Təhsil 365 - Logo Mobile

İstanbulda azərbaycanlı müğənninin növbəti konserti olub

9410.04.2026 - 15:40
İstanbulda azərbaycanlı müğənninin növbəti konserti olub

İstanbulda Almaniyada yaşayan azərbaycanlı müğənni, bəstəkar və çoxalətli ifaçı (multiinstrumentalist) Seyran İsmayılxanovun “Ocean in the Desert” adlı konserti olub.

“Tehsil365“ xəbər verir ki, Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinə həsr olunan konsert “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin təşkilatçılığı, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) dəstəyi ilə baş tutub.

Konsertdən əvvəl Azərbaycanın tarixi yerlərini özündə əks etdirən videoçarx nümayiş olunub.

Proqramın rəsmi hissəsində çıxış edən TADEF-in mətbuat katibi, İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu, eləcə də “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin və Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrının rəhbəri Kamalə Kamal Cabbarova Azərbaycan memarlığının özünəməxsus xüsusiyyətləri, işğal dövründə tarixi mirasımıza vurulan zərər, hazırda işğaldan azad edilən ərazilərimizdə mədəni irsimizin yenidən qurulması və Azərbaycan mədəniyyətinin dünyada təmsil edilməsi baxımından bu kimi tədbirlərin əhəmiyyəti barədə danışıblar.

Sonra çıxış edən Türk Dünyası Qadınları Platforumunun başçısı Günay Əliyeva tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib, Türk dünyasına göstərdiyi xidmətlərə görə Kamalə Kamal Cabbarovaya xüsusi hədiyyə təqdim edib.

Proqram bədii hissə ilə davam edib.

Konsertdə Seyran İsmayılxanovun bəstələri ilə yanaşı, Azərbaycan xalq musiqilərindən ibarət repertuarı beş dildə təqdim olunub. Tədbirdə Seyran İsmayılxanovla yanaşı, Azərbaycanı Türkiyədə təmsil edən gözəl səslərdən biri, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin musiqi bölməsinin rəhbəri, müğənni-aktrisa Vüsalə Əsgərova, ifaçı və xoreoqraf Derya Kaptan və kaman ifaçısı Anar Yusub çıxış ediblər.

Seyran İsmayılxanov Azərbaycandan uzaqda yaşamasına baxmayaraq daima öz tarixinə, mədəniyyətinə bağlı olduğunu, Azərbaycan mədəniyyətini dünyada tanıtmağı özünə borc bildiyini deyib.

Proqram Minə Bayrakerinin rejissorluğu ilə baş tutub. Konsertin səhnə tərtibatında “Dərviş” mis emalatxanasının dekorativ məhsullarından istifadə edilib.

Konsert tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb.

