Təhsil 365 - Logo Mobile

BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur

6312.04.2026 - 09:15
BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Böyük Qafqazın cənub yamacı çay dərələrinin morfodinamikasına antropogen fəaliyyətin təsiri” mövzusunda elmi seminar keçirilib.

“Tehsil365”in əldə etdiyi məlumata görə, Dosent Saleh Nağıyev bildirib ki, müasir dövrdə intensivləşən təbii dağıdıcı hadisələr fonunda antropogen fəaliyyətin təbiətə təsirinin elmi tədqiqi xüsusi aktuallıq kəsb edir. O, son günlər müşahidə olunan güclü yağışların yaratdığı sel və daşqın hadisələrinə diqqət çəkərək, çaylarda baş verən morfodinamik proseslərin öyrənilməsinin vacibliyini vurğulayıb.

BDU-nin Fiziki coğrafiya kafedrasının doktorantı Aygün Əzizova məruzəsində tədqiqatının Böyük Qafqazın cənub yamacı çayları – Şinçay, Kişçay, Balakənçay və Kürmükçay hövzələrini əhatə etdiyini qeyd edib. Ərazi üçün mülayim-isti və soyuq dağ iqlimi xarakterikdir, burada 30-dan çox çay dərəsi mövcuddur. Tədqiqat çərçivəsində çayların uzunluğu, mənbə yüksəkliyi, hövzə sahəsi, qidalanma mənbələri, daşqın dövrləri və axım rejimləri müqayisəli şəkildə təhlil olunub, sel və daşqın hadisələri isə çoxillik xronoloji ardıcıllıqla qruplaşdırılıb.

Məruzəçi qeyd edib ki, suötürücü kollektorlar və digər antropogen tikililər çay axımının transformasiyasında mühüm rol oynayır. O, son günlərdə Balakən-Zaqatala bölgəsində aylıq normanın 180%-i həcmində yağıntı düşdüyünü diqqətə çatdıraraq, morfodinamik proseslərə antropogen təsirin artmasını polimetal yataqlarının istismarı ilə əlaqələndirib. Bildirilib ki, mədən fəaliyyəti zamanı yaranan drenaj suları çaylara sızaraq sulfid minerallarının oksidləşməsinə və ağır metal ionlarının su hövzələrinə keçmə riskinin artmasına səbəb olur. Tədqiqat ərazisində meteoroloji şəraitin dəyişkənliyi və çayların hidroloji xüsusiyyətləri nəzərə alınmaqla antropogen fəaliyyətin tənzimlənməsinin vacibliyi vurğulanıb.

Elmi seminarda professor Məqsəd Qocamanov, dosentlər Şəkər Məmmədova, Ramiz Əhlimanov, coğrafiya üzrə fəlsəfə doktorları Qabil Səmədov, Nigar İsmayılova tədqiqat mövzusunun aktual olduğunu vurğulayıb, bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsini tövsiyə ediblər.

Seminar iştirakçıların suallarının cavablandırılması ilə davam edib.

