Təhsil 365 - Logo Mobile

Naxçıvan Təhsil Nazirliyi ilə bp arasında əməkdaşlıq sazişi imzalanıb

8110.04.2026 - 18:10
Naxçıvan Təhsil Nazirliyi ilə bp arasında əməkdaşlıq sazişi imzalanıb

Aprelin 10-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb.

Tehsil365” xəbər verir ki, sazişi Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən görüşdə təhsil naziri Elxan Nəcəfov imzalanan sənədin əhəmiyyətindən danışaraq bildirib ki, bu təşəbbüs dövlət-özəl tərəfdaşlığı çərçivəsində təhsil sahəsində atılan ilk mühüm addımdır. Nazir vurğulayıb ki, bp ilə həyata keçiriləcək əməkdaşlıq istedadlı şagirdlərin erkən aşkarlanması, onların beynəlxalq olimpiadalara hazırlanması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi baxımından xüsusi önəm daşıyır.

Görüşdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə bu sazişi əməkdaşlığın başlanğıc nöqtəsi kimi dəyərləndirib. O qeyd edib ki, sənəd regionda bacarıqların uzunmüddətli inkişafına, təhsil imkanlarının genişləndirilməsinə və yerli prioritetlərə uyğun yeni təşəbbüslərin həyata keçirilməsinə möhkəm zəmin yaradacaq.

Sazişə əsasən, bp tərəfindən muxtar respublikanın bir neçə təhsil müəssisəsində kimya laboratoriyalarının qurulması və mövcud laboratoriyaların zənginləşdirilməsi, peşə təhsili müəssisələrində isə istehsalat emalatxanalarının yenilənməsi və yeni emalatxanaların yaradılması nəzərdə tutulur.

Bununla yanaşı, şirkət tərəfindən ümumtəhsil müəssisələrində çalışan 30 nəfər perspektivli ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlb olunması, eləcə də riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə istedadlı şagirdlərin aşkarlanaraq yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi planlaşdırılır.

Qeyd edək, iki yeni istehsalat emalatxanası Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində, iki yeni laboratoriya isə Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində yaradılacaq.

Fatimə Cəfərzadə

Xəbər Lenti

AzMİU məzununun layihəsi “Təməl” mükafatına layiq görüldü10.04.2026 - 19:58
İmtahanlarda xarici dilin tətbiqi şagirdlərin biliklərində irəliləyiş yaradıb10.04.2026 - 19:55
Türkiyədə “Azərbaycanın qədim şəhərləri” kitabı çıxıb10.04.2026 - 19:52
Sertifikatlaşdırma ilə bağlı görüşlər davam edir10.04.2026 - 19:45
TDT ölkələrinin imtahan mərkəzləri arasında niyyət protokolu imzalanıb10.04.2026 - 19:40
AzMİU Qazaxıstanda 4 mühüm beynəlxalq müqavilə imzaladı10.04.2026 - 19:34
Tələbələr arasında mühəndislik yarışı keçirilib10.04.2026 - 19:26
PISA və TIMSS təhsildə dəyişikliklərin əsas göstəricisidir10.04.2026 - 19:20
“Süni intellektin qarşısında olmalıyıq”- Hanan Xalifa10.04.2026 - 19:14
Uşağın xoşbəxt böyüməsi üçün daha vacib nədir: azadlıq, yoxsa qayda? – Psixoloq açıqladı10.04.2026 - 19:06
ARTİ rəsmisi: Qiymətləndirmə idarəetmə üçün əsas arqumentdir10.04.2026 - 19:00
AzMİU-da “İnşaatçılar Həftəsi” başladı10.04.2026 - 18:54
Məqsədimiz imtahanı özünüdərk alətinə çevirməkdir – Məleykə Abbaszadə10.04.2026 - 18:50
BMU-nun professoru beynəlxalq konfransda məruzə ilə çıxış edib10.04.2026 - 18:46
İmtahan suallarının real həyatla uyğunluğunun artırılması vacibdir - Nazir10.04.2026 - 18:40
Beynəlxalq olimpiadalara hazırlıq planı açıqlandı10.04.2026 - 18:38
ÖSYM prezidenti: Türk dövlətləri arasında ortaq imtahan sistemi formalaşa bilər10.04.2026 - 18:35
Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır10.04.2026 - 18:32
“Süni intellektdən istifadə edərkən tənqidi düşüncəmizi qorumalıyıq” - Misirin Təhsil Komitəsinin sədri10.04.2026 - 18:30
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi BAŞLAYIR10.04.2026 - 18:24
Ötən ay DİM imtahanında iştirak edən xaricdə təhsil alanların 12%-i uğur qazanıb10.04.2026 - 18:20
Firudin Qurbanov Türkmənistanın təhsil nazirinin müavinləri ilə görüşüb10.04.2026 - 18:16
Emin Əmrullayev DİM-in 10 illik yubileyinə həsr iştirak edib10.04.2026 - 18:08
Dünyada məktəblərdə telefon qadağası: hansı ölkə nə edir?10.04.2026 - 18:02
İmtahandan kənarlaşdırılan şagird danışdı10.04.2026 - 18:00
“Dostluğun sehri” müsabiqəsinin qalibləri mükafatlandırılıblar10.04.2026 - 17:55
İntensiv yağış yağacaq, çaylardan sel keçəcək10.04.2026 - 17:52
“WhatsApp”da daha bir YENİLİK10.04.2026 - 17:50
ADPU-da respublika elmi-praktik konfrans keçiriləcək10.04.2026 - 17:45
Milli İncəsənət Muzeyində sərgi -“Zamanın qanadlarında. Vüqar Əli”10.04.2026 - 17:42
Bu təhsil müəssisələrində yeni sertifikasiya metodu tətbiq ediləcək10.04.2026 - 17:40
Sinqapurda təhsil alan azərbaycanlı tələbə “Dekanın siyahısı” təltifinə layiq görülüb10.04.2026 - 17:35
Teatr Muzeyində “İradənə sahib çıx!” adlı tədbir təşkil edilib10.04.2026 - 17:34
“İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir”10.04.2026 - 17:30
İstanbulda azərbaycanlı müğənninin növbəti konserti olub10.04.2026 - 17:26
TDT-ya üzv ölkələrin imtahan mərkəzləri arasında Niyyət Protokolu imzalanıb10.04.2026 - 17:25
Buraxılış imtahanının nəticəsi bu tarixdə açıqlanacaq10.04.2026 - 17:20
DİM-in şöbə müdiri: İndiyə qədər AYYS-də 47 milyondan çox qiymətləndirmə həyata keçirilib10.04.2026 - 17:18
Buraxılış imtahanlarının nəticələri bu tarixdə açıqlanacaq10.04.2026 - 17:15
Qırğızıstanda NAT imtahanı ali məktəblərə qəbul prosesini daha ədalətli və obyektiv edir10.04.2026 - 17:12
"WhatsApp" mesajlarınızı başqalarına ötürürmüş10.04.2026 - 17:10
BDU Məzunlar Cəmiyyətinin seminarı - “Azərbaycan kimliyinin əsası: yenən və yenilənən milli kimlik”10.04.2026 - 17:04
Firudin Qurbanov Türkmənistanın təhsil nazirinin müavinləri ilə görüşüb10.04.2026 - 17:00
MEDİA: Sosial media platformalarında Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddiaları əsassızdır10.04.2026 - 17:00
İllinoys Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb10.04.2026 - 16:55
Rusiyada "Telegram" tamamilə bloklanıb10.04.2026 - 16:50
Məktəblilər üçün yazı müsabiqəsinə start verilir10.04.2026 - 16:45