Təhsil 365 - Logo Mobile

Dünya Azərbaycanlı Alimlər Birliyi ilə əməkdaşlıq Qarabağ Universitetində yeni imkanlar yaradır

9212.04.2026 - 15:20
Dünya Azərbaycanlı Alimlər Birliyi ilə əməkdaşlıq Qarabağ Universitetində yeni imkanlar yaradır

Aprelin 8-də Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) sədri, Almaniyada yaşayan dünyaşöhrətli azərbaycanlı riyaziyyatçı alim, Münxendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı, Əməkdar elm xadimi, Kanadanın Fields İnstitutunun ömürlük mükafatçısı Məsud Əfəndiyev və DAAB-ın İdarə Heyətinin üzvü, mətbuat katibi, İsveçdə yaşayan azərbaycanlı riyaziyyatçı alim, Höteborq Universitetinin professoru Səadət Kərimi Qarabağ Universitetində olublar.

“Tehsil365“ xəbər verir ki,  qonaqlar əvvəlcə universitetin müasir tədris infrastrukturu ilə tanış olub, daha sonra akademik və inzibati heyət üzvləri ilə görüş keçiriblər.

Görüşdə qonaq alimləri və iştirakçıları salamlayan Qarabağ Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov dövlətimizin güclü dəstəyi ilə qısa müddətdə formalaşan və dinamik inkişaf mərhələsinə qədəm qoyan Qarabağ Universitetinin potensialının davamlı gücləndirilməsində nəticəyönümlü əməkdaşlıqların mühüm rol oynadığını vurğulayıb. O, Qarabağ Universitetinin fəaliyyətə başladığı ilk gündən DAAB-ın əməkdaşlığa fəal təşəbbüs göstərdiyini qeyd edərək, qurumun rəhbərliyinə və üzvlərinə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, xaricdə yaşayan azərbaycanlı alimləri bir araya gətirən bu nüfuzlu beynəlxalq elmi platforma universitetdə elmi tədqiqatların təşviqi, müəllim heyətinin peşəkar inkişafı və beynəlxalq akademik əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Səmimi mühitdə keçən görüşə görə təşəkkürünü bildirən DAAB sədri, professor Məsud Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Qarabağ Universitetinin yaradılmasının strateji əhəmiyyətindən bəhs edib. O, universitetin Qarabağda həyatın yenidən canlanmasına, regionun sosial-iqtisadi dirçəlişinə və hərtərəfli inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. Professor qeyd edib ki, xaricdə fəaliyyət göstərsələr də, azərbaycanlı alimlər ölkə ilə elmi və mənəvi bağlılıqlarını daim qoruyurlar. Tarixi Zəfərdən sonra Qarabağın inkişafında fəal iştirakın DAAB-ın prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini vurğulayan M.Əfəndiyev, beynəlxalq elmi platforma olaraq regionun intellektual potensialının gücləndirilməsinə töhfə verməyi qarşılarına məqsəd qoyduqlarını bildirib. Bu kontekstdə Qarabağ Universiteti ilə davamlı və institusional əməkdaşlığın qurulmasına xüsusi önəm verildiyini qeyd edən professor, universitetin akademik potensialının artırılması və beynəlxalq nüfuzunun gücləndirilməsi istiqamətində birgə fəaliyyətə daim hazır olduqlarını diqqətə çatdırıb.
Sonra, qonaq alimlərin iştirakı ilə seminar da təşkil olunub.

Professor Məsud Əfəndiyev “Elmin populyarlaşdırılması” mövzusunda məruzə ilə çıxış edərək, elmin cəmiyyətdə rolu, gənc tədqiqatçılar arasında elmi biliklərin təşviqi yolları və universitetlərdə elmin təbliği mexanizmləri barədə ətraflı məlumat verib. Məruzədə həmçinin müasir texnologiyaların imkanlarından istifadə etməklə elmi biliklərin müxtəlif platformalar vasitəsilə daha geniş auditoriyaya çatdırılması məsələləri müzakirə olunub. Qeyd edilib ki, Azərbaycanda gənc nəslin elmə və təhsilə marağının artırılması DAAB-ın əsas məqsədlərindən biridir.
Professor Səadət Kərimi isə “Ali təhsil pedaqogikası: müəllim peşəkarlığının nəzəri və praktik əsasları” mövzusunda çıxış edərək, ali təhsil müəssisələrində tədrisin səmərəliliyinin artırılması, pedaqoji innovasiyaların tətbiqi və müasir tədris metodlarının effektiv istifadəsi ilə bağlı praktiki yanaşmaları bölüşüb.

Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.

Daha sonra, DAAB ilə əməkdaşlıq çərçivəsində ötən il professor Səadət Kərimi tərəfindən Qarabağ Universitetinin müəllimləri üçün təşkil olunmuş “Ali təhsil pedaqogikası və çevik öyrənmə” (Higher Education Pedagogy and Flexible Learning) adlı altı aylıq onlayn təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib. 2025-ci ilin aprel -noyabr aylarını əhatə edən proqramın əsas məqsədinin universitetin akademik heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və müasir tədris yanaşmalarının mənimsənilməsi olduğu bildirilib. Proqram çərçivəsində mühazirələrlə yanaşı, ali təhsil pedaqogikası sahəsində nüfuzlu müasir ədəbiyyatlara əsaslanılıb, müvafiq mövzularda seminarlar təşkil olunub, real universitet mühitinə uyğun praktiki çalışmalar həyata keçirilib. Qarabağ Universitetinin təlimdə iştirak etmiş pedaqoji heyətinin peşəkarlığı, yeniliyə açıq olması və davamlı inkişafa meyilli yanaşması yüksək qiymətləndirilib və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Tədbirin sonunda qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilərək birgə elmi layihələrin təşkili, seminar və təlim proqramlarının davam etdirilməsi istiqamətində müvafiq ilkin razılıq əldə olunub.

