Türkiyədə uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı yeni qanunvericilik təşəbbüsü irəli sürülüb.
“Tehsil365" Türkiyə mediasına istinadən xəbər verir ki, Ailə və Sosial Xidmətlər naziri hazırlanan qanun layihəsi çərçivəsində həssas və zorakılıq tərkibli oyunlara avtomatik olaraq “18+” yaş məhdudiyyəti tətbiq ediləcəyini bildirib.
Nazirin sözlərinə görə, bu addımın əsas məqsədi uşaqları zərərli məzmundan qorumaqdır.
O qeyd edib ki, söhbət qadağadan deyil, təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasından gedir.
Yeni tənzimləməyə əsasən, oyun platformaları və sosial şəbəkələr üçün əlavə məsuliyyətlər müəyyən ediləcək, yaş məhdudiyyətləri və valideyn nəzarəti mexanizmləri gücləndiriləcək.
Qeyd edək ki, layihə hazırda parlamentdə müzakirə olunur.

