Təhsil 365 - Logo Mobile

Psixoloq Mirsadiq Muxtarov: “Güclü insan anlayışı kömək istəməmək deyil, dəstək almağı bacarmaqdır”

14310.04.2026 - 15:22
Psixoloq Mirsadiq Muxtarov: “Güclü insan anlayışı kömək istəməmək deyil, dəstək almağı bacarmaqdır”

Onun sözlərinə görə, insan bioloji və psixoloji olaraq sosial varlıqdır və rifahı digər insanlarla əlaqə və dəstək üzərində qurulub. “Əslində hər şeyin öhdəsindən tək gəlmək güclülük deyil, bəzən də emosiyalarını paylaşmaqdan çəkinməkdir. Uzunmüddətli stress hallarında sosial dəstəyin olmaması depressiya, təşviş və özünə inamın azalması riskini artırır. Kömək istəmək bacarığı isə insanın özünü tanıdığını və çətinlik yaşadığını dərk etdiyini göstərir.”

Xəzər Universitetinin Psixologiya Departamentinin əməkdaşı, psixoloq Mirsadiq Muxtarov “Tehsil365”ə açıqlamasında bildirib: “Uzun illərdir güclü insan anlayışı daha çox dözümlülük, çətinliklərlə təkbaşına mübarizə aparmaq kimi xüsusiyyətlərlə əlaqələndirilir. Xüsusilə bizim cəmiyyətlərdə belə bir inanc formalaşıb ki, insan nə qədər az kömək istəyirsə və nə qədər çox yükü tək daşıyırsa, o bir qədər güclü sayılır. Halbuki psixoloji baxımdan bu yanaşma birtərəfli və bəzən zərərli bir düşüncədir.”

Muxtarov qeyd edib ki, kömək istəməyə mane olan əsas faktorlardan biri sosial stereotiplərdir. “Uşaqlıqdan insanlara güclü olmağın ağlamamaq, hisslərini göstərməmək və problemləri tək həll etmək olduğu öyrədilir. Xüsusilə kişilərdə bu daha qabarıq müşahidə olunur. Nəticədə kömək istəmək zəiflik kimi qəbul edilir. Halbuki bu, həm münasibətlərə, həm də psixoloji sağlamlığa mənfi təsir göstərir.”

Psixoloq əlavə edib ki, utanc və başqalarının qiymətləndirmə qorxusu da insanları dəstək istəməkdən çəkindirir. “İnsanlar bəzən başqalarının onları zəif və bacarıqsız hesab edəcəyindən ehtiyat edirlər. Halbuki real münasibətlərdə səmimiyyət və açıq ünsiyyət daha sağlam bağların qurulmasına şərait yaradır.”

Nəticə olaraq, Mirsadiq Muxtarov vurğulayıb: “Psixoloji elastiklik insanın dəyişən şəraitə uyğunlaşmasına kömək edir. Kömək istəmək isə alternativ yolları görmək və qəbul etmək bacarığının bir hissəsidir. Əsl güclü insan hər şeyi tək etməyə çalışan deyil, ehtiyac duyduğu anda dəstək almağı bacaran insandır.”

