Təhsil 365 - Logo Mobile

Naxçıvan Təhsil Nazirliyi və bp əməkdaşlığa başlayır

8311.04.2026 - 08:42
Naxçıvan Təhsil Nazirliyi və bp əməkdaşlığa başlayır

Aprelin 10-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp arasında əməkdaşlıq sazişi imzalanıb.

“Tehsil365” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən görüşdə Təhsil naziri Elxan Nəcəfov dövlət- özəl tərəfdaşlığı çərçivəsində imzalanan sazişin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, bu təşəbbüs Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi müstəvisində dövlət-özəl əməkdaşlığı olaraq ilk addımdır. bp ilə icra ediləcək bu əməkdaşlıq istedadlı şagirdlərin erkən aşkarlanması və onların beynəlxalq olimpiadalara hazırlanması üçün yeni imkanlar yaradacaq.

Həmçinin müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi Naxçıvanda təhsilin keyfiyyətinin daha da yüksəlməsinə xidmət edəcək.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə bu sazişi imzalamaqdan çox məmnunuq. Bu, əməkdaşlığımız üçün bir başlanğıc nöqtəsidir və regionda bacarıqların uzunmüddətli inkişafına və potensialın gücləndirilməsinə verdiyimiz önəmi bir daha vurğulayır. Saziş birgə fəaliyyətimiz üçün möhkəm zəmin yaradaraq yerli ehtiyaclar və prioritetlər nəzərə alınmaqla istedadlı şagirdlərə dəstək, tədris və öyrənmə imkanlarının genişləndirilməsi, eləcə də ümumi və peşə təhsili infrastrukturunun təkmilləşdirilməsi istiqamətində yeni təşəbbüslərin həyata keçirilməsinə imkan verəcək.

Sazişi Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov və bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.

Qeyd edək ki, sazişə əsasən bp tərəfindən muxtar respublikanın bir neçə təhsil müəssisələrində kimya laboratoriyalarının qurulması və ya mövcud laboratoriyaların zənginləşdirilməsi, peşə təhsili müəssisələrində isə istehsalat emalatxanalarının zənginləşdirilməsi və ya yeni emalatxanaların yaradılması nəzərdə tutulur.

Həmçinin şirkət tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində tədris aparan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlbi, istedadlı şagirdlərin (riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə) aşkarlanması, onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, yeni 2-i istehsalat emalatxanası Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində, 2 yeni laborotoriyalar isə, Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində yaradılacaq.

İmzalanma mərasimindən sonra laborotoriyaların və istehsalat emalatxanalarının yaradılacağı təhsil müəssisələrinə baxış keçirilib.

