Onun sözlərinə görə, dərs yükünün 3-4 günə yığılması tələbələr üçün müsbət təsir göstərə bilər. “Əlavə gün boşaldıqda tələbələr hazırlığa gedə, müxtəlif kurslarda iştirak edə bilərlər. Ona görə universitetlər imkan daxilində, auditoriya şəraitinə uyğun olaraq bu məsələdə anlayış göstərməlidir.”
Təhsil eksperti Elçin Süleymanov “Tehsil365”ə açıqlamasında bildirib: “Universitetlərin dərs yükü əslində Bolonya prosesinə uyğunlaşıb və əsasən 30 akatesə olur. Bu da təxminən 22-24 saat dərs deməkdir, yəni ən uzağı 5-6 fənn. Düzdür, birinci kurslarda fənn sayı bir qədər çox ola bilər, amma yuxarı kurslarda bu az olur.”
Ekspert növbəlilik məsələsinə də diqqət çəkib: “Bolonya sisteminə görə həm aşağı kurs, həm də yuxarı kurs tələbələri dərs ala bilər. Buna görə səhər və günorta növbəsi tətbiq olunmalıdır. Bir kurs səhər dərsə gedirsə, növbəti kurs günorta dərs almalıdır. Əgər uyğun olarsa, həftənin bir-iki gününün boşalması həm tələbələr, həm də universitetlərin auditoriya fondunun daha effektiv istifadəsi üçün faydalıdır.”
Elçin Süleymanov əlavə edib ki, dərs cədvəli tərtib edilərkən fənlərin çətinlik dərəcəsi də nəzərə alınmalıdır. “Məsələn, riyazi fənlər kimi çətin dərslərin ard-arda qoyulması tələbələri yora bilər. Ona görə çətin fənlərin arxasınca daha yüngül, ictimai fənlərin yerləşdirilməsi daha məqsədəuyğundur. Burada balans qorunarsa, həm tələbələrin öyrənmə keyfiyyəti, həm də motivasiyası daha yüksək olar.”

