Azərbaycanın bütün ərazisində müxtəlif tarixi dövrlərə aid fərqli qəbir tipləri mövcuddur. Bu sırada Gəncə və ətraf rayonlarda geniş yayılmış orta əsirlərə aid sərdabə tipli qəbir formaları xüsusilə seçilir. Eyni zamanda, şəhərdəki qəbiristanlıqlarda yeni tikilmiş sərdabələr də az deyil. Qədim sərdabə qəbirlərinə əsasən Gəncənin "İmamzadə" Dini Kompleksinin ərazisində və şəhərin mərkəzində yerləşən qədim "Səbiskar" qəbiristanlığında rast gəlinir.
Gəncə Dövlət Universitetinin (GDU) dosenti, tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadə bu mövzuda “Tehsil365” in Qərb bürosunun əməkdaşı ilə söhbətində qeyd edib ki, sərdabələrin iki - yeraltı və yerüstü qəbir tipləri olur. Bununla belə, sərdabələrin hər iki formasında qəbirin kənarında xüsusi qapı qoyulur, ailədə yeni ölüm halı olduqda bu qapı açılır və mərhumun nəşi qəbirə yerləşdirilir:

