Azərbaycanın qəhrəmanlıq tarixində xüsusi yer tutan Valeh Əlizaid oğlu Müslümov Vətən uğrunda göstərdiyi şücaətlə yadda qalan igidlərdəndir.
“Tehsil365” xəbər verir ki, O, 2 sentyabr 1968-ci ildə Lerik rayonunda anadan olub.
Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə fəal iştirak edən Valeh Müslümov torpaqlarımızın müdafiəsi uğrunda böyük cəsarət nümayiş etdirib. Döyüş yoldaşları arasında qorxmazlığı və Vətənə bağlılığı ilə seçilən qəhrəman hər zaman ön cəbhədə olub.
10 aprel 1992-ci ildə Ağdərə rayonunun Şıxarx kəndi uğrunda gedən döyüşlərdə şəhid olan Valeh Müslümov göstərdiyi igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Onun xatirəsi bu gün də ehtiramla anılır, qəhrəmanlığı gənc nəsillər üçün vətənpərvərlik nümunəsi kimi yaşadılır.

