Təhsil 365 - Logo Mobile

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

7911.04.2026 - 18:00
London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

Ötən gün Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 6 nəfər 11-ci sinif şagirdi dünya üzrə reytinq cədvəlində ilk yerlərdə olan nüfuzlu universitetlərə qəbul olublar.

Qəbul olunanlardan biri də Nurəddin Qarayevdir.

O, Böyük Britaniyanın King's College London-a (London Kral Kollecinə) qəbul olub.

Tehsil365” xəbər verir ki, "AzEdu.az" bu münasibətlə Nurəddinlə həmsöhbət olub.

O, qeyd edib ki, magistratura təhsilindən sonra Azərbaycana qayıdacaq:

"Mən 7-ci sinifdən bəri xaricdə təhsil almaq üçün müxtəlif fəaliyyətlərlə məşğul olmuşam və hazırda isə Böyük Britaniyanın King's College London (London Kral Kollecinə) qəbul olmuşam.

Bu imtahan prosesi 10-cu sinifdən başlayır. Mən də həmin dövrdə SAT imtahanına hazırlaşmağa başladım və iyun ayında bu imtahanı verdim. Daha sonra avqust ayında IELTS imtahanında iştirak etdim. Hazırlıq müddətində müxtəlif kurslara gedirdim, eyni zamanda dostlarımla birlikdə çalışdıq. Düşünürəm ki, komanda şəklində hazırlaşmaq daha effektiv nəticə verir.

Bu imtahanlardan sonra Avropa universitetlərinə müraciət edirik. Lakin həmin universitetlər 12 illik təhsil tələb edir. Azərbaycanda isə təhsil 11 illik olduğu üçün bu fərqi aradan qaldırmaq məqsədilə əlavə imtahan vermək lazımdır. Bu məqsədlə Advanced Placement (AP) imtahanları verilir. Məsələn, King’s College London üç imtahan tələb edir. Mən də hazırda bu imtahanlara hazırlaşıram və onlar may ayında keçiriləcək. Hazırda sözügedən universitet mənə şərti qəbul verib və AP imtahanlarının nəticələrini gözləyir.

Həmçinin, King’s College üçün ayrıca qəbul imtahanı yoxdur. SAT imtahanından 1600 üzərindən 1550 bal, IELTS imtahanından isə 9 üzərindən 8 bal topladım. Bu nəticələrlə yanaşı, şagirdlərin digər fəaliyyətləri də nəzərə alınır. Məktəb qiymətlərinin yüksək olması, xüsusilə əksər fənlər üzrə “5” olması vacibdir. Eyni zamanda Respublika fənn olimpiadalarında əldə olunan nailiyyətlər də önəmlidir. Mənim də informatika üzrə bürünc medalım var.

Universitet seçimi mərhələsində Böyük Britaniyada Birmingham, Edinburq və Bristol universitetlərini də nəzərdən keçirdim. Daha sonra həm King’s College London-dan, həm də Birmingham Universitetindən qəbul gəldi. Lakin seçim olaraq King’s College London-u daha uyğun hesab edirəm".

Ailəmdən uzun müddət uzaq qalmaq mənim üçün bir qədər çətin və qorxulu görünür

"Daha əvvəl təhsil məqsədilə xaricdə olmamışam. Bir dəfə 2023-cü ildə Sinqapurda keçirilən robototexnika üzrə yarışda iştirak etmişəm. Bundan başqa, xaricdə təhsil təcrübəm olmayıb. Düzünü desəm, ailədən uzun müddət uzaq qalmaq bir qədər çətin və qorxulu görünür. Amma düşünürəm ki, bunun öhdəsindən gəlmək olar. Mənim bacım da hazırda Hollandiyada təhsil alır və bu da mənə əlavə motivasiya verir. Bacım da ilk vaxtlar xeyli çətinlik çəkmişdi. Ancaq buna baxmayaraq, mən düşünürəm ki, hər şeyin öhdəsindən gəlmək olar.

Qəbul xəbərini görəndə məktəbdə dərsdə idim. Açığı, heç gözləmirdim. Dərsə qulaq asırdım birdən telefona məktub gəldi. Açanda gördüm ki, qəbul cavabıdır. Həmin an çox təəccübləndim. Doğrudan da gözləmirdim. Sinif yoldaşlarımla birlikdə çox sevindik. Daha sonra isə atama məlumatı verdim, o da çox sevindi".

Xaricdə təhsilə marağım ilk dəfə bacımla başladı

"O, xaricdə təhsil almaq istəyirdi. Düzünü desəm, bu fikrin onda necə yarandığını dəqiq bilmirəm. Amma onun addımından sonra valideynlərim gördülər ki, bu mümkündür və biz də sınamaq qərarına gəldik. Bacım getdikdən sonra mən də bu barədə düşünməyə başladım. Əvvəllər belə bir planım yox idi, amma sonra düşündüm ki, bəlkə mənim də şansım olar. Beləliklə, hazırlaşmağa başladım. Ümumiyyətlə, atam da, anam da təhsilə böyük önəm verən insanlardır. Onların bu yanaşması mənim xaricdə təhsil almaq istəyimə ciddi təsir göstərib.

