Təhsil 365 - Logo Mobile

"Gecə yuxusunun azlığı yaddaş və diqqəti necə zəiflədir" - Rəna Abbasova

10510.04.2026 - 13:43
"Gecə yuxusunun azlığı yaddaş və diqqəti necə zəiflədir" - Rəna Abbasova

Gecə az yatmaq yaddaşın zəifləməsi, diqqətin dağılması və əsəbi gərginliyin artması kimi problemlərə səbəb olur. Lakin bir çox insanlar bu əsas faktoru nəzərə almadan problemi başqa səbəblərlə əlaqələndirirlər.

Bu sözləri “Tehsil365” ə açıqlamasında , nevroloq Rəna Abbasova bildirib.

“Ümumiyyətlə gecə az yatmağın yaddaşa və diqqətə təsiri əlbəttə mənfi təsirləri çoxdur. İlk növbədə nədir? Diqqətin dağınıqlığı, hərəkətlərin zəifləməsi, konsentrasiyanın pozulması, fokuslanmanın pozulması, uzunmüddətli yaddaşın formalaşması, bütün bunlar bunların səbəblərindən biri olaraq gecə az yatmaqdır.”

“Çox vaxt xəstələr həkimə gələndə bu faktoru qeyd etmirlər. Yəni birbaşa bəzən baxırsan ki, cavan, tələbədir və yaxud bir gəncdir, yeniyetmədir, gəlir şikayətlənir ki, doktor, mənim yaddaşım pozulub, mən diqqətim dağınıqdır, əsəbləşirəm, amma yuxu faktorunu qeyd etmir. Ta o vaxta kimi ki, biz özümüz soruşuruq, yaxşı, gecə yuxusu necədir və məlum olur ki, gecə yuxusu ümumiyyətlə çox azdır, ekrandan çox istifadə eləyir və bəzi yeniyetmələr, gənclər, ümumiyyətlə pasientlər bunu normal qəbul edirlər, düşünürlər ki, gecə yuxusu olmasa da olar.”

“Amma bu diqqət dağınıqlığını, əsəbi gərginliyi, yaddaşın zəifləməsini başqa yerdə axtarırlar. Yəni bunu qan azlığı ilə əlaqələndirirlər, düzgün qidalanmamaqla əlaqələndirirlər, ondan sonra vitamin çatışmazlığla əlaqələndirirlər. Bəzən görürsünüz ki, gəlir ki, “mənim beyin qan dövranımda pozulmalar var və ona görə mən diqqətim dağınıqdır”, amma əsas fakt yaddan çıxır və anamnez zamanı müəyyən olunur ki, həqiqətən bu insanlar ya çox düzgün olmayan vaxtda yatırlar, yəni gecə yuxusunu gündüz yuxusu ilə əvəz eləyirlər, yəni bunlar tam fərqli-fərqli bir şeylərdir.”

“Və yaxud bir qədər də bu artıq özünə bir hal aldıqda, yəni davamlı xarakter aldıqda bu əsəb pozulması, yuxunun pozulması ilə bağlı olan əsəbi gərginlik, dağınıqlıq, o xəstələr müxtəlif vitaminlərdən, müxtəlif beyin qidalandırıcılarından istifadə edirlər, hansı ki, bu ilk yanaşmada bunlardan heç birinə istifadə olunmamalıdır ta o vaxta kimi ki, yuxu rejimi, gecə yuxusu tam normallaşmalıdır və ondan sonra biz baxırıq, xəstənin həmin şikayətləri qalıb, yoxsa qalmır. Əgər qalıbsa, artıq burda digər başqa səbəblər axtarırıq, yox əgər keçib gedirsə, deməli bu birbaşa yuxunun pozulması ilə əlaqədardır.”

“Xəstənin durumu çox nəzərə alınır gecə yuxusu zamanı. Yəni yaş faktoru nəzərə alınır. Bəzən yaşlı insanlarda görürsünüz ki, yuxu az da olsa, onları tam təmin eləyir. Yəni bu melatonin azalması ilə əlaqədardır. Yaşlı insanlarda görürsünüz ki, onlar biraz az yatırlar, amma əgər şikayətləri yoxdursa, onlarda biz yuxu rejimindən istifadə olunmur. Amma əgər yaddaş problemi, dağınıqlıq, əsəblik, əsəblilik, fokuslanmada problem yaranırsa, əlbəttə ki, bunları aradan qaldırmağa çalışırıq.”

