Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu aprelin 13-dən 20-dək keçiriləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Tehsil365” ə bildirilib ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