Əgər xaricdə təhsil almağı düşünməsəydim ölkəmizdə fəaliyyət göstərən ADA Universitetini, BANM-ı, onlar olmasa UNEC-i seçərdim".

Böyük Britaniya müxtəlif mədəniyyətə, insanlara sahibdir və bu da təbii olaraq mənim üçün fərqli bir təcrübə olacaq

"Böyük Britaniya və King’s College London (London Kral Kolleci) ilə bağlı çox araşdırma aparmasam da bir fərqlilik diqqətimi çəkib. Belə ki, Azərbaycanda universitet təhsili adətən 4 il davam edir. Amma King’s College-də mənim proqramım 3 illikdir. Bu, mənə bir az fərqli və maraqlı gəlir. Ümumilikdə mühit Azərbaycandan xeyli fərqlənəcək. Çünki Böyük Britaniya fərqli mədəniyyətə, fərqli insanlara sahibdir və bu da təbii olaraq mənim üçün fərqli bir təcrübə olacaq.

Bakalavr təhsilimi bitirdikdən sonra isə magistratura üçün də xaricdə qalaraq təhsilimi davam etdirməyi planlayıram. Ancaq magistratura təhsili üçün hələ ki, qərar verdiyim ölkə və ya universitet yoxdur. Magistratura təhsilindən sonra isə Azərbaycana qayıtmağı düşünürəm. Hələ konkret olaraq hansı sahədə işləyəcəyimi tam müəyyənləşdirməmişəm. Amma planım odur ki, King’s College-də süni intellekt üzrə təhsil aldıqdan sonra magistratura pilləsində də kompüter elmləri üzrə davam edim. Daha sonra Azərbaycana qayıdaraq İT sahəsində fəaliyyət göstərim".

İnsanın uğur qazanmasında təkcə şəxsi əziyyəti deyil, ətrafındakı insanların dəstəyi də çox böyük rol oynayır

"Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 6 nəfər 11-ci sinif şagirdi dünya üzrə reytinq cədvəlində ilk yerlərdə olan nüfuzlu universitetlərə qəbul olunan həmin 6 şagirddən 5-i, yəni mən də daxil olmaqla sinif yoldaşıyıq, digəri isə yaxın dostumuzdur. Mən düşünürəm ki, insanın uğur qazanmasında təkcə şəxsi əziyyəti deyil, ətrafındakı insanların dəstəyi də çox böyük rol oynayır.

Biz sinif yoldaşlarımızla və digər məktəb yoldaşlarımızla bir-birimizə dəstək olmuş, birlikdə çalışaraq bu nailiyyətləri əldə etməyə çalışmışıq. Hamımız istəyirdik ki, sonda gözəl xəbərlər alaq və uğurlar qazanaq. İnsan nə qədər əziyyət çəksə də, ətrafındakı insanların uğur xəbərlərini eşitmək ona əlavə motivasiya verir. Həm də birlikdə çalışdığımız üçün düşünürəm ki, belə uğurlar əldə etmə şansımız daha da artırdı".

Müsahibimiz sonda uğur qazanmaq üçün və xaricdə oxumaq arzusunda olan yoldaşlarına tövsiyə verib:

"İlk tövsiyəm odur ki, digər insanların dediklərinə çox da fikir verməsinlər. Bu proses həm çətin, həm də çox əziyyətlidir. Yorulmaq və bəzən motivasiyanın azalması tamamilə normaldır. İkinci olaraq isə akademik hazırlığa xüsusi diqqət yetirməyi tövsiyə edərdim. Qeyd etdiyim imtahanlar - SAT, IELTS və Avropa universitetləri üçün AP imtahanları olduqca önəmlidir.

Amma onu da demək istəyirəm ki, məsələn, mənim olimpiada medallarım var, lakin bu hər kəs üçün mütləq deyil. Elə şagirdlər tanıyıram ki, heç bir medalı və xüsusi əlavə fəaliyyəti olmadan da qəbul alıblar.

Hər şey mümkündür. Əsas odur ki, məqsədinizə inanıb davamlı şəkildə çalışasınız".

