Onun sözlərinə görə, geyim azadlığı dini baxışlara da şamil edilməlidir. “Bəzən deyilir ki, qadınları baş örtüsü ilə buraxmayaq. Ancaq bunlar 18 yaşı olan şəxslərdir. Kim onların dini məsələlərinə müdaxilə edə bilər? Özləri bilərlər necə geyinirlər.”
Hüquqşünas Əkrəm Həsənov “Tehsil365”ə açıqlamasında bildirib: “Mən hesab edirəm ki, geyimə münasibətdə yalnız həddən artıq açıq-saçıq geyimə məhdudiyyət qoyulmalıdır. Yəni ali məktəbə şortikdə, kupalnikdə, çimərlik geyimində gəlmək olmaz. Qalan hallarda isə insan nəyi necə istəyirsə, elə də geyinməlidir.”
Əkrəm Həsənov vurğulayıb ki, geyim azadlığı insan hüquqlarının bir hissəsidir və bu sahədə yalnız ictimai qayda və etik normaları pozan hallara qarşı məhdudiyyət tətbiq oluna bilər.

