:48
Hüquqşünas Əkrəm Həsənov: “Geyimə yalnız həddən artıq açıq-saçıq olduqda məhdudiyyət qoyula bilər”09.04.2026 - 17:45
“Dostluğun sehri” VIII Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb09.04.2026 - 17:42
Məşhur "Taxt oyunları" serialının aktyoru Maykl Patrik ölüb09.04.2026 - 17:35
ADU və İndoneziya universitetləri arasında mübadilə proqramları genişləndirilir09.04.2026 - 17:34
BMU-da Beynəlxalq Tələbələr Klubu yaradılıb09.04.2026 - 17:26
"Telegram"ın rəhbəri Avropa İttifaqının internet üzərindəki senzura siyasətini sərt tənqid etdi09.04.2026 - 17:25
“BDU könüllüləri”nin baş katibi: Güclü ailə modeli cəmiyyətin əsasını təşkil edir09.04.2026 - 17:18
Qarabağ Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirir09.04.2026 - 17:15
ADPU-da professor Müseyib İlyasovun 75 illik yubileyi qeyd edilib09.04.2026 - 17:12
Şirvan-Salyan regionunda 14 şagird RFM-in rayon mərhələsində 100 bal toplayıb09.04.2026 - 17:05
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılışı olub09.04.2026 - 17:04
Təhsil tələbə kreditindən yararlananların 63 faizi qadındır09.04.2026 - 17:00
İki kollecdə yeni rəhbər təyinatları olub09.04.2026 - 16:55
4-cü siniflər üçün beynəlxalq sınaq mərhələsi başladı09.04.2026 - 16:45
İdris İsayev Qubada vətəndaşları qəbul edəcək09.04.2026 - 16:35
Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub09.04.2026 - 16:25
Ağdaş və Qax məktəbliləri erkən nikahın zərərli təsirləri barədə məlumatlandırılıblar09.04.2026 - 16:15
"Rəqəmsal məktəb"in imkanları: Müəllimlər “Google”un alətlərindən ödənişsiz istifadə edə bilərlər09.04.2026 - 16:05
Prezident təqaüdçüsü TOP universitetlərdən qəbul təklifi aldı09.04.2026 - 16:00
Özbəkistanda “Xolid Said Xojayev” kitabının təqdimatı keçirilib09.04.2026 - 15:50
Müəllimlər üçün təşkil olunan düşərgənin açılış mərasimi keçirilib09.04.2026 - 15:40
Şamaxı məktəblisi şahmat üzrə çempionatda qalib olub09.04.2026 - 15:30
Milli Qəhrəman “Məktəbdə...” layihəsinin qonağı olub09.04.2026 - 15:20
Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlığı davam etdirirlər09.04.2026 - 15:00
Cəfər Həsənovun solo konserti - Nağaranın sədası09.04.2026 - 14:49
Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Balakən və Zaqatalada monitorinq aparıblar09.04.2026 - 14:37
Milli Qəhrəman “Məktəbdə...” layihəsinin qonağı olub09.04.2026 - 14:25
ADNSU qlobal təhsil platformasında: İndoneziyanın BİNUS Universiteti ilə əməkdaşlığa dair razılıq əldə olunub09.04.2026 - 14:11
Aşıq yaradıcılığı və milli-mənəvi dəyərlərimiz mövzusunda elmi-praktik seminar reallaşacaq09.04.2026 - 13:59
“Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert09.04.2026 - 13:47
Həyat məqsədini tapmaq: metodlar və yollar09.04.2026 - 13:47
Yaradıcı düşüncə necə inkişaf edir?09.04.2026 - 13:42
Özbəkistanlı qonaqlar Milli Kitabxananı ziyarət edib09.04.2026 - 13:35
Liderlik bacarıqları necə formalaşır?09.04.2026 - 13:35
Ailə tərbiyəsinin uşağın şəxsiyyətinə təsiri09.04.2026 - 13:31
Sumqayıtda "44 gün – Tarixi zəfər” kitabının IV cildinin təqdimatı olub09.04.2026 - 13:24
Xarici və yerli təhsil arasındakı əsas fərqlər- Təhsil eksperti Elçin Əfəndi 09.04.2026 - 13:20
Daşkənddə beynəlxalq konfrans çərçivəsində zəngin mədəni proqram təqdim edilib09.04.2026 - 13:11
Azərbaycanda əqli mülkiyyət üzrə mütəxəssis hazırlığına böyük diqqət yetirilir09.04.2026 - 12:59