Mehriban İbadova

Xəbər Lenti

Nyu-York şəhərində məktəblər üçün süni intellektdən istifadə qaydaları açıqlanıb13.04.2026 - 06:36
Professorlar süni intellektə qarşı şifahi imtahanlara üstünlük verir13.04.2026 - 06:18
Tramp administrasiyasının ilk ilində təhsil siyasətinin əsas istiqamətləri açıqlanıb13.04.2026 - 06:00
ABŞ Təhsil Departamenti yeni qrant imkanlarını elan edib13.04.2026 - 05:42
Məktəb binalarında körpələr evi: idarəetmə şuralara verilir13.04.2026 - 05:18
Süni intellekt dövründə gənclər iş tapmaqda çətinlik çəkir13.04.2026 - 05:06
Gənc futbolçu Musa Qurbanlı diqqət mərkəzində13.04.2026 - 04:54
Şəhid jurnalist Osman Mirzəyevin xatirəsi anılır13.04.2026 - 04:36
Şair Tofiq Mütəllibovun xatirəsi yad edilir13.04.2026 - 04:18
Aida Abdullayevanın xatirəsi anıldı – Azərbaycan arfa məktəbinin banisi13.04.2026 - 04:00
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub12.04.2026 - 19:55
"Betmen" trilogiyasının ulduzu Con Nolan vəfat edib12.04.2026 - 19:45
Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?12.04.2026 - 19:37
Süni intellekt laboratoriya siçovullarının "dilini" öyrəndi: Depressiya sınaqlarında inqilab12.04.2026 - 19:28
53 minə yaxın şagird imtahan VERƏCƏK12.04.2026 - 19:20
Müasir uşaqlar daha ağıllıdır, yoxsa sadəcə daha çox informasiya görür? – Məktəbəqədər ekspert açıqladı12.04.2026 - 19:18
Sosial mediada “ideal uşaq” obrazı valideynlərə psixoloji təzyiq yaradırmı? – Psixoloqdan açıqlama12.04.2026 - 19:12
Planşetlə böyüyən uşaqlar gələcəkdə nəyi itirə bilər? – Məktəbəqədər ekspert açıqladı12.04.2026 - 19:05
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb12.04.2026 - 18:56
Sabah 16 dərəcə isti olacaq12.04.2026 - 18:46
6 yaşlı məktəbli ürək tutmasından vəfat edib12.04.2026 - 18:39
Polis hava ilə bağlı xəbərdarlıq edib12.04.2026 - 18:28
Çin Ay missiyasını bu ilin ikinci yarısında həyata keçirəcək12.04.2026 - 18:19
Azərbaycanın qədim tarixə malik şəhərsalma və memarlıq ənənələri var12.04.2026 - 18:10
Patent müvəkkilliyinə namizədlərin attestasiya imtahanı keçirilib12.04.2026 - 18:08
Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürə bilər12.04.2026 - 18:00
“Tesla” ucuz elektrik avtomobili hazırlayır12.04.2026 - 17:55
3 nəfər imtahandan xaric olundu12.04.2026 - 17:52
Tovuzda həndbol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb12.04.2026 - 17:50
Tolerantlıq və multikultural dəyərlər modeli12.04.2026 - 17:45
Yeni araşdırma: Orta əsrlərdə Yer güclü Günəş partlayışı ilə üzləşib12.04.2026 - 17:45
Bugünkü imtahanın nəticələri 5 həftə ərzində AÇIQLANACAQ12.04.2026 - 17:38
Şəhərdə yaşamaq beyinin qocalmasına necə təsir edir? - Ekspertdən açıqlama12.04.2026 - 17:35
Akademik Musiqili Teatrında növbəti premyera: “Mesenat”12.04.2026 - 17:35
Müəllimini qətlə yetirən şagirdə 126 ilə qədər həbs istənilib 12.04.2026 - 17:26
Telefonunuzdakı gizli təhlükə: Pullarınızı səssizcə oğurlaya bilərlər12.04.2026 - 17:25
Ceff Bezosun şirkəti Ay tozundan oksigen əldə edən reaktor hazırladı12.04.2026 - 17:25
Naxçıvanda XI siniflər üçün monitorinqi keçirilib12.04.2026 - 17:18
Rusiyalı həkim: "Arıqlamaq üçün çörəkdən imtina etmək vacib deyil"12.04.2026 - 17:15
Cədvəldə var, amma dərs keçirilmir - Məktəblərdə fiziki tərbiyə fənni problemi12.04.2026 - 17:15
Həssas məzmunlu oyunlara məhdudiyyətlər tətbiq olunacaq12.04.2026 - 17:06
İçərişəhərdə qala divarlarında aşınma təkrarlana bilər 12.04.2026 - 17:05
İran müharibəsi qlobal smartfon bazarını çökdürüb12.04.2026 - 17:00
Meteoritlərdəki sirli maddə sənayeni dəyişə bilər: Alimlərdən maraqlı tapıntı12.04.2026 - 16:55
Okeanın dibində sirli yol aşkarlandı: "Sarı kərpic cığır" hər kəsi heyrətləndirdi12.04.2026 - 16:45
Doqquzillik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib - Nəticələr nə zaman məlum olacaq?12.04.2026 - 16:40
Marsa gedən yol Aydan keçir - Yeni Plan12.04.2026 - 16:35
Adil Kərimli onu rəis təyin etdi12.04.2026 - 16:30