Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin və Şamaxı şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 2-ci sinif şagirdi Aylin Abbaslı şahmat üzrə respublika çempionatında 8 yaşlı qızlar arasında III yerə layiq görülüb.
“Tehsil365“ bu barədə RTİ-dən məlumat verilib.
Bildirilib ki, Aylin Abbaslı Şamaxı, İsmayıllı və Ağsu rayonları üzrə çempionatda iştirak edən 20 şagird arasından qalib olan yeganə məktəblidir.
Çempionatın final mərhələsi 23–30 mart 2026-cı il tarixlərində Gəncə İdman Sarayında təşkil olunub. Yarış “Şahmat üzrə Azərbaycan milli yığma komandalarının formalaşdırılması meyarları və şahmatçılara dəstək proqramı” çərçivəsində keçirilib.

