Fəxrəddin Musayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda aparılan mübarizədə igidliyi ilə seçilən qəhrəmanlardan biri kimi tarixə düşüb.
“Tehsil365” xəbər verir ki, O, 30 iyul 1957-ci ildə Bayramalıda anadan olub.
Birinci Qarabağ müharibəsi zamanı Fəxrəddin Musayev ön cəbhədə döyüşərək böyük şücaət göstərib. Döyüş yoldaşları arasında cəsarəti, vətənpərvərliyi və qətiyyəti ilə seçilən qəhrəman 11 aprel 1992-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
Onun göstərdiyi igidlik dövlət tərəfindən yüksək qiymətləndirilib və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Fəxrəddin Musayevin adı bu gün də ehtiramla yad edilir, onun qəhrəmanlıq yolu gənc nəsil üçün vətənə sədaqət nümunəsi kimi təqdim olunur.

