Təhsil 365 - Logo Mobile

Cədvəldə var, amma dərs keçirilmir - Məktəblərdə fiziki tərbiyə fənni problemi

7912.04.2026 - 17:15
Cədvəldə var, amma dərs keçirilmir - Məktəblərdə fiziki tərbiyə fənni problemi

Fiziki tərbiyə fənni tədris planının vacib bir hissəsidir. Həkimlər hesab edirlər ki, məktəbdə idman və bədən tərbiyəsi sağlamlığı qorumaq, zehni stresi aradan qaldırmaq və uşaqlarda intizamı inkişaf etdirmək üçün çox vacibdir. Amma bizim məktəblərdə bu fənnin tədrisi ilə bağlı problemlər müşahidə edilir.

Tehsil365” mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Paytaxtın iki ayrı məktəbində təhsil alan 3-4-cü sinif şagirdləri ilə söhbətimizdə fiziki tərbiyə dərsinin necə keçirilməsi ilə maraqlandıq və aldığımız cavablar problemlərin olduğunu göstərdi: "Dərs cədvəlində fiziki hazırlıq fənni olsa da, indiyə qədər bu dərs bizə keçilməyib. Biz ibtidai sinif şagirdi olduğumuza görə bu dərsi idman zalında deyil, sinifdə keçməliyik. Amma bu dərsin yerinə həmişə başqa fənlərdən test edirik".

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədovun bu günlərdə məktəblərdə idman dərslərinin düzgün təşkil olunmaması, fiziki tərbiyə müəllimlərinin qeyri-peşəkar yanaşması ilə bağlı fikirləri də bu sahədə çatışmazlıqların olduğunu deməyə əsas verir. Nazirlik rəsmisi qeyd edib ki, vaxtında düzgün planlaşdırılmayan yüklənmələrin, düzgün təşkil edilməmiş məşq prosesinin və peşəkar yanaşmanın olmaması səbəbindən uşaqların sağlamlığına zərər vurulur.

"Məktəblərdə idman dərsləri demək olar ki, keçirilmir"

Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazovanın fikrincə, ibtidai siniflərdən başlayaraq fiziki tərbiyə dərslərinin düzgün təşkili şagirdlərin sağlam inkişafı üçün önəmlidir: "İndi bizim məktəblərdə fiziki tərbiyə dərsləri demək olar ki, keçirilmir. Ancaq uşaqların dərs saatı və yüklənmələri çox olduğu üçün bu dərs önəmlidir. Çünki fiziki tərbiyə beyinin aktivliyini, diqqətin cəmlənməsini yüksəldir, yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir, eyni zamanda bütün orqanların hərəkətliliyini təmin edir. Müasir dövrün uşaqları adətən artıq çəkidən əziyyət çəkirlər. Çünki qaçmaq, tullanmaq və idmanla məşğul olmaq əvəzinə, internetdə, sosial şəbəkələrdə vaxt keçirmək, kompüter və smartfonlarda oyun oynamaq üçün çox vaxt sərf edirlər. Bu baxımdan, fiziki tərbiyə dərslərini həyati göstəriş hesab edirəm. Şagirdlər heç olmasa, həftədə iki dəfə fiziki tərbiyə dərslərində iştirak etməlidirlər".

"Məqsəd sağlam və təhlükəsiz inkişafı təmin etmək olmalıdır"

Fiziki tərbiyə müəllimlərinin də ünvanlarına səslənən fikirlərlə bağlı öz arqumentləri var.

Akademik Zərifə Əliyeva adına liseyin fiziki tərbiyə müəllimi Hüseyn Hüseynovun fikrincə, fiziki tərbiyə dərsinin əsas məqsədi yalnız fiziki hazırlıqlı şagird yetişdirmək deyil, sağlam və təhlükəsiz inkişafı təmin etməkdir: "Məktəblərdə fiziki tərbiyə dərsi şagirdlərin sağlam inkişafı, hərəkət qabiliyyətlərinin formalaşması və sağlam həyat tərzinə yiyələnməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin fiziki tərbiyə dərslərində də müəyyən zədələnmə riski mövcuddur. Bu risklərin minimuma endirilməsi isə dərsin düzgün təşkili, müəllimin peşəkar yanaşması və təhlükəsizlik qaydalarına ciddi riayət olunması ilə birbaşa bağlıdır".

