Alimlər almazdan daha sərt ola biləcək material - lonsdeylit üzərində mühüm nəticələr əldə ediblər.
“Tehsil365“ "Rambler"ə istinadən xəbər verir ki, bu maddə karbonun xüsusi formasıdır və ilk dəfə meteoritlərdə aşkar olunub.
Bildirilib ki, Lonsdeylit kristal quruluşuna görə almazdan fərqlənir və müəyyən hallarda 50-60 faiz daha sərt ola bilər. Bu xüsusiyyət onun deformasiyaya daha davamlı olmasına imkan verir.
Qeyd olunur ki, materialın laboratoriya şəraitində əldə edilməsi uzun müddət çətin olub. Lakin son illərdə aparılan tədqiqatlar onun sintezinə daha da yaxınlaşmağa imkan verib.
Alimlər hesab edirlər ki, gələcəkdə bu material sənayedə, o cümlədən kəsici alətlər və yüksək dayanıqlı örtüklərin hazırlanmasında istifadə oluna bilər.

