Təhsil 365 - Logo Mobile

Rizvan Fikrətoğlu: Dərs saatlarının azaldılması təhsilin keyfiyyətini artıra da, azalda da bilər

10810.04.2026 - 16:20
Rizvan Fikrətoğlu: Dərs saatlarının azaldılması təhsilin keyfiyyətini artıra da, azalda da bilər

Ümumiyyətlə, dərs saatlarının azaldılması təhsilin keyfiyyətini həm artıra, həm də azalda bilər. Bu, əsasən həmin azalmanın necə və nə ilə əvəz olunmasından asılıdır.

Bu fikirləri təhsil eksperti Rizvan Fikrətoğlu “Tehsil365”ə açıqlamasında bildirib

Dərs saatlarının azaldılması hansı hallarda keyfiyyəti artıra bilər? İlk növbədə, yüklənmənin azalması şagirdlərin diqqətinin artmasına səbəb olur. Uzun dərs saatları şagirdi yorur, nəticədə diqqət və yaddaş zəifləyir. Araşdırmalar göstərir ki, 6–7 saatdan sonra dərsin effektivliyi əhəmiyyətli dərəcədə aşağı düşür. Bu mərhələdə şagird artıq öyrənmir, sadəcə dərsdə iştirak edir.

Dərs saatlarının az olması isə şagirdə gün ərzində öz tempinə uyğun şəkildə oxumaq, mövzuları təkrar etmək və daha yaxşı mənimsəmək imkanı yaradır. Hazırda bir çox şagird günün yarısını məktəbdə, digər yarısını isə hazırlıqda keçirir. Saatlar azaldılarsa, bu vaxtın bir hissəsi özünüinkişafa və sərbəst tədrisə yönələ bilər.

Eyni zamanda, dərs yükünün azalması müəllimlər üçün də müsbət təsir göstərir. Müəllim daha çox vaxt qazanır və bu vaxtı daha keyfiyyətli, yaradıcı və effektiv dərs hazırlığına sərf edə bilir. Dünya təcrübəsi də göstərir ki, müəllimlərin dərs yükünün azaldılması təhsil keyfiyyətinin yüksəlməsinə birbaşa təsir edir.

Digər tərəfdən, uzun dərs saatları şagirdlərdə stress, yorğunluq və motivasiya azalmasına səbəb olur. Daha rahat və psixoloji cəhətdən balanslı şagird isə daha yaxşı öyrənir.

Lakin dərs saatlarının azaldılması hər zaman müsbət nəticə vermir. Əgər kurikulum yenilənmədən saatlar azaldılarsa, mövzular çox, vaxt isə az olacaq və bu, tədrisin keyfiyyətini aşağı sala bilər. Bu səbəbdən proqramın da uyğun şəkildə yüngülləşdirilməsi vacibdir.

Bundan əlavə, müəllimin hazırlıq səviyyəsi aşağıdırsa, dərs saatlarının azaldılması nəticəyə ciddi təsir göstərməyəcək. Müəllim müasir təlim metodlarını bilməli, dərsi effektiv və interaktiv şəkildə təşkil etməlidir.

Xüsusilə STEAM fənlərində praktik və laborator məşğələlər mühüm yer tutur. Əgər dərs saatlarının azalması bu cür praktiki fəaliyyətlərin də azalmasına səbəb olarsa, bu, öyrənmə keyfiyyətinə mənfi təsir göstərə bilər.

Nəticə etibarilə, dərs saatlarının azaldılması öz-özlüyündə təhsil keyfiyyətini artırmır. Bunun üçün bir sıra şərtlər təmin olunmalıdır:

  • Tədris proqramı yüngülləşdirilməlidir

  • Dərslərdə müasir və effektiv metodika tətbiq olunmalıdır

  • Müəllimlərin peşəkar hazırlığı artırılmalıdır

  • Şagirdlərə sərbəst oxu və yaradıcılıq üçün vaxt ayrılmalıdır

Bu şərtlər təmin olunarsa, dərs saatlarının azaldılması təhsilin keyfiyyətinin ciddi şəkildə artmasına səbəb ola bilər.

