Pəhlivan Fərzəliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə igidliyi ilə seçilən zabitlərdən biri kimi yadda qalıb.
“Tehsil365” xəbər verir ki, O, 27 sentyabr 1958-ci ildə Qaryagin rayonunun Qobu Dilağarda kəndində anadan olub.
Birinci Qarabağ müharibəsi zamanı baş leytenant rütbəsində xidmət edən Pəhlivan Fərzəliyev döyüş bölgəsində böyük şücaət göstərib. O, ön xətdə aparılan əməliyyatlarda fəal iştirak edərək düşmənə qarşı mübarizədə cəsarəti ilə seçilib.
11 aprel 1992-ci ildə Füzuli rayonu uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olan zabitin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib və ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Pəhlivan Fərzəliyevin həyat yolu və qəhrəmanlığı bu gün də xalqımız tərəfindən ehtiramla yad olunur və gənc nəsil üçün örnək kimi göstərilir.

