Təhsil 365 - Logo Mobile

Yuxudan sonra keçməyən yorğunluq hansı xəstəliklərin əlaməti ola bilər?

8610.04.2026 - 09:00
Yuxudan sonra keçməyən yorğunluq hansı xəstəliklərin əlaməti ola bilər?

Kifayət qədər dincəlməyə və yatmağa baxmayaraq, insanı tərk etməyən daimi yorğunluq hissi orqanizmdəki müəyyən pozuntuların göstəricisi ola bilər.

“Tehsil365” xəbər verir ki, rusiyalı həkim-terapevt Şota Kalandia "İzvestiya" nəşrinə müsahibəsində bu problemin kökləri və yuxu keyfiyyətinin artırılması yolları haqqında məlumat verib.

Mütəxəssisin sözlərinə görə, ilk növbədə orqanizmdə dəmir, həmçinin D və B qrupu vitaminlərinin defisitini aradan qaldırmaq lazımdır. Sözügedən elementlər əzələlərin işində, sinir sisteminin fəaliyyətində və enerji mübadiləsində mühüm rol oynayır. Onların çatışmazlığı təkcə halsızlıqla deyil, həm də başgicəllənmə, əsəbilik və diqqət dağınıqlığı ilə müşayiət oluna bilər.

Yuxunun müddəti qədər keyfiyyəti də vacibdir. İnsan 7-8 saatlıq yuxu normasına əməl etsə də, proses kəsintili ola bilər. Məsələn, obstruktiv yuxu apnesi zamanı tənəffüsdə qısamüddətli dayanmalar baş verir ki, bu da orqanizmin tam bərpasına imkan vermir.

Endokrinoloji amillər sırasına isə qalxanabənzər vəzinin fəaliyyət pozuntuları, xüsusilə də hipotiroidizm aiddir. Bu hal metabolizmin ləngiməsi, enerjinin düşməsi və ümumi əzginliklə nəticələnir.

Ş.Kalandia bildirib ki, ehtimal edilən digər səbəb xroniki stresdir. Qanda kortizol hormonunun davamlı olaraq yüksək qalması daxili ehtiyatları tükəndirir. Bundan başqa, daimi yorğunluq aşağıdakı xəstəliklərin ilkin əlaməti ola bilər:

- Prediabet və şəkərli diabet (hüceyrələrin enerjisiz qalması);

- Arterial hipertenziya (ürək-damar xəstəlikləri);

- Mədə-bağırsaq xəstəlikləri (qastrit, qaraciyər patologiyaları);

- Autoimmun proseslər.

Halsızlıq, həmçinin hərəkətsiz həyat tərzi, qeyri-sağlam qidalanma və gün ərzində az su içməklə də bağlı ola bilir.

Terapevt xəbərdarlıq edib ki, əgər yorğunluq hissi bir neçə həftə davam edərsə və həyat keyfiyyətini aşağı salarsa, buna laqeyd yanaşmaq olmaz. Belə hallarda mütləq mütəxəssisə müraciət edərək zəruri tibbi müayinələrdən keçmək tövsiyə olunur.