Fatimə Cəfərzadə

Xəbər Lenti

Erkən yaşda uşaqlara “yox” demək zərərlidir, yoxsa faydalı? – Məktəbəqədər təhsil eksperti açıqladı11.04.2026 - 19:24
Uşaqların yaddaşında daha çox nə qalır: öyrədilənlər, yoxsa hiss etdikləri? – Psixoloqdan açıqlama11.04.2026 - 19:14
“Hər şeyi uşağa vermək” yanaşması gələcəkdə hansı problemlərə səbəb olur? – Psixoloq açıqladı11.04.2026 - 19:05
Xankəndidə “VətəndəSən” Təhsil Forumu keçirilib11.04.2026 - 19:00
Yazıçı İlham Əzizin “Qəvvas” romanının təqdimatı olub11.04.2026 - 18:54
Azərbaycanda bəzi şəxslər imtahansız işə qəbul ediləcək11.04.2026 - 18:50
Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi11.04.2026 - 18:45
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək11.04.2026 - 18:40
ADNSU və “META University” arasında tədqiqatlar müzakirə olunub11.04.2026 - 18:36
Nazirdən imtahanlarda sual hazırlayanlara müraciət11.04.2026 - 18:30
ADNSU tələbələri 50 komanda arasında birinci yerə layiq görülüb11.04.2026 - 18:28
ADNSU və Almatı Menecment Universiteti məkdaşlığı inkişaf etdiriləcək11.04.2026 - 18:20
Türk dövlətlərində doğum KƏSKİN AZALIR 11.04.2026 - 18:18
Uşaqlar nə qədər yatmalıdır?11.04.2026 - 18:11
Ana səhifə Xəbərlər İmtahanlar Region təhsili COP29 və təhsil Haqqımızda Redaksiya siyasəti FAQ Əlaqə Azedu.az Facebook səhifəsi Azedu.az Instaqram səhifəsi Azedu.az Youtube səhifəsi Dünyada məktəblərdə telefon qadağası: hansı ölkə nə edir?11.04.2026 - 18:10
Uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumunun qrantçıları müəyyənləşdi11.04.2026 - 18:02
200-ə yaxın həkim Şamaxıda keçirilən regional tibbi konfransda iştirak edir11.04.2026 - 17:52
Özəl ali məktəblərdə pedaqoji ixtisaslar ləğv oluna bilər11.04.2026 - 17:50
Dəniz sahilində rəngbərəng lalə sərgisi 11.04.2026 - 17:44
10 ildə 6 milyondan çox insan imtahanlardan keçib11.04.2026 - 17:40
Azərbaycan alimləri Özbəkistan universitetlərində mühazirə oxuyublar11.04.2026 - 17:36
ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı verildi11.04.2026 - 17:30
Sabah paytaxtda yağmursuz hava gözlənilir11.04.2026 - 17:26
RFO-nun finalında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ!11.04.2026 - 17:20
Layihə rəhbəri: Bu yeddi kitab Azərbaycanı xaricdə daha geniş təmsil edəcək11.04.2026 - 17:18
İki gün küləkli olacaq - XƏBƏRDARLIQ11.04.2026 - 17:10
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti beynəlxalq əlaqələri genişləndirir11.04.2026 - 17:06
Uzunömürlülük və güclü əzələlərin sirri11.04.2026 - 17:00
“Windows”dan imtina edirlər11.04.2026 - 16:50
Mikroplastik təhlükəsi - Körpələr daha çox risk altındadır11.04.2026 - 16:40
Fransa məktəbləri boşalır: 1,6 milyondan çox şagird "yox olacaq11.04.2026 - 16:30
Könüllülük fəaliyyətinin əhəmiyyəti11.04.2026 - 15:18
Gender bərabərliyi və müasir cəmiyyət11.04.2026 - 15:15
Acqarına qara istiot çeynəməyin faydaları11.04.2026 - 15:00
Həftəsonu bu BÜRCləri sürprizlər gözləyir: Kimə sevinc, kimə dəyişiklik?11.04.2026 - 14:49
Unutqanlıq təhlükə siqnalı ola bilər - XƏBƏRDARLIQ11.04.2026 - 14:26
Azərbaycanın U-20 millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb11.04.2026 - 14:01
Azərbaycanda sərdabə qəbir ənənəsi: Gəncə bu sahədə necə seçilir?11.04.2026 - 13:45
Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Superliqasının ikinci turunda mübarizə aparacaqlar11.04.2026 - 13:25
Azərbaycanın futzal millisi yoldaşlıq görüşündə Gürcüstana uduzub11.04.2026 - 13:00
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib11.04.2026 - 12:40
Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb11.04.2026 - 12:20
"Daxili motivasiya uğurun əsas açarıdır" - Psixoloq 11.04.2026 - 09:55
KİV: Qlobal böhrana baxmayaraq süni intellekt çiplərinə tələbat artmaqda davam edir11.04.2026 - 09:45
Sinir bərpasında yeni texnologiya11.04.2026 - 09:36
“Artemis II” Yerə qayıtdı11.04.2026 - 09:25
Ürəyə xeyirli 12 qida11.04.2026 - 09:12