Qeyd edək ki, beynəlxalq elmi mühitə inteqrasiya, akademik potensialın daha da gücləndirilməsi, eləcə də xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin bilik və təcrübəsinin tədris və tədqiqat prosesinə cəlb olunması baxımından Qarabağ Universitetində DAAB ilə əməkdaşlığa xüsusi önəm verilir.

Mehriban İbadova

Xəbər Lenti

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub12.04.2026 - 19:55
"Betmen" trilogiyasının ulduzu Con Nolan vəfat edib12.04.2026 - 19:45
Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?12.04.2026 - 19:37
Süni intellekt laboratoriya siçovullarının "dilini" öyrəndi: Depressiya sınaqlarında inqilab12.04.2026 - 19:28
53 minə yaxın şagird imtahan VERƏCƏK12.04.2026 - 19:20
Müasir uşaqlar daha ağıllıdır, yoxsa sadəcə daha çox informasiya görür? – Məktəbəqədər ekspert açıqladı12.04.2026 - 19:18
Sosial mediada “ideal uşaq” obrazı valideynlərə psixoloji təzyiq yaradırmı? – Psixoloqdan açıqlama12.04.2026 - 19:12
Planşetlə böyüyən uşaqlar gələcəkdə nəyi itirə bilər? – Məktəbəqədər ekspert açıqladı12.04.2026 - 19:05
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb12.04.2026 - 18:56
Sabah 16 dərəcə isti olacaq12.04.2026 - 18:46
6 yaşlı məktəbli ürək tutmasından vəfat edib12.04.2026 - 18:39
Polis hava ilə bağlı xəbərdarlıq edib12.04.2026 - 18:28
Çin Ay missiyasını bu ilin ikinci yarısında həyata keçirəcək12.04.2026 - 18:19
Azərbaycanın qədim tarixə malik şəhərsalma və memarlıq ənənələri var12.04.2026 - 18:10
Patent müvəkkilliyinə namizədlərin attestasiya imtahanı keçirilib12.04.2026 - 18:08
Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürə bilər12.04.2026 - 18:00
“Tesla” ucuz elektrik avtomobili hazırlayır12.04.2026 - 17:55
3 nəfər imtahandan xaric olundu12.04.2026 - 17:52
Tovuzda həndbol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb12.04.2026 - 17:50
Yeni araşdırma: Orta əsrlərdə Yer güclü Günəş partlayışı ilə üzləşib12.04.2026 - 17:45
Tolerantlıq və multikultural dəyərlər modeli12.04.2026 - 17:45
Bugünkü imtahanın nəticələri 5 həftə ərzində AÇIQLANACAQ12.04.2026 - 17:38
Şəhərdə yaşamaq beyinin qocalmasına necə təsir edir? - Ekspertdən açıqlama12.04.2026 - 17:35
Akademik Musiqili Teatrında növbəti premyera: “Mesenat”12.04.2026 - 17:35
Müəllimini qətlə yetirən şagirdə 126 ilə qədər həbs istənilib 12.04.2026 - 17:26
Telefonunuzdakı gizli təhlükə: Pullarınızı səssizcə oğurlaya bilərlər12.04.2026 - 17:25
Ceff Bezosun şirkəti Ay tozundan oksigen əldə edən reaktor hazırladı12.04.2026 - 17:25
Naxçıvanda XI siniflər üçün monitorinqi keçirilib12.04.2026 - 17:18
Cədvəldə var, amma dərs keçirilmir - Məktəblərdə fiziki tərbiyə fənni problemi12.04.2026 - 17:15
Rusiyalı həkim: "Arıqlamaq üçün çörəkdən imtina etmək vacib deyil"12.04.2026 - 17:15
Həssas məzmunlu oyunlara məhdudiyyətlər tətbiq olunacaq12.04.2026 - 17:06
İçərişəhərdə qala divarlarında aşınma təkrarlana bilər 12.04.2026 - 17:05
İran müharibəsi qlobal smartfon bazarını çökdürüb12.04.2026 - 17:00
Meteoritlərdəki sirli maddə sənayeni dəyişə bilər: Alimlərdən maraqlı tapıntı12.04.2026 - 16:55
Okeanın dibində sirli yol aşkarlandı: "Sarı kərpic cığır" hər kəsi heyrətləndirdi12.04.2026 - 16:45
Doqquzillik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib - Nəticələr nə zaman məlum olacaq?12.04.2026 - 16:40
Marsa gedən yol Aydan keçir - Yeni Plan12.04.2026 - 16:35
Adil Kərimli onu rəis təyin etdi12.04.2026 - 16:30
Həkimdən xəbərdarlıq: Bəzi qəribə davranışlar Parkinsonun siqnalı ola bilər12.04.2026 - 16:25
Bu gün imtahan var12.04.2026 - 16:20
"WhatsApp" Pavel Durovun tənqidlərinə cavab verib12.04.2026 - 16:15
Demensiyanın gözlənilməz gizli səbəbi12.04.2026 - 16:10
Aprelin 12-də Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunur12.04.2026 - 16:05
Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA12.04.2026 - 16:00
Nazir: Dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin icrası nəzərdə tutulur12.04.2026 - 16:00
BMU-ya 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatları təqdim olunub12.04.2026 - 15:50
Bu gün 53 min şagird buraxılış imtahanı verir12.04.2026 - 15:40
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "Grand Motors" ilə əməkdaşlıq edəcək12.04.2026 - 15:30