Futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünə çıxıb.
“Tehsil365” xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ardıcıl ikinci dəfə qarşılaşdığı Gürcüstan yığmasına uduzub - 2:5.
Görüş Tbilisi şəhərindəki İdman Sarayında keçirilib.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da eyni məkanda Gürcüstanla qarşılaşıb. Həmin matç da ev sahiblərinin qələbəsi (4:2) ilə bitib.
Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək

