Təhsil 365 - Logo Mobile

ADU-da rəqəmsal inkişafla bağlı dəyirmi masa keçirilib

7110.04.2026 - 07:52
ADU-da rəqəmsal inkişafla bağlı dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi və İnformasiya texnologiyaları kafedrasının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” mövzusunda dəyirmi masa keçirilib.

“Tehsil365”in əldə etdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan fakültə dekanı, professor İbrahim Kazımbəyli bildirib ki, Azərbaycanda rəqəmsal inkişaf siyasəti dövlət səviyyəsində prioritet istiqamətlərdən biridir. O qeyd edib ki, bu sahədə əsas strateji sənəd olan “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli fərmanı ilə təsdiq olunub. Dekan vurğulayıb ki, rəqəmsal inkişaf strategiyası ölkənin dayanıqlı iqtisadi artımının təmin edilməsində və innovativ cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Eyni zamanda, informasiya texnologiyalarının sürətli inkişafının dövlət idarəçiliyinin səmərəliliyini artırdığını və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar yaratdığını diqqətə çatdırıb.

Daha sonra İnformasiya texnologiyaları kafedrasının dosenti Aytəkin İsmayılova “Rəqəmsal texnologiyaların dövlət idarəçiliyi və təhsil sistemində tətbiqi” mövzusunda çıxış edərək bu sahədə müasir yanaşmaların və innovativ həllərin əhəmiyyətindən bəhs edib. O bildirib ki, rəqəmsal transformasiyanın idarəetmə və təhsil mühitinə təsiri, eləcə də gələcək inkişaf perspektivləri dövlətin daim diqqət mərkəzindədir.

İnformasiya texnologiyaları kafedrasının müəllimi Lalə Qurbanova isə “Böyük verilənlər (Big Data) və onun qərarvermə prosesində rolu” mövzusunda çıxış edərək qeyd edib ki, böyük verilənlərin təhlili müxtəlif sahələrdə daha dəqiq və əsaslandırılmış qərarların qəbuluna şərait yaradır. Onun sözlərinə görə, Big Data texnologiyalarından səmərəli istifadə təşkilatların rəqabət qabiliyyətini artırır və strateji planlaşdırmada mühüm rol oynayır.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Zeynəb Quluyeva

Xəbər Lenti

Psixoloq: İmtahan stressi şagirdlərin nəticələrinə təsir edir10.04.2026 - 09:55
BDU-da Qərbi Azərbaycan mövzusunda ustad dərsi keçirilib 10.04.2026 - 09:48
Bu məşqlər beyin qocalmasını yavaşladır10.04.2026 - 09:40
Fəridun Qurbanov Beynəlxalq Riyaziyyat Olimpiadasının açılışında iştirak edib10.04.2026 - 09:29
IV Beynəlxalq Türk dili və ədəbiyyatı tədrisi simpoziumu keçiriləcək10.04.2026 - 09:19
"Atəşgah Sığorta” şirkətinin əməkdaşı BDU-da təlim keçib10.04.2026 - 09:10
Yuxudan sonra keçməyən yorğunluq hansı xəstəliklərin əlaməti ola bilər?10.04.2026 - 09:00
WhatsApp”da daha bir YENİLİK10.04.2026 - 08:50
BMU-da tələbələr üçün logistika mövzusunda təlim10.04.2026 - 08:40
ADU-da Yunus Əmrə İnstitutu ilə görüş keçirilib10.04.2026 - 08:30
Cənubi Koreyada şagird və tələbələrə kompüterlər paylanacaq10.04.2026 - 08:21
Şamaxı məktəblisi şahmat üzrə çempionatda qalib olub10.04.2026 - 08:13
BDU-da “Ailə: dəyərlər və ənənələr” adlı təlim keçirilib10.04.2026 - 08:02
Günel Aslanova ATU-dan öz istəyi ilə ayrıldı10.04.2026 - 07:40
ADU-da İndoneziya səfiri ilə görüş keçirilib10.04.2026 - 07:30
“Süni intellekt savadlılığı” mövzusunda onlayn təlim keçirilib10.04.2026 - 07:20
Bu günün havası - 22 dərəcə isti...10.04.2026 - 07:11
1922-ci ildə Suraxanı neft mədənlərində baş vermiş yanğın tarixi yadda qalır10.04.2026 - 07:00
Milli Qəhrəman Yelmar Edilovun igidliyi unudulmur10.04.2026 - 06:36
Milli Qəhrəman Valeh Müslümovun xatirəsi ehtiramla yad edilir10.04.2026 - 06:18
Görkəmli bəstəkar Ramiz Mustafayevin irsi ehtiramla yad olunur10.04.2026 - 06:00
Siyasi xadim Qasım İsmayılovun fəaliyyəti tarixdə iz qoyub10.04.2026 - 05:42
Şairə və bəstəkar Xanım İsmayılqızının yaradıcılığı diqqət mərkəzindədir10.04.2026 - 05:18
Sabiq daxili işlər naziri İsgəndər Həmidovun fəaliyyəti xatırlanır10.04.2026 - 05:06
Xalq artisti Teymur Mustafayevin sənət yolu yada salınır10.04.2026 - 04:54
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Qasımovun siyasi fəaliyyəti xatırlanır10.04.2026 - 04:36
Görkəmli yazıçı Salam Qədirzadənin xatirəsi yad edilir10.04.2026 - 04:18
Azərbaycanda pambıqçılığın əfsanəsi: Bəsti Bağırovanın həyat yolu10.04.2026 - 04:00
Harvardda yeni qiymətləndirmə sistemi narazılıq yaradıb09.04.2026 - 19:57
Sabah 22 dərəcə isti olacaq09.04.2026 - 19:54
Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub09.04.2026 - 19:46
Konfrans öncəsi vörkşoplar davam edir09.04.2026 - 19:40
Tovuzda bir ailə üç uşağından imtina etdi09.04.2026 - 19:32
Azərbaycanda birinci sinfə qəbul prosesində YENİLİK09.04.2026 - 19:25
İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilib09.04.2026 - 19:18
“Mənim üçün ən uca hiss Vətən sevgisidir”- Milli Qəhrəman İbad Hüseynov09.04.2026 - 19:12
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı09.04.2026 - 19:05
ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir09.04.2026 - 18:54
Günəşdə güclü partlayış09.04.2026 - 18:46
Rusiyada pioner və komsomollar bərpa olunur09.04.2026 - 18:38
Salyanda uşaq bağçasının icarəsinə 12 min manat ayrılıb09.04.2026 - 18:32
AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb09.04.2026 - 18:24
Universitetlərdə diferensial əməkhaqqı sistemi necə tətbiq olunmalıdır?09.04.2026 - 18:16
Azərbaycan təhsilinin görünməyən qəhrəmanları...09.04.2026 - 18:08
İsmayıl İman: Pyes oxunuşları tamaşaların yaranması yolunda mühüm mərhələdir09.04.2026 - 18:02
Tibb üzrə ekspert Rasif Bağırov: “Xəstəliklərin çoxu əvvəlcə hiss olunmur, müayinə vacibdir”09.04.2026 - 17:55
Dövlət Film Fondunda Ceyhun Mirzəyevin xatirəsi anılıb09.04.2026 - 17:54