Yevgeni Nikolayeviç Karlov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətlə yadda qalan qəhrəmanlardan biridir.
“Tehsil365” xəbər verir ki, O, 1960-cı ildə Rusiya Federasiyasının Tula vilayətinin Dubovka yaşayış məntəqəsində anadan olub.
Birinci Qarabağ müharibəsi zamanı Yevgeni Karlov Azərbaycanın müdafiəsi uğrunda döyüşlərdə fəal iştirak edib. O, cəbhə bölgəsində göstərdiyi cəsarət və fədakarlıqla döyüş yoldaşlarının hörmətini qazanıb.
11 aprel 1992-ci ildə Füzuli rayonunun Arış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Yevgeni Karlov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Onun adı bu gün də ehtiramla anılır və qəhrəmanlıq yolu Azərbaycan xalqı üçün örnək kimi qiymətləndirilir.

