Aprelin 10-da “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransı çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdullaya Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) direktoru tərəfindən Xarici dil (ingilis dili) müəllimliyi, Beynəlxalq münasibətlər və Tərcümə (ingilis dili) təhsil proqramları üzrə ilk dəfə olaraq beynəlxalq akkreditasiyadan keçməsi haqqında sertifikat təqdim olunub.
“Tehsil365“ xəbər verir ki,bu barədə ADU-dan bildirilib. Xarici Ekspert Komissiyası tərəfindən Azərbaycan Dillər Universitetinin adı çəkilən təhsil proqramlarının IAAR-ın beynəlxalq akkreditasiya standartlarına uyğun hesab olunub. Bu, ADU tarixində bir ilkdir və akkreditasiya ali təhsil proqramları üçün beynəlxalq təcrübədə ən yüksək göstəricilərdən sayılan 5 (beş) illik müddətə verilib.