"Məktəblərin idman infrastrukturu da əhəmiyyət kəsb edir"

Azərbaycan Gənc Fiziki Tərbiyə Müəllimləri Birliyinin sədri, Şirvan şəhər Kimya-Biologiya təmayüllü liseyin fiziki tərbiyə müəllimi Nurəddin Babayevin fikrincə, bu dərslərin yüksək səviyyədə təşkili üçün həm müəllimlərin peşəkar hazırlığı, həm də məktəblərin idman infrastrukturu böyük əhəmiyyət kəsb edir: "Fiziki tərbiyə dərslərinin keyfiyyətinə təsir edən əsas məsələlərdən biri də regionlarda idman infrastrukturunun vəziyyətidir. Bir çox bölgələrdə məktəblərdə idman zalları ya məhdud ölçüdədir, ya da inventar baxımından tam təmin olunmayıb. Bəzi məktəblərdə isə ümumiyyətlə, qapalı idman zalı olmadığı üçün dərslər açıq havada keçirilir ki, bu da xüsusilə qış aylarında müəyyən çətinliklər yaradır. Gələcəkdə fiziki tərbiyə sahəsində müasir metodların tətbiqi, müəllimlərin davamlı təlimlərə cəlb olunması və regionlarda idman infrastrukturunun gücləndirilməsi bu sahədə mövcud problemlərin aradan qaldırılmasına mühüm töhfə verə bilər".

Dərslərin keyfiyyəti müəllimin peşəkar olmasından asılıdır.

Lənkəran şəhəri Vaqif Əliyev adına 4 nömrəli məktəb-liseyin fiziki tərbiyə müəllimi Asəf Ağaquliyevin fikrincə, məktəblərdə fiziki tərbiyə dərslərinin yüksək səviyyədə keçirilməsi bilavasitə müəllimin peşəkar olmasından asılıdır: "Bir çox hallarda müəllim şagirdlərə futbol və yaxud voleybol topu verib nəzarət etmədən və oyun qaydalarını başa salmadan "gedin, oynayın" deyir. Yaxud şagirdləri motivasiya etmədən, müxtəlif qızışma hərəkətləri olmadan dərslərə başlayır ki, bu da uşaqların inkişafı üçün yetərli olmur". A.Ağaquliyev deyir ki, fiziki tərbiyə dərslərinin yüksək səviyyədə keçirmək üçün idman zalının və avadanlıqların olması da vacibdir: "Çalışdığım məktəbdə 1 800 nəfərdən çox şagird var. Bəzən eyni vaxtda 2-3, bəzən də 4 sinif idman zalına gəlir. Bu da ən azı 80-100 şagird deməkdir. Bu zaman çətinliklər yaranır. Çox təəssüf ki, hər məktəbdə bu dərsin keçilməsi üçün şərait yoxdur. Ya idman zalı var, ləvazimatlar yoxdur, ya da avadanlıq var, sadəcə şagirdləri yüksək səviyyədə hazırlamaq üçün müəllimin peşəkarlığı çatışmır". Müəllim bildirir ki, bir çox hallarda valideynlər övladlarını fiziki tərbiyə dərslərindən uzaq tutur, onlara idman forması geyindirmirlər: "Bu problemlər daha çox kənd məktəblərində müşahidə olunur. Ucqar kənd məktəblərində qızlar demək olar ki, fiziki tərbiyə dərslərinə girmirlər".

