Uşağın inkişafında təkcə verilən biliklər deyil, yaşadığı emosiyalar da mühüm rol oynayır. Valideyn və müəllimlərin yanaşması uşağın yaddaşında uzunmüddətli iz buraxa bilər. Bəs uşaqlar daha çox nəyi xatırlayır?
Mövzu ilə bağlı psixoloq “Tehsil365"ə açıqlama verib.
Psixoloq bildirib ki, “Uşaqların yaddaşında ən çox qalan onların həmin anda nə hiss etdikləridir. Emosional təcrübələr yaddaşa daha dərin həkk olunur.”
Onun sözlərinə görə, “Uşaq müəyyən məlumatı zamanla unuda bilər, lakin ona qarşı necə davranıldığını, özünü necə hiss etdiyini uzun müddət xatırlayır.”
Psixoloq vurğulayıb ki, bu səbəbdən yanaşma çox önəmlidir: “Sərt tənqid, qışqırıq və ya təzyiq uşağın yaddaşında mənfi iz buraxa bilər. Əksinə, dəstək və anlayış müsbət emosional yaddaş formalaşdırır.”
Sonda psixoloq qeyd edib ki, “Sağlam psixoloji mühit uşağın həm emosional, həm də intellektual inkişafının əsasını təşkil edir.”

