“Rəqəmsal dövrdə yalnız toplanmış biliklərin həcmini qiymətləndirmək artıq kifayət etmir. Bizim konseptual baxışımız şəxsiyyətin kompleks qiymətləndirilməsinə, yəni “Holistic Assessment”ə yönəlib”.
“Tehsil365” xəbər verir ki, bu fikirləri bu gün Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, DİM-in əsas prioriteti insan mərkəzli yanaşmadır: “Hər bir alqoritmin arxasında şəxsiyyəti görürük. Məqsədimiz hər bir iştirakçının gələcək inkişafı ilə bağlı aydın bir istiqamət əldə edə bilməsi üçün imtahanı özünüdərk alətinə çevirməkdir”.
Onun sözlərinə görə, respublika üzrə təxminən 15 min təşkilatçı (imtahan rəhbərləri və nəzarətçilər), müxtəlif sahələr üzrə 7 min ekspert və 5 min müəllif və marker, sistemin əsasını qoymuş müəllimlər, metodistlər və veteranlar imtahanların təşkilində iştirak edir.