Zeynəb Quluyeva

Xəbər Lenti

Adil Kərimli onu rəis təyin etdi12.04.2026 - 16:30
Həkimdən xəbərdarlıq: Bəzi qəribə davranışlar Parkinsonun siqnalı ola bilər12.04.2026 - 16:25
Bu gün imtahan var12.04.2026 - 16:20
"WhatsApp" Pavel Durovun tənqidlərinə cavab verib12.04.2026 - 16:15
Demensiyanın gözlənilməz gizli səbəbi12.04.2026 - 16:10
Aprelin 12-də Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunur12.04.2026 - 16:05
Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA12.04.2026 - 16:00
Nazir: Dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin icrası nəzərdə tutulur12.04.2026 - 16:00
BMU-ya 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatları təqdim olunub12.04.2026 - 15:50
Bu gün 53 min şagird buraxılış imtahanı verir12.04.2026 - 15:40
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "Grand Motors" ilə əməkdaşlıq edəcək12.04.2026 - 15:30
Dünya Azərbaycanlı Alimlər Birliyi ilə əməkdaşlıq Qarabağ Universitetində yeni imkanlar yaradır12.04.2026 - 15:20
Filarmoniyada milli opera inciləri səslənib12.04.2026 - 15:10
Bu vitamin Altsheymer xəstəliyi riskini azalda bilər12.04.2026 - 15:00
Təhsil eksperti Elçin Süleymanov: “Universitetlər dərs yükünü balanslı şəkildə təşkil etməlidir”12.04.2026 - 15:00
Azərbaycanın futzal millisinin Qazaxıstanla oyunlar üçün heyəti bəlli olub12.04.2026 - 14:45
Kros qaçışı üzrə Azərbaycan çempionatı keçirilib12.04.2026 - 14:28
Sabah paytaxtda hava əsasən yağmursuz olacaq12.04.2026 - 14:08
Qəbələ və Oğuzda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 9 mərkəzdə aparılıb12.04.2026 - 13:47
Naxçıvanda XI siniflərin dördüncü buraxılış qiymətləndirmə monitorinqində 4 minə yaxın şagird iştirak edib12.04.2026 - 13:25
Daşkənddə Azərbaycan və özbək nağıllarından ibarət kitabların təqdimatı olacaq12.04.2026 - 13:04
Bakıda qazax şairinin “Qarabağ” kitabının təqdimatı olub12.04.2026 - 12:48
Təhsildən yayınma səbəbləri və nəticələri12.04.2026 - 12:33
Patent müvəkkilliyinə namizədlərin attestasiya imtahanı təşkil olunub12.04.2026 - 12:30
Bu gün 52 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verib12.04.2026 - 12:11
Meteoritlərdəki sirli maddə sənayeni dəyişə bilər: Alimlərdən maraqlı tapıntı12.04.2026 - 10:00
Apple süni intellekt üçün yeni server çipi hazırlayır12.04.2026 - 09:46
17 yaşlı azərbaycanlı Şimali Makedoniyada qızıl medal qazanıb12.04.2026 - 09:31
Keçən il buzlaqlar rekord həcmdə buz itkisinə məruz qalıb12.04.2026 - 09:00
Unutqanlıq təhlükə siqnalı ola bilər - XƏBƏRDARLIQ12.04.2026 - 08:48
“Sağlam zehin, sağlam həyat” mövzusunda dəyirmi masa keçirilib12.04.2026 - 08:35
Marsa gedən yol Aydan keçir12.04.2026 - 08:23
Bu gün Dünya Aviasiya və Kosmonavtika Günüdür12.04.2026 - 08:13
53 minə yaxın şagird imtahan verəcək12.04.2026 - 08:00
Xəzər dənizində zəlzələ olub12.04.2026 - 07:45
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib12.04.2026 - 07:30
15 dərəcə isti...- GÜNÜN HAVASI12.04.2026 - 07:15
Müəllim hazırlığı proqramlarında mentor çatışmazlığı: sorğu nəticələri narahatlıq yaradır12.04.2026 - 07:00
Müəllimlər niyə tətil edir: “Bu, sadəcə maaş məsələsi deyil”12.04.2026 - 06:36
Müəllim hazırlığı proqramı uğurlu nəticələr göstərir12.04.2026 - 06:18
Tələbə kreditlərində faiz artımı gözlənilir12.04.2026 - 06:00
Bakıda Hərbi Qənimətlər Parkı istifadəyə verildi12.04.2026 - 05:42
Səhnə və ekranın ustadı: Nodar Şaşıqoğlunun sənət yolu12.04.2026 - 05:18
Azərbaycan səhnəsinin görkəmli siması: Məmmədəli Vəlixanlı12.04.2026 - 05:06
Vətən uğrunda qəhrəmanlıq nümunəsi: Cavid Behbudov12.04.2026 - 04:54
Dünya şahmatının zirvəsində: Şəhriyar Məmmədyarovun uğur yolu12.04.2026 - 04:36
Muğam sənətinin unudulmaz səsi: Şahmalı Hacıyev12.04.2026 - 04:18