Təhsil 365 - Logo Mobile

BDU-da Qərbi Azərbaycan mövzusunda ustad dərsi keçirilib

8910.04.2026 - 09:48
BDU-da Qərbi Azərbaycan mövzusunda ustad dərsi keçirilib

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə “Qərbi Azərbaycanla bağlı tarixi reallıqlar alman alimlərinin tədqiqatlarında” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsində Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev mövzu üzrə məruzə edib. Natiq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlə bitən Vətən müharibəsindən sonra Qarabağa və Şərqi Zəngəzura böyük qayıdışın başlaması tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışı da şərtləndirir. Ona görə də bu istiqamətdə tədqiqatların aparılması, tarixi reallıqların ortaya çıxarılması qarşımızda prioritet vəzifə kimi dayanır.

“Tehsil365” xəbər verir ki, alman alimlər - siyasi elmlər doktoru, professor Rüdiqer Kipke, tarix elmləri doktoru, professor Yohannes Rau, filologiya elmləri doktoru Mixael Raynhard Hess, dosent Matthias Dornfeldt və hüquq elmləri doktoru, professor Hans-Yoaxim Hayntsenin 2007-2023-cü illərdə nəşr olunmuş əsərlərində yer alan faktlar və təhlillər əsasında təqdim olunan məruzədə ermənilərin tarixi Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi, məkrli şəkildə sosial-iqtisadi zəmində yaratdıqları gərginliklər və bütün bunların erməni hiyləgərliyi ilə siyasi iddialara, təxribatlar və terror əməlləri ilə etnik münaqişəyə çevrilməsindən bəhs olunub.

Rizvan Nəbiyev Türkmənçay müqaviləsindən sonra Çar Rusiyası tərəfindən İrəvan, Zəngəzur, Naxçıvan və Qarabağa ermənilərin kütləvi şəkildə köçürülməsini alman tədqiqatçıların əsərlərində yer almış tarixi faktlar əsasında şərh edib: “Alman tədqiqatçı Kipke yazır ki, hətta demoqrafik balansın müsəlmanların əleyhinə dəyişməsinə və xristian dayaq məntəqəsi yaratmağa xidmət edən köçürmələrə baxmayaraq, XIX əsrin 70-ci illərində İrəvan quberniyasında əhalinin 70%-i müsəlmanlar, azərbaycanlılar idilər”. Məruzədə həmçinin professor Kipkenin tədqiqatlarında əksini tapıb, azərbaycanlılara qarşı törədilən mart qırğınları, həmin hadisələrə rəhbərlik edən Anastas Mikoyanın qanlı cinayətləri, eləcə də 1948-1953-cü illərdə soydaşlarımızın tarixi torpaqlarımızdan kütləvi deportasiyası barədə faktlar təqdim olunub.

Millət vəkili Rizvan Nəbiyev Qərbi Azərbaycan ərazisində maddi-mədəni irsin, dini-etiqad yerlərinin, qəbiristanlıqların və digər abidələrin sistemli surətdə məhv edilməsi, toponimlərin dəyişdirilməsi barədə də geniş məlumat verib, bütün bunların beynəlxalq konvensiyalara və beynəlxalq hüquqi öhdəliklərə zidd olduğunu vurğulayıb.

Ustad dərsi maraqla dinlənilib, mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb, əməkdaş və tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Zeynəb Quluyeva

