Təhsil 365 - Logo Mobile

BMU-ya 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatları təqdim olunub

10210.04.2026 - 14:11
BMU-ya 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatları təqdim olunub

Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat səviyyəsində 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatlarının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin direktoru Alina Jumaqulova, agentliyin məsləhətçisi Olqa Yanovskaya, həmçinin BMU-nun rəhbər heyəti iştirak ediblər.

BMU-dan “Tehsil365” ə verilən məlumata görə, tədbirdə rektor Yaqub Piriyev çıxışında informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, informasiya texnologiyaları, kimya mühəndisliyi, mexanika mühəndisliyi və elektrik və elektronika mühəndisliyi ixtisaslarının nüfuzlu beynəlxalq akkreditasiya qurumu-IAAR (Independent Agency for Accreditation and Rating) tərəfindən akkreditasiyadan keçməsinin universitet üçün mühüm nailiyyət olduğunu vurğulayıb. Rektor bildirib ki, bu hadisə BMU tarixində ilk olmaqla yanaşı, ali təhsilin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılmış ciddi addımdır. Rektor çıxışında beynəlxalq akkreditasiyanın təhsil və elmi fəaliyyətin qlobal tələblərə uyğunluğunun təmin olunması, tələbə və məzunların beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılması, əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, o cümlədən davamlı inkişaf və tədris keyfiyyətinin sistemli şəkildə yüksəldilməsi baxımından önəmindən danışıb. Həmçinin universitetin strateji istiqamətləri istiqamətləri və elmi-tədqiqat fəaliyyəti barədə məlumat verib. Beynəlmiləlləşmənin universitetin əsas strateji hədəfləri sırasında yer aldığını əlavə edən rektor digər ixtisaslar üzrə akkreditasiyanın əldə olunması istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb, gələcək əməkdaşlıq istiqamətlərinə toxunub.

Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin direktoru Alina Jumaqulova BMU rəhbərliyini əldə olunan uğur münasibətilə təbrik edərək bildirib ki, akkreditasiya ali təhsil proqramları üçün beynəlxalq təcrübədə ən yüksək göstəricilərdən sayılan 5 illik müddətə verilib. O, akkreditasiyanın ali təhsil müəssisələri üçün əhəmiyyətindən danışaraq, agentliyin fəaliyyət sahələrini, habelə BMU ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Agentliyin məsləhətçisi Olqa Yanovskaya isə çıxışında BMU-nun davamlı inkişaf potensialını vurğulayıb, əməkdaşlığın gələcək istiqamətlərinə diqqət çəkib. Eyni zamanda, akkreditasiyanın qlobal əhəmiyyətinə toxunaraq bunun yalnız keyfiyyət göstəricisi deyil, həm də beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət göstərən strateji mexanizm kimi çıxış etdiyini deyib.

Tədbirdə diqqətə çatdırılıb ki, ali təhsildə keyfiyyət təminatı sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq akkreditasiya agentliyi olan IAAR Avropa Ali Təhsil Keyfiyyətinin Təminatı Assosiasiyası (ENQA) tərəfindən tanınır və Avropa Ali Təhsil Keyfiyyət Təminatı Reyestrində (EQAR) qeydiyyatdadır. Agentlik müxtəlif ölkələrin ali təhsil müəssisələrinin təhsil proqramlarının akkreditasiyasını həyata keçirir və onun verdiyi qərarlar ali təhsilin şəffaflığı, hesabatlılığı, həmçinin keyfiyyətinin artırılmasına xidmət göstərir.

Sonda IAAR akkreditasiya sertifikatları BMU rektoruna təqdim olunub.