Zeynəb Quluyeva

Xəbər Lenti

"Daxili motivasiya uğurun əsas açarıdır" - Psixoloq 11.04.2026 - 09:55
KİV: Qlobal böhrana baxmayaraq süni intellekt çiplərinə tələbat artmaqda davam edir11.04.2026 - 09:45
Sinir bərpasında yeni texnologiya11.04.2026 - 09:36
“Artemis II” Yerə qayıtdı11.04.2026 - 09:25
Ürəyə xeyirli 12 qida11.04.2026 - 09:12
TəhsilPlus kartları ilə bağlı regional təhsil idarələrinin direktorları ilə görüş keçirilib11.04.2026 - 09:00
Sertifikatlaşdırılma prosesinə cəlb olunacaq fənlər - SİYAHI11.04.2026 - 08:51
"Yaxşı hüquqşünas olmaq üçün nəyə görə tarixi riyaziyyatdan yaxşı bilmək lazımdır?"11.04.2026 - 08:33
Vitamin çatışmazlığı Altsheymer xəstəliyinə səbəb ola bilər?11.04.2026 - 08:22
Bakı məktəbliləri üçün BDU-da infosessiya11.04.2026 - 08:10
Azərbaycan Dillər Universitetinin QS beynəlxalq reytinqində əldə etdiyi mühüm nailiyyət11.04.2026 - 07:58
Şəhərdə yaşamaq beyinin qocalmasına necə təsir edir?11.04.2026 - 07:44
Orta əsrlərdə Yer güclü Günəş partlayışı ilə üzləşib11.04.2026 - 07:29
Bu gün 16 dərəcə isti olacaq11.04.2026 - 07:15
Dövlətin müəllim hazırlığı proqramı nəticə verdi: yeni müəllimlərin sayı artdı11.04.2026 - 07:00
İngiltərədə 15 universitetdə tələbələrə maliyyə vəsaitlərini geri qaytarmaq tapşırılıb11.04.2026 - 06:36
Hesabat: Maliyyə riskləri İngiltərə universitetlərini təhdid edir11.04.2026 - 06:18
2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçirildi11.04.2026 - 06:00
Azərbaycan arfa sənətinin banisi Aida Abdullayevanın irsi yaşayır11.04.2026 - 05:42
Yelmar Edilovun qəhrəmanlıq yolu xalqın yaddaşında yaşayır11.04.2026 - 05:18
Azərbaycanın Milli Qəhrəmanı Yevgeni Karlovun igidliyi unudulmur11.04.2026 - 05:06
Qəhrəman zabit Pəhlivan Fərzəliyev Vətən yolunda şəhid oldu11.04.2026 - 04:54
Vətən uğrunda canından keçən qəhrəman: Fəxrəddin Musayev11.04.2026 - 04:36
Milli voleybol komandamızın kapitanı Ayşən Əbdüləzimova11.04.2026 - 04:18
Azərbaycan səhnəsinin görkəmli siması: İsmayıl Osmanlı11.04.2026 - 04:00
AzMİU məzununun layihəsi “Təməl” mükafatına layiq görüldü10.04.2026 - 19:58
İmtahanlarda xarici dilin tətbiqi şagirdlərin biliklərində irəliləyiş yaradıb10.04.2026 - 19:55
Türkiyədə “Azərbaycanın qədim şəhərləri” kitabı çıxıb10.04.2026 - 19:52
Sertifikatlaşdırma ilə bağlı görüşlər davam edir10.04.2026 - 19:45
TDT ölkələrinin imtahan mərkəzləri arasında niyyət protokolu imzalanıb10.04.2026 - 19:40
AzMİU Qazaxıstanda 4 mühüm beynəlxalq müqavilə imzaladı10.04.2026 - 19:34
Tələbələr arasında mühəndislik yarışı keçirilib10.04.2026 - 19:26
PISA və TIMSS təhsildə dəyişikliklərin əsas göstəricisidir10.04.2026 - 19:20
“Süni intellektin qarşısında olmalıyıq”- Hanan Xalifa10.04.2026 - 19:14
Uşağın xoşbəxt böyüməsi üçün daha vacib nədir: azadlıq, yoxsa qayda? – Psixoloq açıqladı10.04.2026 - 19:06
ARTİ rəsmisi: Qiymətləndirmə idarəetmə üçün əsas arqumentdir10.04.2026 - 19:00
AzMİU-da “İnşaatçılar Həftəsi” başladı10.04.2026 - 18:54
Məqsədimiz imtahanı özünüdərk alətinə çevirməkdir – Məleykə Abbaszadə10.04.2026 - 18:50
BMU-nun professoru beynəlxalq konfransda məruzə ilə çıxış edib10.04.2026 - 18:46
İmtahan suallarının real həyatla uyğunluğunun artırılması vacibdir - Nazir10.04.2026 - 18:40
Beynəlxalq olimpiadalara hazırlıq planı açıqlandı10.04.2026 - 18:38
ÖSYM prezidenti: Türk dövlətləri arasında ortaq imtahan sistemi formalaşa bilər10.04.2026 - 18:35
Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır10.04.2026 - 18:32
“Süni intellektdən istifadə edərkən tənqidi düşüncəmizi qorumalıyıq” - Misirin Təhsil Komitəsinin sədri10.04.2026 - 18:30
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi BAŞLAYIR10.04.2026 - 18:24
Ötən ay DİM imtahanında iştirak edən xaricdə təhsil alanların 12%-i uğur qazanıb10.04.2026 - 18:20
Firudin Qurbanov Türkmənistanın təhsil nazirinin müavinləri ilə görüşüb10.04.2026 - 18:16