Zeynəb Quluyeva

Xəbər Lenti

Məktəbəhazırlıq qruplarına şagird yerdəyişməsi dayandırılır10.04.2026 - 16:35
Rayonlarda yağıntı intensivləşəcək, çaylardan sel keçəcək10.04.2026 - 16:30
İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə: Qeydiyyat başlayır10.04.2026 - 16:25
Rizvan Fikrətoğlu: Dərs saatlarının azaldılması təhsilin keyfiyyətini artıra da, azalda da bilər10.04.2026 - 16:20
DİM-in 10 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib 10.04.2026 - 16:15
RFO-nun finalında iştirak edəcək şagirdlərin nəzərinə10.04.2026 - 16:05
Naxçıvanda təhsil müəssisələrində emalatxana və laboratoriyalar yaradılacaq10.04.2026 - 16:00
Milli İncəsənət Muzeyində sərgi -“Zamanın qanadlarında. Vüqar Əli”10.04.2026 - 15:50
İstanbulda azərbaycanlı müğənninin növbəti konserti olub10.04.2026 - 15:40
AzMİU Qazaxıstan universitetləri ilə əməkdaşlığını genişləndirir10.04.2026 - 15:30
Psixoloq Mirsadiq Muxtarov: “Güclü insan anlayışı kömək istəməmək deyil, dəstək almağı bacarmaqdır”10.04.2026 - 15:22
ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı təqdim olunub10.04.2026 - 15:20
BDU Məzunlar Cəmiyyətinin seminarı - “Azərbaycan kimliyinin əsası: yenən və yenilənən milli kimlik”10.04.2026 - 15:10
Qarabağ Universitetinin 50 tələbəsi ilə mina təhlükəsinə dair maarifləndirmə sahəsində əməkdaşlıq ediləcək10.04.2026 - 15:00
QS təşkilatı BDU-da təlim təşkil edib10.04.2026 - 15:00
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır10.04.2026 - 14:40
“Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq konfransda təqdimatlar edilib10.04.2026 - 14:27
BMU-ya 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatları təqdim olunub10.04.2026 - 14:11
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda10.04.2026 - 13:59
Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub10.04.2026 - 13:47
"Gecə yuxusunun azlığı yaddaş və diqqəti necə zəiflədir" - Rəna Abbasova10.04.2026 - 13:43
İrəvan Teatrında “Stalin – İzm” tamaşasının məşqləri davam edir10.04.2026 - 13:35
"Təhsildən yayındırılan hər uşaq cəmiyyətin itirilmiş gələcəyidir" - Əli Ələkbərov10.04.2026 - 13:33
Dissertasiya işlərində süni intellekt: normativ sərhədlər, risklər və akademik dürüstlüyün təmin edilməsi10.04.2026 - 13:24
UNEC-in 5 milyonluq elektron kitabxana resursları Qarabağ Universitetinə açıq olacaq10.04.2026 - 13:11
Kimya və biologiya ixtisasları üçün 3 yeni dərs vəsaiti nəşr olunub10.04.2026 - 12:59
Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır10.04.2026 - 12:47
Azərbaycan Memarlıq və İnşaat Universitetində “İnşaatçılar həftəsi” başa çatıb10.04.2026 - 12:38
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində təmsil olunub10.04.2026 - 12:26
Psixoloq: İmtahan stressi şagirdlərin nəticələrinə təsir edir10.04.2026 - 09:55
BDU-da Qərbi Azərbaycan mövzusunda ustad dərsi keçirilib 10.04.2026 - 09:48
Bu məşqlər beyin qocalmasını yavaşladır10.04.2026 - 09:40
Fəridun Qurbanov Beynəlxalq Riyaziyyat Olimpiadasının açılışında iştirak edib10.04.2026 - 09:29
IV Beynəlxalq Türk dili və ədəbiyyatı tədrisi simpoziumu keçiriləcək10.04.2026 - 09:19
"Atəşgah Sığorta” şirkətinin əməkdaşı BDU-da təlim keçib10.04.2026 - 09:10
WhatsApp”da daha bir YENİLİK10.04.2026 - 08:50
BMU-da tələbələr üçün logistika mövzusunda təlim10.04.2026 - 08:40
ADU-da Yunus Əmrə İnstitutu ilə görüş keçirilib10.04.2026 - 08:30
Cənubi Koreyada şagird və tələbələrə kompüterlər paylanacaq10.04.2026 - 08:21
Şamaxı məktəblisi şahmat üzrə çempionatda qalib olub10.04.2026 - 08:13
BDU-da “Ailə: dəyərlər və ənənələr” adlı təlim keçirilib10.04.2026 - 08:02
ADU-da rəqəmsal inkişafla bağlı dəyirmi masa keçirilib10.04.2026 - 07:52
Günel Aslanova ATU-dan öz istəyi ilə ayrıldı10.04.2026 - 07:40
ADU-da İndoneziya səfiri ilə görüş keçirilib10.04.2026 - 07:30
“Süni intellekt savadlılığı” mövzusunda onlayn təlim keçirilib10.04.2026 - 07:20
Bu günün havası - 22 dərəcə isti...10.04.2026 - 07:11
1922-ci ildə Suraxanı neft mədənlərində baş vermiş yanğın tarixi yadda qalır10.04.2026 - 07:00