Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 5 milyonluq elektron kitabxana resursları Qarabağ Universitetinin müəllim və tələbələri üçün tam açıq olacaq. Bu təşəbbüs Qarabağda təhsilin inkişafına dəstək məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində reallaşdırılır.
Bu barədə “Tehsil365” ə UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva məlumat verib. Onun sözlərinə görə, universitet tərəfindən regionda təhsilin keyfiyyətinin artırılmasına yönəlmiş müxtəlif layihələr reallaşdırılacaq.
Adilə Abdullayeva qeyd edib ki, təşəbbüsün hüquqi və texniki tərəfləri ətraflı nəzərdən keçirilib, həmçinin hər iki universitetin kitabxanaları arasında gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, UNEC rektoru şəxsi kitabxanasından Qarabağ Universitetinə 500 kitab hədiyyə edib. Bu təşəbbüsün tələbə və müəllimlərin elmi resurslara çıxış imkanlarını genişləndirəcəyi gözlənilir.

