Bakı Türkoloji Qurultayı və Gazi Universitetinin 100 illik yubileyinə həsr olunmuş IV Beynəlxalq Türk dili və ədəbiyyatı tədrisi simpoziumu keçiriləcəkdir.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Dillər Universitetinin ev sahibliyi ilə təşkil olunacaq və türk dili və ədəbiyyatının tədrisi sahəsində aktual elmi-praktik məsələlərin müzakirəsi məqsədi daşıyır.
Tədbirin keçirilmə tarixi: 1–3 oktyabr 2026-cı il
Məkan: Azərbaycan Dillər Universiteti
Qeyd edək ki, simpoziumda yerli və xarici alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak edərək sahə üzrə yeni yanaşmalar, tədqiqat nəticələri və müasir tədris metodları ilə bağlı məruzələrlə çıxış edəcəklər.
Ətraflı məlumat üçün:
https://tdeegitimi.gazi.edu.tr