Mehriban İbadova

Xəbər Lenti

ADU əməkdaşının “İnternet jurnalistikası” fənni üzrə tədris proqramı nəşr olunub15.07.2026 - 04:52
BMU və AZAL arasında əməkdaşlıq imkanları müzakirə olunub15.07.2026 - 04:41
UNEC-in 2 saylı tədris binasında abituriyentlər üçün Açıq Qapı günü keçirilib15.07.2026 - 04:34
BMU tələbələri Böyük Çin səddi ətrafında kəndlərin inkişaf modelini öyrəniblər15.07.2026 - 04:25
“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı görüş keçirilib15.07.2026 - 04:17
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama15.07.2026 - 04:10
Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət15.07.2026 - 04:03
4 illik atəşkəsə son qoyuldu - husilər hərəkətə keçdi14.07.2026 - 18:52
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq14.07.2026 - 18:33
Qarabağ Universitetinə şöbə müdiri təyin olunub14.07.2026 - 18:27
Heydər Əliyevin 13 ildə dəyişdirdiyi Azərbaycan 14.07.2026 - 18:19
MİQ imtahana gəlməyənlərin sayı açıqlandı14.07.2026 - 18:07
Şuşa Forumu Azərbaycanın qlobal informasiya diplomatiyasını gücləndirir14.07.2026 - 18:00
Mərkəzi Bankda yeni təyinat 14.07.2026 - 17:54
Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi14.07.2026 - 17:48
İranda əlillər üçün aylıq müavinətlərin ödənilməsi dayandırıldı14.07.2026 - 17:44
Şuşa Qlobal Media Forumu artıq brendə çevrilib - Türkiyəli müşavir14.07.2026 - 17:40
Tramp 20 faizlik rüsumdan imtina etdi 14.07.2026 - 17:35
İlham Əliyevin adından Pelleqriniyə rəsmi nahar verildi 14.07.2026 - 17:30
59 yaşında peşə təhsili aldı: Oğlunun müəllim işlədiyi mərkəzdən məzun oldu14.07.2026 - 14:19
Yüksək texniki peşə təhsili üzrə qəbul aparılan ixtisaslar açıqlanıb - FOTOLAR14.07.2026 - 14:09
ATU-da "Rezident həyatı yaşa-5" layihəsinə start verilib - FOTOLAR14.07.2026 - 14:03
NDU-nun professor-müəllim və tələbələri Türkiyədə klinik staj keçirlər - FOTOLAR14.07.2026 - 13:55
BSU müəllimləri Dünya Polyak Ədəbiyyatı Tərcüməçiləri Konqresində iştirak ediblər - FOTOLAR14.07.2026 - 13:45
BSU-nun kafedra müdiri DAAD-ın beynəlxalq elmi qrantını qazanıb14.07.2026 - 13:38
MDU və AQSİA tələbə və məzunlar üçün yeni əməkdaşlığa başlayıb - FOTOLAR14.07.2026 - 13:36
MDU ilə Milli Hidrometeorologiya Xidməti arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR14.07.2026 - 13:30
UNEC Zaqatala filialında tədris olunan ixtisaslar, keçid balları və təhsil haqları14.07.2026 - 13:25
Qarabağ Universitetində şöbə müdiri təyin edilib14.07.2026 - 13:21
MİQ imtahanlarının ilk günü: 95 faiz davamiyyət qeydə alınıb - FOTOLAR 14.07.2026 - 13:16
Slovakiya Prezidenti: Qarabağda tikiləcək məktəb slovak generalının adını daşıyacaq14.07.2026 - 13:12
"FotoBax" milli fotomüsabiqəsinə müraciətlər davam edir14.07.2026 - 13:07
DİM magistraturaya ixtisaslaşma seçimi ilə bağlı vacib məlumat yayıb14.07.2026 - 13:03
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq edilib14.07.2026 - 10:55
Baş Qərvənddə yeni kənd məktəbinin təməli atılıb14.07.2026 - 10:46
“Son dönəmlərdə şagirdlərin idmana marağının azalmasının obyektiv və subyektiv səbəbləri ola bilər” - İdman eksperti Kənan Məstəliyev14.07.2026 - 10:41
Peter Pelleqrini: Ağdamda məktəb Slovakiyanın Milli Qəhrəmanının adını daşıyacaq14.07.2026 - 10:20
Yay Fest 2026-ya start verilib - FOTOLAR 14.07.2026 - 10:16
ADAU-da yeni Dissertasiya Şurası fəaliyyətə başlayıb14.07.2026 - 10:14
“Sərt gözəllik” sənədli filminin çəkilişləri başa çatmaq üzrədir14.07.2026 - 10:07
BDU “Siyasi analitika və strateji araşdırmalar” üzrə kadr hazırlığına başlayır14.07.2026 - 10:00
Media və Yayım sahəsində yeni şura yaradılır14.07.2026 - 09:54
MİQ-də 69 bal topladı: “Hədəfim Lerikdə müəllim işləməkdir”14.07.2026 - 09:47
“Azərsun Holdinq” Milli Mətbuat Gününü jurnalistlərlə birlikdə qeyd etdi14.07.2026 - 09:43
“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib14.07.2026 - 09:30
Lisey və gimnaziyalara qəbul: Müraciət müddəti uzadılıb14.07.2026 - 09:26
Hər iki qolunu itirdi, amma təhsilini başa vurub mühəndis oldu14.07.2026 - 09:22
Mərkəzi Aran abituriyentlərinin ən çox seçdiyi universitetlər - SİYAHI14.07.2026 - 09:19