Zəhra Əliyeva

Xəbər Lenti

Məktəbəhazırlıq qruplarına şagird yerdəyişməsi dayandırılır10.04.2026 - 16:35
Rayonlarda yağıntı intensivləşəcək, çaylardan sel keçəcək10.04.2026 - 16:30
İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə: Qeydiyyat başlayır10.04.2026 - 16:25
Rizvan Fikrətoğlu: Dərs saatlarının azaldılması təhsilin keyfiyyətini artıra da, azalda da bilər10.04.2026 - 16:20
DİM-in 10 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib 10.04.2026 - 16:15
RFO-nun finalında iştirak edəcək şagirdlərin nəzərinə10.04.2026 - 16:05
Naxçıvanda təhsil müəssisələrində emalatxana və laboratoriyalar yaradılacaq10.04.2026 - 16:00
Milli İncəsənət Muzeyində sərgi -“Zamanın qanadlarında. Vüqar Əli”10.04.2026 - 15:50
İstanbulda azərbaycanlı müğənninin növbəti konserti olub10.04.2026 - 15:40
AzMİU Qazaxıstan universitetləri ilə əməkdaşlığını genişləndirir10.04.2026 - 15:30
Psixoloq Mirsadiq Muxtarov: “Güclü insan anlayışı kömək istəməmək deyil, dəstək almağı bacarmaqdır”10.04.2026 - 15:22
ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı təqdim olunub10.04.2026 - 15:20
BDU Məzunlar Cəmiyyətinin seminarı - “Azərbaycan kimliyinin əsası: yenən və yenilənən milli kimlik”10.04.2026 - 15:10
QS təşkilatı BDU-da təlim təşkil edib10.04.2026 - 15:00
Qarabağ Universitetinin 50 tələbəsi ilə mina təhlükəsinə dair maarifləndirmə sahəsində əməkdaşlıq ediləcək10.04.2026 - 15:00
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır10.04.2026 - 14:40
“Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq konfransda təqdimatlar edilib10.04.2026 - 14:27
BMU-ya 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatları təqdim olunub10.04.2026 - 14:11
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda10.04.2026 - 13:59
Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub10.04.2026 - 13:47
İrəvan Teatrında “Stalin – İzm” tamaşasının məşqləri davam edir10.04.2026 - 13:35
"Təhsildən yayındırılan hər uşaq cəmiyyətin itirilmiş gələcəyidir" - Əli Ələkbərov10.04.2026 - 13:33
Dissertasiya işlərində süni intellekt: normativ sərhədlər, risklər və akademik dürüstlüyün təmin edilməsi10.04.2026 - 13:24
UNEC-in 5 milyonluq elektron kitabxana resursları Qarabağ Universitetinə açıq olacaq10.04.2026 - 13:11
Kimya və biologiya ixtisasları üçün 3 yeni dərs vəsaiti nəşr olunub10.04.2026 - 12:59
Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır10.04.2026 - 12:47
Azərbaycan Memarlıq və İnşaat Universitetində “İnşaatçılar həftəsi” başa çatıb10.04.2026 - 12:38
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində təmsil olunub10.04.2026 - 12:26
Psixoloq: İmtahan stressi şagirdlərin nəticələrinə təsir edir10.04.2026 - 09:55
BDU-da Qərbi Azərbaycan mövzusunda ustad dərsi keçirilib 10.04.2026 - 09:48
Bu məşqlər beyin qocalmasını yavaşladır10.04.2026 - 09:40
Fəridun Qurbanov Beynəlxalq Riyaziyyat Olimpiadasının açılışında iştirak edib10.04.2026 - 09:29
IV Beynəlxalq Türk dili və ədəbiyyatı tədrisi simpoziumu keçiriləcək10.04.2026 - 09:19
"Atəşgah Sığorta” şirkətinin əməkdaşı BDU-da təlim keçib10.04.2026 - 09:10
Yuxudan sonra keçməyən yorğunluq hansı xəstəliklərin əlaməti ola bilər?10.04.2026 - 09:00
WhatsApp”da daha bir YENİLİK10.04.2026 - 08:50
BMU-da tələbələr üçün logistika mövzusunda təlim10.04.2026 - 08:40
ADU-da Yunus Əmrə İnstitutu ilə görüş keçirilib10.04.2026 - 08:30
Cənubi Koreyada şagird və tələbələrə kompüterlər paylanacaq10.04.2026 - 08:21
Şamaxı məktəblisi şahmat üzrə çempionatda qalib olub10.04.2026 - 08:13
BDU-da “Ailə: dəyərlər və ənənələr” adlı təlim keçirilib10.04.2026 - 08:02
ADU-da rəqəmsal inkişafla bağlı dəyirmi masa keçirilib10.04.2026 - 07:52
Günel Aslanova ATU-dan öz istəyi ilə ayrıldı10.04.2026 - 07:40
ADU-da İndoneziya səfiri ilə görüş keçirilib10.04.2026 - 07:30
“Süni intellekt savadlılığı” mövzusunda onlayn təlim keçirilib10.04.2026 - 07:20
Bu günün havası - 22 dərəcə isti...10.04.2026 - 07:11
1922-ci ildə Suraxanı neft mədənlərində baş vermiş yanğın tarixi yadda qalır10.04.2026 - 07:00