Onun sözlərinə görə, bu səbəbdən mütəmadi müayinələr çox vacibdir. “Adətən ona görə deyilir ki, heç olmasa ildə bir dəfə müayinədən keçmək lazımdır. Biz bütün müayinələri yox, əsasən orqanizmdə ən çox zədə görə biləcək nahiyələri yoxlayırıq. Əgər müəyyən narahatlıqlar aşkarlanırsa, onları aradan qaldırmaq mümkündür, yoxdursa daha yaxşıdır. Növbəti ildə yenidən müayinə olunmalıdır ki, xəstəliklər vaxtında aşkar edilsin.”
Tibb üzrə ekspert Rasif Bağırov “Tehsil365”ə açıqlamasında bildirib: “Əslində orqanların hamısı əvvəl-əvvəl özünü büruzə vermir. Xəstələr bunu hiss edə bilmir. Görürsən ki, xəstəlik kifayət qədər dərinləşir və insan yalnız o zaman anlayır ki, onda hansısa problem var.”
Ekspert əlavə edib ki, bir çox hallarda insanlar ya imkan tapmır, ya da müayinəyə getmək istəmirlər. “Nəticədə xəstəlik başlayır, tamamilə ağır bir hala gəlib çatanda bilinir ki, onlarda filan xəstəlik var. Onda isə çox gec olur. Bu, təkcə bəzi xəstəliklərə yox, ümumiyyətlə bütün xəstəliklərə xas olan bir əlamətdir.”

