Təhsil tələbə kreditindən yararlananların 63 faizi qadınlardır.
"Tehsil365” xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə rəsmi "LinkedIn" hesabında paylaşım edib.
Bildirilib ki, Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı tarixdən əldə olunan nəticələr yüksək dinamika nümayiş etdirir: "Hazırkı dövrədək 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilmiş və ümumilikdə təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılmışdır. Dövlətimizin yaratdığı bu imkanlar tələbələrimizin arzuladıqları ixtisası seçmələrinə və yüksək akademik göstəricilər əldə edərək müvafiq güzəştlərdən yararlanmalarına dəstək olub", – deyə paylaşımda qeyd edilib.