Xəbər Lenti

Məktəbəhazırlıq qruplarına şagird yerdəyişməsi dayandırılır10.04.2026 - 16:35
Rayonlarda yağıntı intensivləşəcək, çaylardan sel keçəcək10.04.2026 - 16:30
İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə: Qeydiyyat başlayır10.04.2026 - 16:25
Rizvan Fikrətoğlu: Dərs saatlarının azaldılması təhsilin keyfiyyətini artıra da, azalda da bilər10.04.2026 - 16:20
DİM-in 10 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib 10.04.2026 - 16:15
RFO-nun finalında iştirak edəcək şagirdlərin nəzərinə10.04.2026 - 16:05
Naxçıvanda təhsil müəssisələrində emalatxana və laboratoriyalar yaradılacaq10.04.2026 - 16:00
Milli İncəsənət Muzeyində sərgi -“Zamanın qanadlarında. Vüqar Əli”10.04.2026 - 15:50
İstanbulda azərbaycanlı müğənninin növbəti konserti olub10.04.2026 - 15:40
AzMİU Qazaxıstan universitetləri ilə əməkdaşlığını genişləndirir10.04.2026 - 15:30
Psixoloq Mirsadiq Muxtarov: “Güclü insan anlayışı kömək istəməmək deyil, dəstək almağı bacarmaqdır”10.04.2026 - 15:22
ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı təqdim olunub10.04.2026 - 15:20
BDU Məzunlar Cəmiyyətinin seminarı - “Azərbaycan kimliyinin əsası: yenən və yenilənən milli kimlik”10.04.2026 - 15:10
QS təşkilatı BDU-da təlim təşkil edib10.04.2026 - 15:00
Qarabağ Universitetinin 50 tələbəsi ilə mina təhlükəsinə dair maarifləndirmə sahəsində əməkdaşlıq ediləcək10.04.2026 - 15:00
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır10.04.2026 - 14:40
“Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq konfransda təqdimatlar edilib10.04.2026 - 14:27
BMU-ya 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatları təqdim olunub10.04.2026 - 14:11
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda10.04.2026 - 13:59
Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub10.04.2026 - 13:47
"Gecə yuxusunun azlığı yaddaş və diqqəti necə zəiflədir" - Rəna Abbasova10.04.2026 - 13:43
İrəvan Teatrında “Stalin – İzm” tamaşasının məşqləri davam edir10.04.2026 - 13:35
"Təhsildən yayındırılan hər uşaq cəmiyyətin itirilmiş gələcəyidir" - Əli Ələkbərov10.04.2026 - 13:33
Dissertasiya işlərində süni intellekt: normativ sərhədlər, risklər və akademik dürüstlüyün təmin edilməsi10.04.2026 - 13:24
UNEC-in 5 milyonluq elektron kitabxana resursları Qarabağ Universitetinə açıq olacaq10.04.2026 - 13:11
Kimya və biologiya ixtisasları üçün 3 yeni dərs vəsaiti nəşr olunub10.04.2026 - 12:59
Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır10.04.2026 - 12:47
Azərbaycan Memarlıq və İnşaat Universitetində “İnşaatçılar həftəsi” başa çatıb10.04.2026 - 12:38
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində təmsil olunub10.04.2026 - 12:26
Psixoloq: İmtahan stressi şagirdlərin nəticələrinə təsir edir10.04.2026 - 09:55
Bu məşqlər beyin qocalmasını yavaşladır10.04.2026 - 09:40
Fəridun Qurbanov Beynəlxalq Riyaziyyat Olimpiadasının açılışında iştirak edib10.04.2026 - 09:29
IV Beynəlxalq Türk dili və ədəbiyyatı tədrisi simpoziumu keçiriləcək10.04.2026 - 09:19
"Atəşgah Sığorta” şirkətinin əməkdaşı BDU-da təlim keçib10.04.2026 - 09:10
Yuxudan sonra keçməyən yorğunluq hansı xəstəliklərin əlaməti ola bilər?10.04.2026 - 09:00
WhatsApp”da daha bir YENİLİK10.04.2026 - 08:50
BMU-da tələbələr üçün logistika mövzusunda təlim10.04.2026 - 08:40
ADU-da Yunus Əmrə İnstitutu ilə görüş keçirilib10.04.2026 - 08:30
Cənubi Koreyada şagird və tələbələrə kompüterlər paylanacaq10.04.2026 - 08:21
Şamaxı məktəblisi şahmat üzrə çempionatda qalib olub10.04.2026 - 08:13
BDU-da “Ailə: dəyərlər və ənənələr” adlı təlim keçirilib10.04.2026 - 08:02
ADU-da rəqəmsal inkişafla bağlı dəyirmi masa keçirilib10.04.2026 - 07:52
Günel Aslanova ATU-dan öz istəyi ilə ayrıldı10.04.2026 - 07:40
ADU-da İndoneziya səfiri ilə görüş keçirilib10.04.2026 - 07:30
“Süni intellekt savadlılığı” mövzusunda onlayn təlim keçirilib10.04.2026 - 07:20
Bu günün havası - 22 dərəcə isti...10.04.2026 - 07:11
1922-ci ildə Suraxanı neft mədənlərində baş vermiş yanğın tarixi yadda qalır10.04.2026 - 07:00