ABŞ-da kollec məzunları arasında iş tapmaq problemi getdikcə daha ciddi xarakter alır.
“Tehsil365” xəbər verir ki, Gənc mütəxəssislər bildirirlər ki, süni intellektin sürətli inkişafı fonunda giriş səviyyəli vakansiyalar azalır, bu isə əmək bazarında rəqabəti daha da gücləndirir.
Son aylarda aparılan müşahidələr göstərir ki, bir çox şirkətlər artıq ənənəvi başlanğıc vəzifələrini ya ixtisar edir, ya da bu rolları avtomatlaşdırılmış sistemlərlə əvəz edir. Nəticədə yeni məzunlar üçün işə qəbul imkanları əvvəlki illərlə müqayisədə daha məhdud olur.
Məzunlar isə bu vəziyyətdən narazıdır. Onlar bildirirlər ki, iş axtarışı aylarla davam edir və çox vaxt təcrübə tələbi ilə üzləşirlər. Bu isə yeni əmək bazarına daxil olan gənclər üçün əlavə çətinlik yaradır.
Ekspertlər qeyd edirlər ki, süni intellekt bir tərəfdən bəzi peşələri sıradan çıxarsa da, digər tərəfdən yeni sahələr də yaradır. Lakin bu dəyişikliklərə uyğunlaşmaq üçün gənclərin daha çevik bacarıqlara yiyələnməsi vacib sayılır. Xüsusilə texnologiya, data analitikası və rəqəmsal savadlılıq kimi sahələrdə biliklər əmək bazarında üstünlük qazandırır.
Mütəxəssislər həmçinin universitetlərin tədris proqramlarını yeniləməsinin vacibliyini vurğulayır. Onların fikrincə, təhsil sistemi əmək bazarındakı dəyişikliklərə daha sürətli reaksiya verməli və tələbələri real iş mühitinə hazırlamalıdır.
Hazırkı vəziyyət gənc məzunların qarşısında yeni çağırışlar yaratsa da, mütəxəssislər düzgün bacarıqlar və uyğunlaşma ilə bu çətinliklərin aradan qaldırıla biləcəyini bildirirlər.

