Yelmar Edilov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə igidliyi ilə seçilən qəhrəmanlardan biridir.
“Tehsil365” xəbər verir ki, O, 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olub.
Birinci Qarabağ müharibəsi zamanı Yelmar Edilov ön cəbhədə döyüşərək böyük şücaət göstərib. Vətənə bağlılığı və döyüş ruhu ilə seçilən qəhrəman silahdaşları arasında hörmət qazanıb.
11 aprel 1994-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Yelmar Edilovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib və ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Yelmar Edilovun xatirəsi bu gün də ehtiramla yad edilir, onun qəhrəmanlığı gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi təqdim olunur.

