“QS World University Rankings” reytinq sistemində 8-ci sırada yer alan “National University of Singapore”da Dövlət Proqramı çərçivəsində komputer elmləri ixtisası üzrə bakalavriat pilləsində təhsil alan tələbəmiz Cəlil Hüseynov yüksək akademik göstəriciləri ilə fərqlənib.
“Tehsil365“ xəbər verir ki, Cəlil Hüseynov akademik nəticələrinə əsasən fakültə üzrə ən yüksək göstəriciyə malik tələbələrin ilk 5 faizi sırasına daxil olaraq “Dekanın siyahısı” təltifinə layiq görülüb.

