Uşaqların tərbiyəsində “yox” deməyin rolu tez-tez müzakirə olunur. Bəzi valideynlər bunun uşağa mənfi təsir etdiyini düşünsə də, digərləri bunu vacib tərbiyə vasitəsi hesab edir. Bəs erkən yaşda “yox” demək nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı məktəbəqədər təhsil üzrə ekspert Töhfə Mustafayeva “Tehsil365"ə açıqlama verib.
Ekspert bildirib ki, “Erkən yaşda uşağa ‘yox’ demək əslində onun inkişafı üçün vacibdir. Bu, uşağa sərhədləri anlamağa kömək edir.”
Onun sözlərinə görə, “Uşaq hər istədiyinin mümkün olmadığını dərk etdikcə, həm emosional nəzarət, həm də sosial uyğunlaşma bacarıqları formalaşır.”
Ekspert vurğulayıb ki, əsas məsələ yanaşma tərzidir: “‘Yox’ sərt və aqressiv formada deyil, izah edərək və sakit şəkildə deyilməlidir.”
Sonda ekspert qeyd edib ki, “Düzgün qoyulmuş sərhədlər uşağın özünü təhlükəsiz hiss etməsinə və daha balanslı inkişafına şərait yaradır.”