Fatimə Cəfərzadə

Xəbər Lenti

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub12.04.2026 - 19:55
"Betmen" trilogiyasının ulduzu Con Nolan vəfat edib12.04.2026 - 19:45
Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?12.04.2026 - 19:37
Süni intellekt laboratoriya siçovullarının "dilini" öyrəndi: Depressiya sınaqlarında inqilab12.04.2026 - 19:28
53 minə yaxın şagird imtahan VERƏCƏK12.04.2026 - 19:20
Müasir uşaqlar daha ağıllıdır, yoxsa sadəcə daha çox informasiya görür? – Məktəbəqədər ekspert açıqladı12.04.2026 - 19:18
Sosial mediada “ideal uşaq” obrazı valideynlərə psixoloji təzyiq yaradırmı? – Psixoloqdan açıqlama12.04.2026 - 19:12
Planşetlə böyüyən uşaqlar gələcəkdə nəyi itirə bilər? – Məktəbəqədər ekspert açıqladı12.04.2026 - 19:05
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb12.04.2026 - 18:56
Sabah 16 dərəcə isti olacaq12.04.2026 - 18:46
6 yaşlı məktəbli ürək tutmasından vəfat edib12.04.2026 - 18:39
Polis hava ilə bağlı xəbərdarlıq edib12.04.2026 - 18:28
Çin Ay missiyasını bu ilin ikinci yarısında həyata keçirəcək12.04.2026 - 18:19
Azərbaycanın qədim tarixə malik şəhərsalma və memarlıq ənənələri var12.04.2026 - 18:10
Patent müvəkkilliyinə namizədlərin attestasiya imtahanı keçirilib12.04.2026 - 18:08
Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürə bilər12.04.2026 - 18:00
“Tesla” ucuz elektrik avtomobili hazırlayır12.04.2026 - 17:55
3 nəfər imtahandan xaric olundu12.04.2026 - 17:52
Tovuzda həndbol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb12.04.2026 - 17:50
Tolerantlıq və multikultural dəyərlər modeli12.04.2026 - 17:45
Yeni araşdırma: Orta əsrlərdə Yer güclü Günəş partlayışı ilə üzləşib12.04.2026 - 17:45
Bugünkü imtahanın nəticələri 5 həftə ərzində AÇIQLANACAQ12.04.2026 - 17:38
Akademik Musiqili Teatrında növbəti premyera: “Mesenat”12.04.2026 - 17:35
Şəhərdə yaşamaq beyinin qocalmasına necə təsir edir? - Ekspertdən açıqlama12.04.2026 - 17:35
Müəllimini qətlə yetirən şagirdə 126 ilə qədər həbs istənilib 12.04.2026 - 17:26
Ceff Bezosun şirkəti Ay tozundan oksigen əldə edən reaktor hazırladı12.04.2026 - 17:25
Telefonunuzdakı gizli təhlükə: Pullarınızı səssizcə oğurlaya bilərlər12.04.2026 - 17:25
Naxçıvanda XI siniflər üçün monitorinqi keçirilib12.04.2026 - 17:18
Rusiyalı həkim: "Arıqlamaq üçün çörəkdən imtina etmək vacib deyil"12.04.2026 - 17:15
Həssas məzmunlu oyunlara məhdudiyyətlər tətbiq olunacaq12.04.2026 - 17:06
İçərişəhərdə qala divarlarında aşınma təkrarlana bilər 12.04.2026 - 17:05
İran müharibəsi qlobal smartfon bazarını çökdürüb12.04.2026 - 17:00
Meteoritlərdəki sirli maddə sənayeni dəyişə bilər: Alimlərdən maraqlı tapıntı12.04.2026 - 16:55
Okeanın dibində sirli yol aşkarlandı: "Sarı kərpic cığır" hər kəsi heyrətləndirdi12.04.2026 - 16:45
Doqquzillik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib - Nəticələr nə zaman məlum olacaq?12.04.2026 - 16:40
Marsa gedən yol Aydan keçir - Yeni Plan12.04.2026 - 16:35
Adil Kərimli onu rəis təyin etdi12.04.2026 - 16:30
Həkimdən xəbərdarlıq: Bəzi qəribə davranışlar Parkinsonun siqnalı ola bilər12.04.2026 - 16:25
Bu gün imtahan var12.04.2026 - 16:20
"WhatsApp" Pavel Durovun tənqidlərinə cavab verib12.04.2026 - 16:15
Demensiyanın gözlənilməz gizli səbəbi12.04.2026 - 16:10
Aprelin 12-də Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunur12.04.2026 - 16:05
Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA12.04.2026 - 16:00
Nazir: Dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin icrası nəzərdə tutulur12.04.2026 - 16:00
BMU-ya 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatları təqdim olunub12.04.2026 - 15:50
Bu gün 53 min şagird buraxılış imtahanı verir12.04.2026 - 15:40
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "Grand Motors" ilə əməkdaşlıq edəcək12.04.2026 - 15:30