Fatimə Cəfərzadə

Xəbər Lenti

AzMİU məzununun layihəsi “Təməl” mükafatına layiq görüldü10.04.2026 - 19:58
İmtahanlarda xarici dilin tətbiqi şagirdlərin biliklərində irəliləyiş yaradıb10.04.2026 - 19:55
Türkiyədə “Azərbaycanın qədim şəhərləri” kitabı çıxıb10.04.2026 - 19:52
Sertifikatlaşdırma ilə bağlı görüşlər davam edir10.04.2026 - 19:45
TDT ölkələrinin imtahan mərkəzləri arasında niyyət protokolu imzalanıb10.04.2026 - 19:40
AzMİU Qazaxıstanda 4 mühüm beynəlxalq müqavilə imzaladı10.04.2026 - 19:34
Tələbələr arasında mühəndislik yarışı keçirilib10.04.2026 - 19:26
PISA və TIMSS təhsildə dəyişikliklərin əsas göstəricisidir10.04.2026 - 19:20
“Süni intellektin qarşısında olmalıyıq”- Hanan Xalifa10.04.2026 - 19:14
Uşağın xoşbəxt böyüməsi üçün daha vacib nədir: azadlıq, yoxsa qayda? – Psixoloq açıqladı10.04.2026 - 19:06
ARTİ rəsmisi: Qiymətləndirmə idarəetmə üçün əsas arqumentdir10.04.2026 - 19:00
AzMİU-da “İnşaatçılar Həftəsi” başladı10.04.2026 - 18:54
Məqsədimiz imtahanı özünüdərk alətinə çevirməkdir – Məleykə Abbaszadə10.04.2026 - 18:50
BMU-nun professoru beynəlxalq konfransda məruzə ilə çıxış edib10.04.2026 - 18:46
İmtahan suallarının real həyatla uyğunluğunun artırılması vacibdir - Nazir10.04.2026 - 18:40
Beynəlxalq olimpiadalara hazırlıq planı açıqlandı10.04.2026 - 18:38
ÖSYM prezidenti: Türk dövlətləri arasında ortaq imtahan sistemi formalaşa bilər10.04.2026 - 18:35
Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır10.04.2026 - 18:32
“Süni intellektdən istifadə edərkən tənqidi düşüncəmizi qorumalıyıq” - Misirin Təhsil Komitəsinin sədri10.04.2026 - 18:30
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi BAŞLAYIR10.04.2026 - 18:24
Ötən ay DİM imtahanında iştirak edən xaricdə təhsil alanların 12%-i uğur qazanıb10.04.2026 - 18:20
Firudin Qurbanov Türkmənistanın təhsil nazirinin müavinləri ilə görüşüb10.04.2026 - 18:16
Naxçıvan Təhsil Nazirliyi ilə bp arasında əməkdaşlıq sazişi imzalanıb10.04.2026 - 18:10
Emin Əmrullayev DİM-in 10 illik yubileyinə həsr iştirak edib10.04.2026 - 18:08
Dünyada məktəblərdə telefon qadağası: hansı ölkə nə edir?10.04.2026 - 18:02
İmtahandan kənarlaşdırılan şagird danışdı10.04.2026 - 18:00
“Dostluğun sehri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar10.04.2026 - 17:55
İntensiv yağış yağacaq, çaylardan sel keçəcək10.04.2026 - 17:52
“WhatsApp”da daha bir YENİLİK10.04.2026 - 17:50
ADPU-da respublika elmi-praktik konfrans keçiriləcək10.04.2026 - 17:45
Milli İncəsənət Muzeyində sərgi -“Zamanın qanadlarında. Vüqar Əli”10.04.2026 - 17:42
Bu təhsil müəssisələrində yeni sertifikasiya metodu tətbiq ediləcək10.04.2026 - 17:40
Sinqapurda təhsil alan azərbaycanlı tələbə “Dekanın siyahısı” təltifinə layiq görülüb10.04.2026 - 17:35
Teatr Muzeyində “İradənə sahib çıx!” adlı tədbir təşkil edilib10.04.2026 - 17:34
“İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir”10.04.2026 - 17:30
İstanbulda azərbaycanlı müğənninin növbəti konserti olub10.04.2026 - 17:26
TDT-ya üzv ölkələrin imtahan mərkəzləri arasında Niyyət Protokolu imzalanıb10.04.2026 - 17:25
Buraxılış imtahanının nəticəsi bu tarixdə açıqlanacaq10.04.2026 - 17:20
DİM-in şöbə müdiri: İndiyə qədər AYYS-də 47 milyondan çox qiymətləndirmə həyata keçirilib10.04.2026 - 17:18
Buraxılış imtahanlarının nəticələri bu tarixdə açıqlanacaq10.04.2026 - 17:15
Qırğızıstanda NAT imtahanı ali məktəblərə qəbul prosesini daha ədalətli və obyektiv edir10.04.2026 - 17:12
"WhatsApp" mesajlarınızı başqalarına ötürürmüş10.04.2026 - 17:10
BDU Məzunlar Cəmiyyətinin seminarı - “Azərbaycan kimliyinin əsası: yenən və yenilənən milli kimlik”10.04.2026 - 17:04
MEDİA: Sosial media platformalarında Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddiaları əsassızdır10.04.2026 - 17:00
Firudin Qurbanov Türkmənistanın təhsil nazirinin müavinləri ilə görüşüb10.04.2026 - 17:00
İllinoys Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb10.04.2026 - 16:55
Rusiyada "Telegram" tamamilə bloklanıb10.04.2026 - 16:50
Məktəblilər üçün yazı müsabiqəsinə start verilir10.04.2026 - 16:45