Sosial mediada tez-tez “ideal uşaq” obrazı ilə qarşılaşırıq: uğurlu, intizamlı və hər sahədə mükəmməl görünən uşaqlar. Bu görüntülər bir çox valideyn üçün müəyyən gözləntilər formalaşdırır. Bəs bu, psixoloji təzyiqə səbəb olurmu?
Mövzu ilə bağlı psixoloq “Tehsil365"ə açıqlama verib.
Psixoloq bildirib ki, “Sosial mediada təqdim olunan ‘ideal uşaq’ obrazı çox vaxt reallığı tam əks etdirmir və bu, valideynlərdə əsassız müqayisə hissi yaradır.”
Onun sözlərinə görə, “Valideynlər digər uşaqlarla müqayisə etdikcə öz övladlarından daha çox gözlənti tələb edə bilərlər. Bu isə həm valideyn, həm də uşaq üçün psixoloji gərginlik yaradır.”
Psixoloq vurğulayıb ki, bu təzyiq uşaqlara da ötürülür: “Uşaq daim ‘ideal’ olmağa çalışdıqda, onda stress, özgüvən problemi və uğursuzluq qorxusu yarana bilər.”
Sonda psixoloq qeyd edib ki, “Hər uşaq fərdidir və onun inkişafı müqayisə ilə deyil, fərdi xüsusiyyətləri nəzərə alınaraq qiymətləndirilməlidir.”