Zəhra Əliyeva

Xəbər Lenti

Məktəbəhazırlıq qruplarına şagird yerdəyişməsi dayandırılır10.04.2026 - 16:35
Rayonlarda yağıntı intensivləşəcək, çaylardan sel keçəcək10.04.2026 - 16:30
İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə: Qeydiyyat başlayır10.04.2026 - 16:25
Rizvan Fikrətoğlu: Dərs saatlarının azaldılması təhsilin keyfiyyətini artıra da, azalda da bilər10.04.2026 - 16:20
DİM-in 10 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib 10.04.2026 - 16:15
RFO-nun finalında iştirak edəcək şagirdlərin nəzərinə10.04.2026 - 16:05
Naxçıvanda təhsil müəssisələrində emalatxana və laboratoriyalar yaradılacaq10.04.2026 - 16:00
Milli İncəsənət Muzeyində sərgi -“Zamanın qanadlarında. Vüqar Əli”10.04.2026 - 15:50
İstanbulda azərbaycanlı müğənninin növbəti konserti olub10.04.2026 - 15:40
AzMİU Qazaxıstan universitetləri ilə əməkdaşlığını genişləndirir10.04.2026 - 15:30
Psixoloq Mirsadiq Muxtarov: “Güclü insan anlayışı kömək istəməmək deyil, dəstək almağı bacarmaqdır”10.04.2026 - 15:22
ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı təqdim olunub10.04.2026 - 15:20
BDU Məzunlar Cəmiyyətinin seminarı - “Azərbaycan kimliyinin əsası: yenən və yenilənən milli kimlik”10.04.2026 - 15:10
QS təşkilatı BDU-da təlim təşkil edib10.04.2026 - 15:00
Qarabağ Universitetinin 50 tələbəsi ilə mina təhlükəsinə dair maarifləndirmə sahəsində əməkdaşlıq ediləcək10.04.2026 - 15:00
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır10.04.2026 - 14:40
“Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq konfransda təqdimatlar edilib10.04.2026 - 14:27
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda10.04.2026 - 13:59
Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub10.04.2026 - 13:47
"Gecə yuxusunun azlığı yaddaş və diqqəti necə zəiflədir" - Rəna Abbasova10.04.2026 - 13:43
İrəvan Teatrında “Stalin – İzm” tamaşasının məşqləri davam edir10.04.2026 - 13:35
"Təhsildən yayındırılan hər uşaq cəmiyyətin itirilmiş gələcəyidir" - Əli Ələkbərov10.04.2026 - 13:33
Dissertasiya işlərində süni intellekt: normativ sərhədlər, risklər və akademik dürüstlüyün təmin edilməsi10.04.2026 - 13:24
UNEC-in 5 milyonluq elektron kitabxana resursları Qarabağ Universitetinə açıq olacaq10.04.2026 - 13:11
Kimya və biologiya ixtisasları üçün 3 yeni dərs vəsaiti nəşr olunub10.04.2026 - 12:59
Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır10.04.2026 - 12:47
Azərbaycan Memarlıq və İnşaat Universitetində “İnşaatçılar həftəsi” başa çatıb10.04.2026 - 12:38
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində təmsil olunub10.04.2026 - 12:26
Psixoloq: İmtahan stressi şagirdlərin nəticələrinə təsir edir10.04.2026 - 09:55
BDU-da Qərbi Azərbaycan mövzusunda ustad dərsi keçirilib 10.04.2026 - 09:48
Bu məşqlər beyin qocalmasını yavaşladır10.04.2026 - 09:40
Fəridun Qurbanov Beynəlxalq Riyaziyyat Olimpiadasının açılışında iştirak edib10.04.2026 - 09:29
IV Beynəlxalq Türk dili və ədəbiyyatı tədrisi simpoziumu keçiriləcək10.04.2026 - 09:19
"Atəşgah Sığorta” şirkətinin əməkdaşı BDU-da təlim keçib10.04.2026 - 09:10
Yuxudan sonra keçməyən yorğunluq hansı xəstəliklərin əlaməti ola bilər?10.04.2026 - 09:00
WhatsApp”da daha bir YENİLİK10.04.2026 - 08:50
BMU-da tələbələr üçün logistika mövzusunda təlim10.04.2026 - 08:40
ADU-da Yunus Əmrə İnstitutu ilə görüş keçirilib10.04.2026 - 08:30
Cənubi Koreyada şagird və tələbələrə kompüterlər paylanacaq10.04.2026 - 08:21
Şamaxı məktəblisi şahmat üzrə çempionatda qalib olub10.04.2026 - 08:13
BDU-da “Ailə: dəyərlər və ənənələr” adlı təlim keçirilib10.04.2026 - 08:02
ADU-da rəqəmsal inkişafla bağlı dəyirmi masa keçirilib10.04.2026 - 07:52
Günel Aslanova ATU-dan öz istəyi ilə ayrıldı10.04.2026 - 07:40
ADU-da İndoneziya səfiri ilə görüş keçirilib10.04.2026 - 07:30
“Süni intellekt savadlılığı” mövzusunda onlayn təlim keçirilib10.04.2026 - 07:20
Bu günün havası - 22 dərəcə isti...10.04.2026 - 07:11
1922-ci ildə Suraxanı neft mədənlərində baş vermiş yanğın tarixi yadda qalır10.04.2026 - 07:00